Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-930/2022 23.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 769.30 manat borcun, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 216 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik bank xidmət haqqının, cəmi 623.22 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, işə məhkəmə iclasında baxılan zaman müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-256/2022 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən Cavabdeh **********01240 saylı abonent koduna yazılmış 216 manat borcun silinməsi qət edilmiş, məhkəmənin 23 iyun 2022-ci il tarixli qərardadı ilə işin icraatına 216 manat hissədə xitam verilmişdir. İddiaçı İB iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********01240 saylı qaz hesabında xx.xx.2022-ci il tarixə ödənilməmiş 985.30 manat borcu vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb edilən borcun 769.30 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 216 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Tələbdə göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 769.30 manat həcmindəki borc Cavabdeh yaşadığı Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsindəki mənzilində hazırda istismarda olan ZENNER G4T markalı **********8 nömrəli sayğacın 3937 m3 göstərici ilə müəyyən edilmişdir. Odur ki, Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 769.30 manat borcun, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 216 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik bank xidmət haqqının, cəmi 623.22 manat borcun tutulması barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı İB-in nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək əsassız hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət edərək təbii qazdan qeyri qanuni istifadəyə görə əsassız hesablanmış 216 manat borcun silinməsi iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-256/2022 saylı qətnaməsi ilə ərizəsi tələb olunmuş və 216 manat borc silinmişdir. Təbii qazdan istifadəyə görə yaranmış borcu isə maddi imkanı yaxşı olmadığı üçün ödəyə bilməmişdir, ona görə də iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında 2021-ci il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Ağdaş QİS-dən Cavabdeh qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. İş materiallarına əlavə edilmiş Cavabdeh adına olan abonentin saldosundan görünür ki, Cavabdeh 2022-ci ilə görə 985.30 manat borcu vardır. İş materiallarına əlavə edilmiş itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 2160 m3 (və ya 648 manat) həcmində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən sayğacın hesablama mexanizminin yan tərəfdən əzilib daxili qulaqcıqlarında əzik-cızıq izləri aşakr edilmiş, tələb isə əlavə xəttin ləğv edilməsi, hesablanaraq dəymiş ziyanın ödənilməsidir. İş materiallarına əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-256/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-256/2022 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən Cavabdeh **********01240 saylı abonent koduna yazılmış 216 manat borcun silinməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, **********01240 saylı abonent koduna 100 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır.istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh yaşadığı ünvan müvafiq qaydada təbii qazla təchiz edilmiş və hazırda istismarda olan ZENNER G4T markalı **********8 nömrəli sayğacın 3937 m3 göstəricisi ilə 769.30 manat məblğində borc müəyyən edilmişdir. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış borcdan 100 manat məbləğində ödəniş etmişdir. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, təbii qazdan istifadəyə görə yaranmış 769.30 manat məbləğində borcdan 100 manat çıxılmalı, 669.30 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 669.30 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 699 manat 70 qəpik (altı yüz doxsan doqquz manat yetmiş qəpik) tutularaq İddiaçı İB-in xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №e-2(014)-930/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-930/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver