Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-882/2023 16.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə İddiaçı cavabdeh na qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırilmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu, Qolqəti kəndində yaşayan Cavabdeh məxsus mənzilində 3474-08-20 saylı alqısatqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********01470 saylı qaz hesabında ödənilməmiş 2406,62 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 125,66 manat hissəsi sayğac göstəricisinə və 2280,96 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 125,66 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan G4T markalı **********5 nömrəli sayğacın 7784 m3 göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 2280,96 manat həcmindəki borc Cavabdeh yaşadığı Ağdaş rayonu, Qolqəti kəndində yerləşən mənzilində istismarda olmuş qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Belə ki, mənzildə istismarda olan qaz cihazlarının maksimal saatlıq qaz sərfləri nəzərə alınmaqla itirilmiş qazın miqdarı İddiaçı İB-nin İSQNŞ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 19008 m3 (və ya 2280,96 manat) həcmində müəyyən edilmişdir. Göstərilənlərə əsasən cavabdeh Ağdaş rayonu, Qolqəti kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 125,66 (yüz iyirmi beş manat, altmış altı qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 2280,96 a9iki min iki yüz səksən manat, doxsan altı qəpik) manat, cəmi 2406,62 (iki min dörd yüz altı manat, altmış iki qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 44,07 (qırx dörd manat, yeddi qəpik) dövlət rüsumun və 0,40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 2451,09 (iki min dörd yüz əlli bir manat, doqquz qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasını iştrakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən tərəflərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxilmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli, **********01470 saylı abonent saldosundan məlum olur ki, Cavabdeh 2406,62 manat borc hesablanmışdır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, abonentin həyətyanı sahəsindən keçən daşıyıcı qaz xəttinə 1 girişli, yer ocağı qoşaraq təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə etdiyi müəyyən edilmişdir. İşin materiallarında olan İddiaçı xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh yaşadığı mənzildə olan qaz sayğacına dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 19008 m3 və ya 2280,96 manat hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh yaşadığı mənzilində kənar qoşulma vasitəsilə qəbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Lakin kənar xəttin konkret olaraq hansı tarixdən quraşdırıldığını müəyyən etmək mümkün olmamışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 44,07 (qırx dörd manat, yeddi qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İstehlakçiların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçiların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğaci qaz paylayıcisının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğaci istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırilır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanilmasından keçirilməsinə görə istehlakçilardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacinın dövlət yoxlanilmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçiların sayğacları qaz paylayıcisı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxilmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçiların qaz sayğaclarının işlək vəziyyətdə saxlanilmasına görə cavabdehliyi qaz paylayıcisı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanilmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzilində kənar xətt aşkar olunsa da, həmin xəttin konkret hansı tarixdən istifadə olunması müəyyən edilmir və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatının 360 gün müddət üçün hesabatın aparılmasının heç bir hüquqi əsası yoxdur. Qeyd edilən akt əsasında dəymiş zərərin 360 gün üçün hesablanması istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, müvafiq yoxlamanı İddiaçı İB hər ay keçirməli olduğundan dəymiş zərərin məbləği 30 gün üçün hesablanmalı idi. Buna görə də akt əsasında hesablanmış məbləğ 30 gün üçün əsaslı olmaqla, qalan hissədə əsassız hesablanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 125,66 manat sayğac göstəricisinə görə borcun, qeyri qanuni qazdan istifadəyə görə 190.08 manat borcun və 44,07 (qırx dörd manat, yeddi qəpik) dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının əvəzi, cəmi 316,14 (üç yüz on altı manat, on dörd qəpik) manat pul tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazilı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yaziları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşilıqlı münasibətinə uyğun əsaslandırilmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 125,66 manat sayğac göstəricisinə görə borc, qeyri qanuni qazdan istifadəyə görə 190.08 manat borc və 44,07 (qırx dörd manat, yeddi qəpik) manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqının əvəzi, cəmi 316,14 (üç yüz on altı manat, on dörd qəpik) manat pul tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-882/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-882/2023
16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver