Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-975/2024 24.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı “Borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “Borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********87751 SAMSUNG GALAXY A51 markalı telefon üçün 71,41 (yetmiş bir manat, qırx bir qəpik) manat ödənilməmiş hissə, 7,59 (yeddi manat, əlli doqquz qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, LG LED TV üçün 255,13 (iki yüz əlli beş manat, on üç qəpik) manat ödənilməmiş hissə, 25,87 (iyirmi beş manat səksən yeddi qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, TOSHİBA LED TV üçün 366,20 (üç yüz altmış altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 36,80 (otuz altı manat, səksən qəpik) manat cərim borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei KOD **********90467 XİAOMİ Mİ 11 LİTE markalı telefon üçün 562 (beş yüz altmış iki manat) manat ödənilməmiş hissə, 56 (əlli altı manat) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********96140 SAMSUNG GALAXY A12 markalı telefon üçün 114,50 (yüz on dörd manat, əlli qəpik) manat ödənilməmiş hissə, 11,50 (on bir manat, əlli qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, LG LED TV üçün 370,50 (üç yüz yetmiş manat, əlli qəpik) manat ödənilməmiş hissə, 37,50 (otuz yeddi manat, əlli qəpik) manat cərimə borcu, ümumilikdə 1915 (min doqquz yüz on beş manat) manat borcun və 39,15 (otuz doqquz manat, on beş qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixlərindəki müqavilələrə əsasən, İmei kod **********90467 XİAOMİ Mİ 11 LİTE markalı telefon, LG LED TV, TOSHİBA LED TV, LG LED TV, İmei kod **********96140 SAMSUNG GALAXY A12 markalı telefon, İmei kod **********87751 SAMSUNG GALAXY A51 markalı telefon almış və nəticədə 1915 (min doqquz yüz on beş manat) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 893,80 (səkkiz yüz doxsan üç manat, səksən qəpik) manat (18 ay x 47,60 manat + 37 manat ilkin ödəniş) olan İmei kod **********87751 SAMSUNG GALAXY A51 markalı telefon üçün 79 (yetmiş doqquz) manat olmaqla ondan 71,41 (yetmiş bir manat, qırx bir qəpik) manat ödənilməmiş hissə, 7,59 (yeddi manat, əlli doqquz qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1200,60 (min iki yüz manat, altmış qəpik) manat (18 ay x 66,70 manat + 0 manat ilkin ödəniş) olan LG LED TV üçün 281 (iki yüz səksən bir manat) manat olmaqla ondan 255,13 (iki yüz əlli beş manat, on üç qəpik) manat ödənilməmiş hissə, 25,87 (iyirmi beş manat, səksən yeddi qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 590,40 (beş yüz doxsan manat, qırx qəpik) (24 ay x 24,60 manat + 0 manat ilkin ödəniş) olan TOSHİBA LED TV üçün 403 (dörd yüz üç) manat olmaqla ondan 366,20 (üç yüz altmış altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 36,80 (otuz altı manat, səksən qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1011,60 (min on bir manat, altmış qəpik) manat (18 ay x 56,20 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********90467 XİAOMİ Mİ 11 LİTE markalı telefon üçün 618 (altı yüz on səkkiz) manat olmaqla ondan 562 (beş yüz altmış iki manat) manat ödənilməmiş hissə, 56 (əlli altı manat) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 354 (üç yüz əlli dörd manat) manat (12 ay x 29,5 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********96140 SAMSUNG GALAXY A12 markalı telefon üçün 126 (yüz iyirmi altı manat) manat olmaqla ondan 114,5 (yüz on dörd manat, əlli qəpik) manat ödənilməmiş hissə, 11,50 (on bir manat, əlli qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 642 (altı yüz qırx iki) manat (12 ay x 53,50 manat + 0 manat ilkin ödəniş) olan LG LED TV üçün 408 (dörd yüz səkkiz manat) manat olmaqla ondan 370,50 (üç yüz yetmiş manat, əlli qəpik) manat ödənilməmiş hissə, 37,50 (otuz yeddi manat, əlli qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli müqavilələr üzrə son ödəniş tarixi xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il olmaqla cəmi ödədiyi məbləğ 2952,66 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22129858 saylı müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 47,60 manat və 37 manat ilkin ödəniş ödənilməsi şərti ilə 893,80 manat qiyməti olan İmei kod **********87751 SAMSUNG GALAXY A51 markalı telefon satmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22308803 saylı müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 66,70 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1200,60 manat qiyməti olan LG LED TV satmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23246763 saylı müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh 24 ay müddətinə hər ay 24,60 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 590,40 manat qiyməti olan TOSHİBA LED TV satmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23270813 saylı müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 56,20 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1011,60 manat qiyməti olan İmei kod **********90467 XİAOMİ Mİ 11 LİTE markalı telefon satmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24022652 saylı müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh 12 ay müddətinə hər ay 29,50 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 354 manat qiyməti olan İmei kod **********96140 SAMSUNG GALAXY A12 markalı telefon satmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh 12 ay müddətinə hər ay 53,50 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 642 manat qiyməti olan LG LED TV satmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22129858 saylı müqaviləyə əsasən 71,41 manat ödənilməmiş hissə, 7,59 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 22308803 saylı müqaviləyə əsasən 255,13 manat ödənilməmiş hissə, 25,87 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 23246763 saylı müqaviləyə əsasən 366,20 manat ödənilməmiş hissə, 36,80 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 23270813 saylı müqaviləyə əsasən 562 manat ödənilməmiş hissə, 56 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 24022652 saylı müqaviləyə əsasən 114,50 manat ödənilməmiş hissə, 11,50 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, ******* saylı müqaviləyə əsasən 370,50 manat ödənilməmiş hissə, 37,50 manat cərimə borcu olmaqla, ümumilikdə borc 1915 manat təşkil edir. Mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 39,15 (otuz doqquz manat, on beş qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22129858 saylı müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 47,60 manat və 37 manat ilkin ödəniş ödənilməsi şərti ilə 893,80 manat qiyməti olan İmei kod **********87751 SAMSUNG GALAXY A51 markalı telefon, xx.xx.2021-ci il tarixli, 22308803 saylı müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 66,70 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1200,60 manat qiyməti olan LG LED TV, xx.xx.2021-ci il tarixli, 23246763 saylı müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh 24 ay müddətinə hər ay 24,60 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 590,40 manat qiyməti olan TOSHİBA LED TV, xx.xx.2021-ci il tarixli, 23270813 saylı müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 56,20 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1011,60 manat qiyməti olan İmei kod **********90467 XİAOMİ Mİ 11 LİTE markalı telefon, xx.xx.2021-ci il tarixli, 24022652 saylı müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh 12 ay müddətinə hər ay 29,50 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 354 manat qiyməti olan İmei kod **********96140 SAMSUNG GALAXY A12 markalı telefon, xx.xx.2021-ci il tarixli, ******* saylı müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh 12 ay müddətinə hər ay 53,50 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 642 manat qiyməti olan LG LED TV satmış, Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-yə ümumilikdə 1915 (min doqquz yüz on beş manat) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, 22129858 saylı müqaviləyə əsasən 71,41 manat ödənilməmiş hissə, 7,59 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 22308803 saylı müqaviləyə əsasən 255,13 manat ödənilməmiş hissə, 25,87 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 23246763 saylı müqaviləyə əsasən 366,20 manat ödənilməmiş hissə, 36,80 manat cərim borcu, xx.xx.2021-ci il tarixli, 23270813 saylı müqaviləyə əsasən 562 manat ödənilməmiş hissə, 56 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 24022652 saylı müqaviləyə əsasən 114,50 manat ödənilməmiş hissə, 11,50 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, ******* saylı müqaviləyə əsasən 370,50 manat ödənilməmiş hissə, 37,50 manat cərimə borcu olmaqla, ümumilikdə 1915 (min doqquz yüz on beş manat) manat və 39,15 (otuz doqquz manat, on beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-nin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 22129858 saylı müqaviləyə əsasən 71,41 manat ödənilməmiş hissə, 7,59 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 22308803 saylı müqaviləyə əsasən 255,13 manat ödənilməmiş hissə, 25,87 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 23246763 saylı müqaviləyə əsasən 366,20 manat ödənilməmiş hissə, 36,80 manat cərim borcu, xx.xx.2021-ci il tarixli, 23270813 saylı müqaviləyə əsasən 562 manat ödənilməmiş hissə, 56 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 24022652 saylı müqaviləyə əsasən 114,50 manat ödənilməmiş hissə, 11,50 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, ******* saylı müqaviləyə əsasən 370,50 manat ödənilməmiş hissə, 37,50 manat cərimə borcu, ümumilikdə borcu 1915 (min doqquz yüz on beş manat) manat və 39,15 (otuz doqquz manat, on beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-nin xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №e-2(014)-975/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-975/2024
24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver