Məhkəmə qərarları › İş №e-2(014)-921/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-921/2025

04.04.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-921/2025 04.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı, İddiaçı Cavabdeh qarşı “mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi və dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi və dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Ağdaş şəhəri, M.İsayev küçəsində d-159 mm diametrli aşağı təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmədə baxılmalı olmaması əsası ilə icraata qəbul edilməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 6.1-ci maddəsinin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinin tələbinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan Məcəllənin 24.3-cü maddəsinin tələbinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması dedikdə o nəzərdə tutulur ki, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılması mümkün olmasın. Belə ki, işin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh Dövlət Vergi Xidmətində vergi ödəyicisi kimi qeydiyyatdadır və Cavabdeh məxsus ********** saylı VÖEN aktivdir. Bundan başqa, iddiaçı tərəfindən sökülməsini istənilən tikili (kafe) Ağdaş şəhəri M.İsayev küçəsində yerləşir və Cavabdeh sahibkarlıq fəaliyyətini həmin ərazidə həyata keçirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi və dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə mübahisənin ümumi məhkəmə qaydasında baxılmalı olmadığına görə iddia ərizəsi icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət edilməsi izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda İddiaçı Cavabdeh qarşı “mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi və dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etməsi izah edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: İddiaçı Cavabdeh qarşı “mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi və dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etməsi izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar