Məhkəmə qərarları › İş №e-2(014)-933/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-933/2023

15.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-933/2023 15.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və üçüncü şəxs Ağdaş rayon Notariat ofisinə qarşı ümumi birgə mülkiyyətdə olan əmlakın bölünməsi, mirasın qəbul edilməsinin müəyyən edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və üçüncü şəxs Ağdaş rayon Notariat ofisinə qarşı ümumi birgə mülkiyyətdə olan əmlakın bölünməsi, mirasın qəbul edilməsinin müəyyən edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1961-ci ildə X45 ilə X6 birgə evliliyindən doğulmuşdur. Valideynlərinin ondan başqa X46, Cavabdeh1, Əliyeva (Məhərrəmova) Təranə Əziz qızı, Məhərrəmova (Əsədova) Dürdanə Əziz qızı, Məhərrəmova (Hacıyeva) Fərqanə Əziz qızı, X47 adında, cəmi 7 övladı olmuşdur. X73 03 sentyabr 2001-ci ildə, anası X14 25 iyul 2020-ci ildə, bacısı X56 31 may 2012-ci ildə, bacısı X48 30 iyul 2011-ci ildə, qardaşı X47 30 mart 2021-ci ildə, qardaşı X46 isə Ukrayna Respublikasında ölmüşdür. X1 ünvan 1 ünvanda yerləşən 161,8 kv.metr sahədən ibarət yaşayış evi və X46, Cavabdeh1 Şirin oğlu və X42 ilə ümumi birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi miras qalmışdır. X33 08 iyun 2020-ci ildə ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən istənilən daşınar və daşınmaz əmlaklarını ona vəsiyyət etmişdir. Miras əmlak onun idarəçiliyində və sahibliyindədir. O, mirasın qəbulu ilə bağlı Ağdaş rayon Notariat Ofisinə müraciət etmişdir. Bununla əlaqədar ona 08 fevral 2023-cü il tarixli məktubla cavab verilmişdir ki, mirasın bölgüsündə digər vərəsələrlə aralarında mübahisə olduğundan müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməyi təklif edilmişdir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən X14, X49, Cavabdeh1 Şirin oğlu və X20 ümumibirgə mülkiyyətində olan 0,06 ha torpaq sahəsində X6 ¼ hissə payının müəyyən olunması, miras qoyan X4 miras qalmış ünvan 2 ünvanda yerləşən 161,8 kv.metr sahədən ibarət yaşayış evinin və həmin ünvanda olan ¼ hissə torpaq payının yalnız onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, X4 miras qalmış ünvan 1 ünvanda yerləşən 161,8 kv.metr sahədən ibarət yaşayış evindən və 0,06 ha torpaq sahəsində olan ¼ hissə əmlak payına bütöv şəkildə onun payının müəyyən olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək həmin evdə nənəsi və valideynləri ilə yaşadığını, nənəsi vəfat etdikdən sonra atası ilə birlikdə orada yaşamağa davam etdiklərini, atası da öldükdən sonra anası ilə birlikdə ana nənəsi ilə yaşamağa getdiklərini, sonradan ata nənəsindən atasına miras qalmış həmin evdə kirayəçi yaşadığını, əvvəllər kirayə pulunu anası, sonradan isə bibisi Yeganənin kirayənişinə pulu ona verməli olmasını deməsi nəticəsində Yeganənin aldığını, nənəsindən atasına xalça və boyunbağı qaldığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı, digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçının, digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X26 ifadə verərək göstərdi ki, iddiaçını tanıyır. X6 yas mərasimində iştirak edib. Elxan və anası da yas mərasimində iştirak etmişlər. Böyükxanım vəfat edəndən bir müddət sonra Mahir də vəfat etdi. Bundan sonra Mahirin arvadı Sevinc həmin evi kirayə verdi. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadə verərək göstərdi ki, Elxanın anası Sevinclə uzun müddətdir yaxın münasibətləri var. Sevinc Böyükxanımın gəlini olub. Həmin evdə bir dəfə qonaq olmuşdur. Sevincin ərinin anası vəfat etdikdən sonra həmin evdə Mahirin ailəsi yaşamışdır. Mahir də vəfat etdikdən sonra Sevinc və oğlu öz anasıgillə yaşamışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 hektar yaşayış məntəqələrinin torpaqları X6 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Eyni zamanda torpaq sahəsi X14, X43, Cavabdeh1 Şirin oğlu və X20 ümumi birgə mülkiyyətindədir. İşin materiallarında olan 30 dekabr 2021-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 25 iyul 2020-ci il tarixdə durğunluq ürək çatmamazlığı səbəbindən ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 3553 nömrəli arayışdan görünür ki, xx.xx.1939-cu il tarixdə Zərdab rayonu, Məlikli kəndində doğulmuş və ölüm akt qeydində sonuncu yaşayış yeri ünvan 3 ünvanı qeyd olunmuş X6 ailə üzvləri əri X45 (ölüb), qızı İddiaçı, oğlu X46, Cavabdeh1, qızı X56 (ölüb), qızı Cavabdeh3, qızı X48 (ölüb), oğlu X27 (ölüb) ibarətdir. İşin materiallarında olan İddiaçı tərəfindən Ağdaş rayon Notariat ofisinə ünvanlanmış 04 aprel 2022-ci il tarixli elektron ərizənin surətindən görünür ki, İddiaçı ünvan 5 ünvanında yaşayan anası X14 xx.xx.2020-ci il tarixdə öldüyünü, miras əmlak olaraq Ağdaş şəhərində fərdi yaşayış evi və torpaq sahəsinin qaldığını, ondan başqa X46, Cavabdeh1, Cavabdeh3 vərəsələr olduğunu qeyd edərək əmlakdakı payına dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşin materiallarında olan Ağdaş rayon Notariat ofisinin 08 fevral 2023-cü il tarixli, № 115 saylı məktubundan görünür ki, mirasın bölgüsündə vərəsələr arasında mübahisə mövcuddur. Mirasın bölüşdürülməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İşin materiallarında olan Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 dekabr 2021-ci il tarixli, 4572 saylı arayışdan görünür ki, X14 öldüyü günədək ünvan 6 ünvanında yaşamışdır. İşin materiallarında olan Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 dekabr 2021-ci il tarixli, 4573 saylı arayışdan görünür ki, X47 mərhumə X14 ilə ünvan 6 ünvanında yaşamışdır. İşin materiallarında olan Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 dekabr 2021-ci il tarixli, 4574 saylı arayışdan görünür ki, X14 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Mərhumun varisləri İddiaçı, X46, Cavabdeh1, Cavabdeh3, X56 (ölüb), X48 (ölüb), X27 (ölüb) ibarətdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə “X25” AQİS-dən verilmiş Çıxarışdan görünür ki, X5 Böyükxanım Muxtar qızı ilə nikahlarını xx.xx.1958-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsində 82 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra kişiyə Məhərrəmov, qadına Məhərrəmova soyadı verilmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə “X25” AQİS-dən verilmiş Çıxarışdan görünür ki, X45 xx.xx.2001-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan 21 aprel 2021-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T № 162316 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.1961-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, atası X45, anası X10r. İşin materiallarında olan xx.xx.2012-ci il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 794666 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 Yeganə Əziz qızı ilə 01 sentyabr 1983-cü ildə nikahlarını akt qeydləri kitabında 42 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə “X25” AQİS-dən verilmiş Çıxarışdan görünür ki, X46 xx.xx.1963-cü il tarixdə doğulmuş, atası X45, anası X10r. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə “X25” AQİS-dən verilmiş Çıxarışdan görünür ki, X36 xx.xx.1959-cu il tarixdə Ağdaş rayonunda doğulmuş, atası X45, anası X10r. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə “X25” AQİS-dən verilmiş Çıxarışdan görünür ki, X2 Təranə Əziz qızı ilə xx.xx.1980-ci ildə nikahlarını akt qeydləri kitabında 4 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə “X25” AQİS-dən verilmiş Çıxarışda görünür ki, X56 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə “X25” AQİS-dən verilmiş Çıxarışda görünür ki, X28 xx.xx.1966-cı ildə doğulmuş, atası X45, anası X10r. X3 Təranə Əziz qızı ilə xx.xx.1993-cü ildə nikahlarını akt qeydləri kitabında 232 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Əsədov, arvada Əsədova soyadı verilmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə “X25” AQİS-dən verilmiş Çıxarışda görünür ki, X29 xx.xx.1969-cu ildə doğulmuş, atası X45, anası X10r. X11 Fərqanə Əziz qızı ilə xx.xx.1993-cü ildə nikahlarını akt qeydləri kitabında 91 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə “X25” AQİS-dən verilmiş Çıxarışda görünür ki, X48 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə “X25” AQİS-dən verilmiş Çıxarışda görünür ki, X47 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan xx.xx.2020-ci il tarixli vəsiyyətnamədən görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan X14 ölən günə kimi özünə məxsus olan bütün əmlakını, o cümlədən istənilən Daşınar və Daşınmaz əmlaklarını ünvan 8 ünvanında qeydiyyatda olan İddiaçı vəsiyyət etmişdir. İşin materiallarında olan Daxili İşlər Nazirliyi BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh3 ünvan 9 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Daxili İşlər Nazirliyi BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X12 rayonu, Qazıqumlaq kəndi ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Daxili İşlər Nazirliyi BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh1 ünvan 11 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyi BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş Çıxarışda görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh1 ünvan 12 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyi BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş Çıxarışda görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X13 rayonu, Qarabucaq kəndi ünvanında qeydiyyatdadır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyi BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş Çıxarışda görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X19 şəhəri, Nəsimi küçəsi ev 15 ünvanında qeydiyyatdadır. İşin materiallarında Cavabdeh2 təqdim etdiyi və atası X22, ona da X1 miras qaldığını bildirdiyi xalçanın fotoşəkili vardır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron Çıxarışa əsasən ünvan 15 ünvanında yerləşən 161.8 kv.metrdən ibarət yaşayış evi mərhum X6 tam mülkiyyətində olmuşdur, 0,06 hektar torpaq sahəsi isə X14, X46, Cavabdeh1 və X30 ümumi birgə mülkiyyətindədir və X14 həmin torpaq sahəsinin 4 mülkiyyətçisindən biridir. X14 bütün əmlaklarını İddiaçı vəsiyyət etmişdir. Lakin onun məcburi pay sahibi olan vərəsələri (X38, X29, X28, X35, X46, Cavabdeh1 və X47) vardır. X7, X29 miras qoyandan (X4) əvvəl vəfat ediblər. X28 notarial ərizə yazaraq öz hüququndan imtina etmişdir. X46 və Cavabdeh1 hazırda uzun müddətdir ki, Azərbaycanda yaşamırlar, tərəflərin şifahi əldə etdiyi məlumata görə X9 vəfat etmişdir. X4 miras qalmış torpaq sahəsi və yaşayış evi onun vəfatından dərhal sonra qalan əşyalara və evin özünə sahiblik etməklə İddiaçı və X47 tərəfindən faktiki qəbul edilmişdir. Cavabdeh2 isə öz atasından (X47) qalan əşyalara sahiblik etməklə öz atasından mirası faktiki qəbul etmişdir. Eyni zamanda mərhum X14 ölən günədək özünə məxsus olan bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. Belə olan halda mübahisə predmeti olan yaşayış evinin ½ hissəsi İddiaçı, qalan ½ hissəsi isə digər vərəsələrin, eyni zamanda torpaq sahəsi mərhum X6 və digər mülkiyyətçilərin ümumi birgə mülkiyyətində olduğundan X6 payına düşən ¼ hissəsinin 1/8 hissəsi İddiaçı, qalan ¼ hissəsi isə digər mülkiyyətçilərin paylarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Eyni Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X4 miras əmlak kimi qalmış ünvan 15 ünvanında yerləşən 161,8 kv.metr sahəsi olan yaşayış evinin və torpaq sahəsinin İddiaçı vəsiyyət edilməsi nəzərə alınmaqla, o cümlədən İddiaçı və X47 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməklə, İddiaçı ünvan 15 ünvanında yerləşən 161,8 kv.metr sahəsi olan yaşayış evinə ¾ hissə payı, X30 ¼ hissə payı, 0,06 hektar olan torpaq sahəsinə İddiaçı 3/16 hissə payı, X30 1/16 hissə (öz payı ilə birlikdə 5/16) payı müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X4 miras əmlak kimi qalmış ünvan 15 ünvanında yerləşən 161,8 kv.metr sahəsi olan yaşayış evinin və torpaq sahəsinin İddiaçı vəsiyyət edilməsi nəzərə alınmaqla, o cümlədən İddiaçı və X47 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməklə, İddiaçı ünvan 15 ünvanında yerləşən 161,8 kv.metr sahəsi olan yaşayış evinə ¾ hissə payı, X30 ¼ hissə payı, 0,06 hektar olan torpaq sahəsinə İddiaçı 3/16 hissə payı, X30 1/16 hissə (öz payı ilə birlikdə 5/16) payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar