Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-892/2025 04.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X3 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 224 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 254 (iki yüz əlli dörd) manat pulun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 19 dekabr 2019-cu il tarixli, ADK5767322 saylı borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-dən 12 ay müddətinə 392 manat dəyərində Samsung Galaxy A10 (2019) SM-A105 markalı mobil telefon əldə etmişdir. Cavabdeh müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 224 manat məbləğində borcu qalmışdır. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı MMC ilə aralarında bağlanan 19 dekabr 2019-cu il tarixli, ADK5767322 saylı müqavilə 12 müddətinə bağlandığını, müqavilənin müddətinin 19 dekabr 2020-ci il tarixdə bitdiyini, İddiaçı MMC tərəfindən 3 illik iddia müdətinin ötdüyünü bildirib, İddiaçı MMC-nin iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin ərizəsində qeyd edilənlərin mülki işin düzgün və hərtərəfli həlli üçün araşdırılmasının zəruri olduğundan məhkəmənin 08 may 2025-ci il tarixli, e-2(014)- 892/2025-013 nömrəli qərardadı ilə İddiaçı cavabdeh X2 qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddialara dair iddia ərizəsi üzrə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizələr təqdim edərək, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilmədiyini, iş üzrə bütün sübutları məhkəməyə təqdim etdiyini, hər hansı əlavə vəsatət və sübutunun olmadığını bildirib, iddia ərizəsinə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddia ərizəsinin surətini və məhkəmə bildirişini aldıqdan sonra İddiaçı MMC-nin Ağdaş filialına yaxınlaşmış və sonuncu ödənişin vaxtını dəqiqləşdirmişdir. Belə ki, qeyd olunan kredit müqaviləsi üzrə sonuncu ödəniş 19 iyul 2020-ci il tarixdə olmuşdur. Tərəfindən İddiaçı MMC tərəfindən həmin ödənişə dair sənəd verilməsini tələb etsə də, İddiaçı MMC tərəfindən ona heç bir rəsmi sənəd verilməmişdir. Odur ki, qeyd olunanların nəzərə alınıb iddia tələbinin təmin edilməməsini xahiş etdi. 04 iyul 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh əlavə olaraq izahatında bildirdi ki, İddiaçı MMC-dən həqiqətən də mobil telefon almışdır, lakin müqavilə üzrə sonuncu ödənişi hansı tarixdə etdiyini xatırlamır, eləcə də bununla bağlı sübut təqdim edə bilmir. Hazırda aliment ödədiyindən borcunu tam ödəmək iqtidarında deyil, hissə-hissə ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alıb, borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: 19 dekabr 2019-cu il tarixli, ADK5767322 saylı müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh Samsung Galaxy A10 (2019) SM-A105 markalı mobil telefon almışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli təhviltəslim aktından görünür ki, satıcı alıcıya ümumi dəyəri 392 manat olan Samsung Galaxy A10 (2019) SM-A105 markalı mobil telefon təhvil vermişdir. İddiaçı MMC tərəfindən verilmiş 15 yanvar 2025-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19 dekabr 2019-cu il tarixli, ADK5767322 saylı müqavilə üzrə borcu 224 (iki yüz iyirmi dörd) manat təşkil edir. Məhkəmənin sorğusu əsasında İddiaçı MMC tərəfindən verilmiş ödəniş tarixcəsindən görünür ki, 19 dekabr 2019-cu il tarixli, ADK5767322 saylı müqavilə üzrə 11 dekabr 2022-ci il tarixdə 15 (on beş) manat olmaqla sonuncu ödəniş edilmişdir. Mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli, ADK5767322 saylı müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən 12 ay müddətinə 392 manat dəyərində Samsung Galaxy A10 (2019) SM-A105 markalı mobil telefon almış, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-nə ümumilikdə 224 (iki yüz iyirmi dörd) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 19 dekabr 2019-cu il tarixli, ADK5767322 saylı müqavilə üzrə 224 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzi olmaqla cəmi 254 (iki yüz əlli dörd) manat pul alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 19 dekabr 2019-cu il tarixli, ADK5767322 saylı müqavilə üzrə 224 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzi olmaqla cəmi 254 (iki yüz əlli dörd) manat pul alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №e-2(014)-892/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-892/2025
04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver