Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-949/2022 10.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbi haqqında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC iddiasını onunla əsaslandırmışdır ki, “KAMAZ” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobil 17.10.2019-cu ildən 17.10.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortlanmışdır. Sığortalı ilə 17.10.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il sentyabrın 03-də Cavabdeh idarə etdiyi “KAMAZ” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax yolunun 107-ci km-də, X1 idarə etdiyi “Mercedes Benz” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Həmin gadisə ilə bağlı Vİİ Tağım YPX inspektoru R.K.Muğumov tərəfindən 04.09.2020-ci il tarixində İXP ******* nömrəli X6 protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Vİİ Tağım YPX-nin R.K.Muğumovun 04.09.2020-ci il tarixli TP ******* nömrəli X7 haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Fiziki şəxs qismində avtomobillərin qiymətləndirmə fəaliyyətini aparan X3 tərəfindən verilmiş təmir smetasına əsasən “Mercedes Benz” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobillə 1320 manat məbləğində ziyan dəymişdir. İddiaçı 12.10.2020-ci il tarixində 4379 saylı ödəniş tapşırığı ilə 1320 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. Odur ki, Cavabdeh 1320 manat məbləğində vurulmuş zərər və 33.20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1353.20 manatın cavabdehdən alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddianın qiyməti beş min manatdan az olduğu üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında ərizənin məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmadığı üçün məhkəmə hesab edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC ilə Cavabdeh arasında 17.10.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanaraq “KAMAZ” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobil 17.10.2019-cu ildən 17.10.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortlanmışdır. 2020-ci il sentyabrın 03-də Cavabdeh idarə etdiyi “KAMAZ” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax yolunun 107-ci km-də, X1 idarə etdiyi “Mercedes Benz” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə “Mercedes Benz” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobillə 1320 manat məbləğində ziyan dəymiş, iddiaçı "xxxx" ASC 12.10.2020-ci il tarixində 4379 saylı ödəniş tapşırığı ilə 1320 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmiş, iddiaçı tərəfindən 33.20 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında 17.10.2019-cu il tarixli PXA ********** nömrəli 1 illik sığorta müqaviləsi bağlanmışdır. İşdə olan PXA********** saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, PXA********** saylı sığorta şəhadətnaməsinə əsasən “KAMAZ 5511” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilə 1320 manat məbləğində zərər dəymişdir. İşdə olan 04.09.2020-ci il tarixli, İXP ******* saylı X6 Protokolun və 04.09.2020-ci il tarixli TP ******* saylı X7 Haqqında Qərarın surətlərindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinib 100 manat inzibati cərimə edilmişdir. İşdə olan Gəncə şəhəri "xxxx" MMC fiziki şəxs qismində avtomobillərin qiymətləndirmə fəaliyyəti aparan X3 tərəfindən verilmiş təmir smetasının surətindən görünür ki, “Mercedes Benz” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobilin qəzaya uğraması nəticəsində 1320 manat məbləğində ziyan dəymişdir. İşdə olan 12.10.2020-ci il tarixli 4379 saylı ödəniş tapşırığının surətindən görünür ki, zərərçəkmiş şəxs X2 1320 manat məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının İcbari Sığortalar Haqqında Qanunun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz” markalı, **-ZU- *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin miqdarı olan 1320 manat "xxxx" ASC tərəfindən ödənildiyindən subroqasiya qaydasında cavabdehdən həmin pulun tələb edilməsi əsaslıdır və təmin edilməlidir. Ödənilmiş tələbin miqdarı nəzərə alınaraq 33.20 manat ödənilmiş dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1320 manat sığorta ödənişi və ödənilmiş 33.20 manat dövlət rüsumu, cəmi 1353 manat 20 qəpik (bir min üç yüz əlli üç manat iyirmi qəpik) tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №e-2(014)-949/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-949/2022
10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver