Məhkəmə qərarları › İş №e-2(014)-868/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-868/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-868/2024 11.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X4 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "Borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "Borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Ağdaş rayonu, Ləki qəsəbəsi, M.Mustafayev küçəsində yaşayan Cavabdeh itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 2073,60 (iki min yetmiş üç manat, altmış qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 40,74 (qırx manat, yetmiş dörd qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 2114,74 (iki min bir yüz on dörd manat, yetmiş dörd qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu, Ləki qəsəbəsi, Mətləb Mustafayev küçəsində Cavabdeh məxsus mənzilində 10xx-xx-2019 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00830 saylı qaz hesabında ödənilməmiş 2073,60 manat borc vardır. Tələb olunan 2073,60 manat borc məbləği təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə yaranmış 2073,60 manat məbləğdəki borc Cavabdeh yaşadığı Ağdaş rayonu, Ləki qəsəbəsi, Mətləb Mustafayev küçəsində yerləşən mənzilində hazırda istismarda olan G-4 markalı, **********4 nömrəli qaz sayğacından kənar qeyri qanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı, **********4 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, sayğacdan əvvəl xəttin üzərində olan açardan rezin boru vasitəsilə qoşulmaqla, sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmış, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 17280 m3 (və ya 2073,60 manat) həcmində müəyyən edilmişdir. Aidiyyatı üzrə araşdırma aparılarkən müəyyən olunmuşdur ki, toplanmış materiallar inzibati icraatın başlanılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyinə təqdim edilmişdir. Bununla əlaqədar olaraq X2 Agentliyinin Mingəçevir filialı tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 100 (yüz) manat həcmində inzibati cərimə edilmiş və hal hazırda sözügedən qərar qanuni qüvvəsindədir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cü il tarixli, 10xx-xx-2019 saylı müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, vintildən şlanq vasitəsi ilə qeyri-qanuni qazdan istifadə edilir. İddiaçı xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş rayonu, Ləki qəsəbəsi, M.Mustafayev küçəsində yerləşən istehlakçı Cavabdeh yaşadığı mənzilə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 17280 m3 borc hesablanmışdır. xx.xx.2024-cü il tarixli, **********00830 saylı abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2023-cü il tarixinə qədər təbii qazdan istifadəyə görə 2073,60 manat borc hesablanmışdır. xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli İnzbati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında fərdi yaşayış evində qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində 2073,60 manat məbləğində ziyan vurulduğuna görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı iddia tələbində İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində G-4 markalı, **********4 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunması aşkar olunmuş və sayğacdan kənar qoşulmanın aşkarlanmasına dair video çəkiliş aparılmışdır. Sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmış, akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 sutkalıq iş rejimi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 17280 m3 (və ya 2073,60 manat) həcmində müəyyən edildiyi qeyd edilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Həmin Qaydaların 6.5-ci bəndlərinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh sayğaca qanunsuz qoşulması onun barəsində olan inzibati xəta haqqında qərar və iş materialları ilə öz təsdiqini tapır, lakin itirilmiş qazın bərpası üçün aparılmış hesabat qanunvericiliyin tələbləblərinə uyğun olmamışdır. Belə ki, iddiaçının mənzilində kənar xətt aşkar olunsa da, həmin xəttin hansı tarixdən etibarən istifadə olunması müəyyən edilmir və xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatının 360 gün müddət üçün hesabatın aparılmasının heç bir hüquqi əsası yoxdur. Qeyd edilən akt əsasında dəymiş zərərin 360 gün üçün hesablanması isə istehlakçının hüquqlarının pozulması ilə nəticələnə bilər. Məhkəmə hesab edir ki, İddiaçı İB-nin nümayəndələri “Qazdan istifadə Qaydaları”nın 3.1.11-ci bəndinə əsasən 3 (üç) ayda 1 (bir) dəfə müvafiq yoxlamanı keçirməli olduqları halda bunu etməmiş və sözügedən kənar xəttin konkret olaraq hansı tarixdən istifadə edilməsi müəyyən edilməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış məbləğ 90 gün üçün əsaslı olmaqla, qalan hissədə əsassız hesablanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı "Borcun ödənilməsi" tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə itirilmiş qazın bərpası üçün xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən aparılmış hesabata görə 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "Borcun ödənilməsi" tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə itirilmiş qazın bərpası üçün 27 noyabr 2023-cü il tarixli, ******* saylı akta əsasən aparılmış hesabata görə 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar