Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-902/2025 05.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X4 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı Niyazi oğlunun iştirakı ilə, İddiaçı Niyazi oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, üçüncü şəxs Maraqlı şəxs qarşı "miras əmlakın qəbul edilməsinin müəyyəm edilməsi" tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Niyazi oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, üçüncü şəxs Maraqlı şəxs qarşı "miras əmlakın qəbul edilməsinin müəyyəm edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 yanvar 2009-cu il tarixdə Ağdaş şəhərində ölmüş mərhum anası X1 ölümündən sonra ondan ünvan 1 ünvanında miras qalmış 0.0283 ha həyətyanı torpaq sahəsinin onun, yəni İddiaçı Niyazi oğlu tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Niyazi oğlu məhkəməyə ərizə təqdim edib mülki işin baxılmamış saxlanılması və iş materiallarının geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizənin dəlillərini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 12 saylı qərarının 5.1-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə dəyişiklik edilmiş və göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, İddiaçı Niyazi oğlu tərəfindən xx.xx.2025-ci il tarixli, № ********** nömrəli qəbzlə, Azərbaycan Respublikası Mərkəzi Bankı – X6 vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu, ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 170, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Niyazi oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, üçüncü şəxs Maraqlı şəxs qarşı "miras əmlakın qəbul edilməsinin müəyyəm edilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Niyazi oğlu tərəfindən xx.xx.2025-ci il tarixli, № ********** nömrəli qəbzlə, Azərbaycan Respublikası Mərkəzi Bankı – X6 vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu, ona geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №e-2(014)-902/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-902/2025
05.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver