Məhkəmə qərarları › İş №e-2(014)-88/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-88/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-88/2025 13.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştrakı ilə İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş şəhəri Səbuhi Səlimoğlu küçəsində Cavabdeh məxsus mənzilində 4xx-xx-2020 saylı alqısatqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********01870 saylı qaz hesabında ödənilməmiş 12046.35 (on iki min qırx altı manat 35 qəpik) manat borc vardır. Cavabdeh məxsus **********01870 saylı qaz hesabında olan 12087.10 manat borc məbləğinin xx.xx.2020-ci il tarixə olan ödənilməmiş 4777.50 (dörd min yeddi yüz yetmiş yeddi manat əlli qəpik) manat hissəsi üzrə 2020-ci ilin oktyabr ayında İddiaçı tərəfindən borc tələbi üzrə Ağdaş rayon Məhkəməsində iddia qaldırılmış və Ağdaş rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli e-2(014)-241/2021 saylı Qətnamə çıxarılmışdır. Hal-hazırda tələb olunan 7268.85 (yeddi min iki yüz altmış səkkiz manat 85 qəpik) manat məbləğində borc isə xx.xx.2020-ci il tarixdən sonrakı və bu günədək olan dövr ərzində Cavabdeh məxsus **********01870 saylı qaz hesabında yaranan borc məbləğidir və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan 7268.85 manat borcun 4573,17 manat hissəsi sayğac göstəricisinə və 2695.68 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 4573,17 manat məbləğindəki borc Cavabdehyaşadığı ünvanda hazırda istismarda olan G4T markalı **********8 nömrəli sayğacın göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə yaranmış 2695.68 manat məbləğdəki borc Cavabdeh yaşadığı Ağdaş şəhəri S.Səlimoğlu küçəsində yerləşən mənzilində xx.xx.2022-ci il tarixdə istismardan açılan G-4 markalı **********355 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı **********35 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, sayğacdan əvvəl xəttin üzərində olan yivli birləşmədən rezin boru vasitəsilə qoşulmaqla, sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz işlədicilərindən Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4m sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə, PQ-4 qaz pilitəsinin maksimal saatlıq qaz sərfi 1.2m sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 22464 m (və ya 2695.68 manat) həcmində müəyyən edilmişdir. Göstərilənlərə əsasən cavabdeh Ağdaş şəhəri S.Səlimoğlu küçəsində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 4573,17 (dörd min beş yüz yetmiş üç manat 17 qəpik) manat və İtirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 2695,68 (iki min altı yüz doxsan beş manat altmış səkkiz qəpik) manat, cəmi 7268.85 (yeddi min iki yüz altmış səkkiz manat 85 qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 92.69 (doxsan iki manat 69 qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 7361.94 (yeddi min üç yüz altmış bir manat 94 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi(bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasın İddiaçı nümayəndəsi Nümayəndə izahatında iddia tələbində qeyd edilənləri müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2022-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı **********35 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, sayğacdan əvvəl xəttin üzərində olan yivli birləşmədən rezin boru vasitəsilə qoşulmaqla, sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. İşin materiallarında olan İddiaçı xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, akt əsasında qaz işlədicilərindən Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4m sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə, PQ-4 qaz pilitəsinin maksimal saatlıq qaz sərfi 1.2m sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 22464 m (və ya 2695.68 manat) həcmində müəyyən edilmişdir. İşin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********01870 saylı abonent saldosundan məlum olur ki, Cavabdeh 2024-cü ilin yanvar ayı üzrə qalıq və aktlardan borcu 2695,68 manat borc hesablanmışdır. Eyni zamanda sayğac göstəricisinə əsasən aparılmış hesabatda daxil olmaqla ümumi borcu 12046,35 manat borcu vardır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 92,69 manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı tərəfindən cavabdehə verilmiş qaz istehlak edilməsi ilə əlaqədar sayğac göstəricisinə əsasən 4573,17 (dörd min beş yüz yetmiş üç manat on yeddi qəpik) manat borc yaranmışdır. Eyni zamanda, cavabdehdən təbii qazdan qeyri-qanuni istifadə qaydalarının pozulmasına görə akt əsasında 2695,68 manat cərimə tələb olunur. Belə ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı **********35 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, sayğacdan əvvəl xəttin üzərində olan yivli birləşmədən rezin boru vasitəsilə qoşulmaqla, sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Bundan sonra İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, akt əsasında qaz işlədicilərindən Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4m sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə, PQ-4 qaz pilitəsinin maksimal saatlıq qaz sərfi 1.2m sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 22464 m (və ya 2695.68 manat) həcmində müəyyən edilmişdir. Lakin kənar xəttin konkret olaraq hansı tarixdən quraşdırıldığını müəyyən etmək mümkün olmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndlərinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-3-cü bəndinin tələbinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin mənzilində kənar xətt aşkar olunsa da, həmin xəttin konkret hansı tarixdən istifadə olunması müəyyən edilmir və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatının 360 gün müddət üçün hesabatın aparılmasının heç bir hüquqi əsası yoxdur. Qeyd edilən akt əsasında dəymiş zərərin 360 gün üçün hesablanması istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan başqa məhkəmə hesab edir ki, hazırki iş üzrə isə xx.xx.2022-ci il tarixli ******* saylı Aktın inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün aidiyyəti quruma və ya cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim edilməsi barədə iş materiallarında heç bir sübut mövcud deyildir. İddiaçı tərəf də bu barədə məhkəməyə heç bir sübut və ya dəlil təqdim etməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsinə görə, hazırki halda İddiaçı həmin cərimə məbləğini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu” haqqında AR qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan məhkəmə hesab edir ki, ödənilmiş 92,69 manat məbləğində dövlət rüsumunun 26,96 manat hissəsi cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh sayğac göstəricisinə görə 4573,17 (dörd min beş yüz yetmiş üç manat on yeddi qəpik) manat borc, 65,73 (altmış beş manat yetmiş üç) manat ödənilmiş dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh sayğac göstəricisinə görə 4573,17 (dörd min beş yüz yetmiş üç manat on yeddi qəpik) manat borc, 65,73 (altmış beş manat yetmiş üç) manat ödənilmiş dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar