Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-857/2025 19.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş rayonu, Gürcüva kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1386,95 (bir min üç yüz səksən altı manat, doxsan beş qəpik) manat və itirilmiş qazın bərpası üçün hesabata görə 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat, cəmi 1905,35 (bir min doqquz yüz beş manat, otuz beş qəpik) manat borc, əvvəlcədən ödənilmiş 39,06 (otuz doqquz manat, altı qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı, ümumilikdə isə 1944,81 (bir min doqquz yüz qırx dörd manat, səksən bir qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı Cavabdeh qarşı iddia ərzəsinə dair əvvəlki tarixdə, yəni xx.xx.2025-ci il tarixli, e-2(014)-751/2025 saylı iddia tələbi mövcud olduğu üçün e-2(014)-857/2025 saylı işə aid iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Həmin ərizə də müvafiq ərizəni icraata götürmək haqqında qərardad çıxarılana qədər məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.1.9-cu maddəsinə müvafiq olaraq, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, № ********** nömrəli qəbzlə, Azərbaycan Respublikası Mərkəzi Bankı – X4 vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 38,21 (otuz səkkiz manat, iyirmi bir qəpik) manat, xx.xx.2025-ci il tarixli, № ********** nömrəli qəbzlə, Azərbaycan Respublikası Mərkəzi Bankı – X4 vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 1 (bir) manat dövlət rüsumu, İddiaçınə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, № ********** nömrəli qəbzlə, Azərbaycan Respublikası Mərkəzi Bankı – X4 vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 38,21 (otuz səkkiz manat, iyirmi bir qəpik) manat, xx.xx.2025-ci il tarixli, № ********** nömrəli qəbzlə, Azərbaycan Respublikası Mərkəzi Bankı – X4 vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 1 (bir) manat dövlət rüsumu, İddiaçınə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №e-2(014)-857/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-857/2025
19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver