Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-866/2024 13.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1121,49 (bir min bir yüz iyirmi bir manat, qırx doqquz qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 6620,52 (altı min altı yüz iyirmi manat, əlli iki qəpik) manat, cəmi 7742,01 (yeddi min yeddi yüz qırx iki manat, bir qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 97,43 (doxsan yeddi manat, qırx üç qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 7839,84 (yeddi min səkkiz yüz otuz doqquz manat, səksən dörd qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Qəbələ xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu, Dəhnəxəlil kəndində Cavabdeh məxsus mənzilində alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00840 saylı qaz hesabında ödənilməmiş 7742,01 manat borc vardır. Tələb olunan borcun 1121,49 manat hissəsi sayğac göstəricisinə və 6620,52 manat hissəsi isə (3939,84 m + 886,44 m + 711,36 m+ 1082,88 m = 6620,52 m) müxtəlif dövrlərdə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Tələbdə göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1121,49 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda xx.xx.2022-ci il tarixdə istismardan açılan G4T markalı **********6 nömrəli sayğacın göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbində göstərilən dörd dəfə akt əsasında qeyri qanuni qazdan istifadəyə görə aparılmış hesabata görə 6620,52 manat həcmində dəymiş ziyan müəyyən edilərək istehlakçının hesabında qeydiyyata alınmışdır. Birinci hal üzrə qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə yaranmış 3939,84 manat məbləğdəki borc Cavabdeh yaşadığı Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən mənzilində istismarda olan G-4 markalı, **********365 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı, **********365 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, qaz sayğacından əvvəl, sayğaca qədər olan xətdən rezin boru vasitəsilə, sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə, 28 kv kombinin maksimal saatlıq qaz sərfi 3 m3, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 32832 m3 (və ya 3939,84 manat) həcmində müəyyən edilmişdir İkinci hal üzrə qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə yaranmış 886,44 manat məbləğdəki borc Cavabdeh yaşadığı Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən mənzilində istismarda olan G-4 markalı, **********365 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı, **********365 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, qaz sayğacından əvvəl, sayğaca qədər olan xətdən rezin boru vasitəsilə, sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 81 gün qəbul edilməklə, 28 kv kombinin maksimal saatlıq qaz sərfi 3 m3, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 81 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 7387 m3 (və ya 886,44 manat) həcmində müəyyən edilmişdir. Üçüncü hal üzrə qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə yaranmış 711,36 manat məbləğdəki borc Cavabdeh yaşadığı Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən mənzilində istismarda olan G-4 markalı, **********365 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı, **********365 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, qaz sayğacından əvvəl, sayğaca qədər olan xətdən rezin boru vasitəsilə, sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 65 gün qəbul edilməklə, 28 kv kombinin maksimal saatlıq qaz sərfi 3 m3, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 65 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 5928 m3 (və ya 711,36 manat) həcmində müəyyən edilmişdir. Dördüncü hal üzrə qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə yaranmış 1082,88 manat məbləğdəki borc Cavabdeh yaşadığı Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən mənzilində hazırda istismarda olan G-4 markalı, **********728 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı, **********728 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, qaz sayğacını istismardan açaraq rezin boru vasitəsilə, həmin qaz xəttindən sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 188 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 9024 m3 (və ya 1082,88 manat) həcmində müəyyən edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, iş materiallarına əlavə olunmuş diskdə olan görüntülərlə cavabdehin təbii qazdan 4 dəfə olmaqla kənar qoşulma vasitəsi ilə istifadə etməsi öz təsdiqini tapır. Belə ki, 4 dəfə sayğaca baxış keçirilmiş və baxış zamanı sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə edilməsi müəyyən edilmiş və buna dair müvafiq aktlar tərtib edilmişdir. Odur ki, qeyd olunanların nəzərə alınıb iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, onun adına dörd dəfə olmaqla hesablanmış cərimə borcu tamamilə əsassızdır. Belə ki, sözügedən ev onun adına deyil. Atası və anası ölməmişdən əvvəl həmin evdə yaşamışlar, özü isə Bakı şəhərində və Rusiya Federasiyasında yaşayır. Sayğacın özünün adına rəsmiləşdirməsi üçün heç bir idarəyə müraciət etməmişdir. Valideynlərinin ölümündən sonra onun adına həmin yaşayış sahəsində heç bir mülki yoxdur. Anası sağ olarkən təxminən 2022-ci ilin dekabr ayında Gəncə şəhərindən İddiaçı nümayəndəsi valideynlərinə məxsus sayğaca baxış keçirərək 1100 manat məbləğində borclarının olduğunu və sayğacı Smart tipli sayğacla əvəz edilməsini və həmin borcu hissə-hissə ödəyə biləcəklərini bildirmişlər. Onlar da əməkdaşla razılaşaraq Smart tipli sayğacın quraşdırılması üçün müqavilə bağlamışlar və 85 yaşlı anasının gözləri görmədiyindən müqaviləni özü imzalamışdır. Qazdan qeyri qanuni istifadə edilməsinə hesablanmış borc tamamilə qanunsuzdur. Odur ki, qeyd olunanların nəzərə alınıb, onun adına hesablanmış borcun silinməsini xahiş etdi. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Azəriqaz İB ilə Cavabdeh arasında qazdan istifadəyə görə müqavilə bağlanmışdır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İşin materiallarında olan İddiaçı xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən istehlakçı Cavabdeh yaşadığı mənzildə xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 32832 m3 borc hesablanmışdır. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İşin materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən istehlakçı Cavabdeh yaşadığı mənzildə xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 5928 m3 borc hesablanmışdır. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İşin materiallarında olan İddiaçı xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən istehlakçı Cavabdeh yaşadığı mənzildə xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 32832 m3 borc hesablanmışdır. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İşin materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən istehlakçı Cavabdeh yaşadığı mənzildə xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 9024 m3 borc hesablanmışdır. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli, **********00840 saylı abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2024-cü ilin avqust ayına qədər təbii qazdan istifadəyə görə 7742,01 manat borc hesablanmışdır. İşin materiallarında olan 01 mart 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 30 noyabr 2023-cü il tarixdə Ağdaş rayonu, Dəhnəxəlil kəndində fərdi yaşayış evində qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində 1082,88 manat məbləğində ziyan vurulmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün ümumilikdə 97,43 (doxsan yeddi manat, qırx üç qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 0,40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddia tələbində İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 2022-ci ilin 19 dekabr tarixində istehlakçının iştirakı ilə qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edildiyi müəyyən edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli ******* saylı tərtib edilmişdir. 19 dekabr 2022-ci il tarixli akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 0.8 m3 orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 29 dekabr 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 32832 m3 (və ya 3939,84 manat) həcmində müəyyən edildiyi qeyd edilmişdir. Daha sonra İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 2023-cü ilin 15 mart, 19 may və 30 noyabr tarixlərində istehlakçının iştirakı ilə qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edildiyi müəyyən edilmiş və bu barədə xx.xx.2023cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlar tərtib edilmişdir. 14 mart 2023-cü il tarixli akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 0.8 m3 orta günlük iş rejimi 24 saat hesabat müddəti 81 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 15 mart 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 7387 m3 (və ya 886,44 manat) həcmində müəyyən edildiyi qeyd edilmişdir. 18 may 2023-cü il tarixli akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 0.8 m3 orta günlük iş rejimi 24 saat hesabat müddəti 65 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 19 may 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 5928 m3 (və ya 711,36 manat) həcmində müəyyən edildiyi qeyd edilmişdir. 22 noyabr 2023-cü il tarixli akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 188 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 30 noyabr 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 9024 m3 (və ya 1082,88 manat) həcmində müəyyən edildiyi qeyd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, 19 dekabr 2022-ci il tarixli akt əsasında itirilmiş qazın bərpası üçün hesablanmış 3939,84 manat, 14 mart 2023-cü il tarixli akt əsasında itirilmiş qazın bərpası üçün hesablanmış 886,44 manat, 19 may 2023-cü il tarixli akt əsasında itirilmiş qazın bərpası üçün hesablanmış 711,36 manat və 22 noyabr 2023-cü il tarixli akt əsasında itirilmiş qazın bərpası üçün hesablanmış 1082,88 manat məbləğində hesablanmış borc şişirdilmişdir. Belə ki, dəymiş ziyan hesablanarkən hesabat müddətləri 360, 81, 65 və 188 gün nəzərdə tutularaq cavabdehdən tələb edilən cərimə məbləği dəymiş ziyanın məbləğinə mütənasib deyildir. Dəymiş ziyan hesablanarkən hesabat müddəti 30 günə vurulmalıdır. Odur ki, məhkəmə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətlərin əhatə olunduğu ilin mövsümünü, əvvəlki dövrün orta gündəlik qaz sərfini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1121,49 (bir min bir yüz iyirmi bir manat, qırx doqquz qəpik) manat borc, 12 dekabr 2022-ci il tarixli akt əsasında itirilmiş qazın bərpası üçün hesablanmış 328,32 manat, 14 mart 2023-cü il tarixli akt əsasında itirilmiş qazın bərpası üçün hesablanmış 328,32 manat, 18 may 2023-cü il tarixli akt əsasında itirilmiş qazın bərpası üçün ayrılmış hesabata görə 328,32 manat borc, 22 noyabr 2023-cü il tarixli akt əsasında itirilmiş qazın bərpası üçün hesablanmış 172,80 manat cavabdehdən tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə, həmçinin hesab edir ki, 42,80 (qırx iki manat, səksən qəpik) dövlət rüsumunun, 1,20 manat bank xidmət haqqının əvəzi cavabdehdən tutularaq İddiaçınə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1121,49 (bir min bir yüz iyirmi bir manat, qırx doqquz qəpik) borc, sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadəyə görə itirilmiş qazın bərpası üçün xx.xx.2022-ci il tarixli ******* saylı akt akta əsasən 328,32 (üç yüz iyirmi səkkiz manat, otuz iki qəpik), xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 328,32 (üç yüz iyirmi səkkiz manat, otuz iki qəpik), xx.xx.2023-cü il tarixli ******* saylı akt akta əsasən 328,32 (üç yüz iyirmi səkkiz manat, otuz iki qəpik), xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 172,80 (bir yüz yetmiş iki manat, səksən qəpik), dörd akt üzrə ümumilikdə 1157,76 (bir min bir yüz əlli yeddi manat, yetmiş altı qəpik) borc və 42,80 (qırx iki manat, səksən qəpik) dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-866/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-866/2024
13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver