Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-995/2025 15.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC ilə 09 avqust 2024-cü il və 06 avqust 2024-cü tarixli müqavilələrə əsasən, Gree kondisioner, Zəmanət + 1il xidməti, HP Pavilion kompüter, Zəmanət + 2 il xidməti almış və nəticədə 3021.92 (üç min iyirmi bir manat, doxsan iki qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09 avqust 2024-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1739.52 (min yeddi yüz otuz doqquz manat, əlli iki qəpik) manat, (yəni 18 ay x 96.64 manat + 0 manat ilkin ödəniş) Gree kondisioner, Zəmanət + 1il xidməti üçün ümumilikdə, 1669.14 (min altı yüz altmış doqquz manat, on dörd qəpik) manat olmaqla ondan, 1517.40 (min beş yüz on yeddi manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 151.74 (yüz əlli bir manat, yetmiş dörd qəpik) manat cərimə: 06 avqust 2024-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1429.92 (min dörd yüz iyirmi doqquz manat, doxsan iki qəpik) manat (yəni 18 ay x 79.44 manat + 0 manat ilkin ödəniş) olan HP Pavilion kompüter, Zəmanət + 2 il xidməti üçün ümumilikdə, 1352.78 (min üç yüz əlli iki manat, yetmiş səkkiz qəpik) manat olmaqla ondan, 1229.80 (min iki yüz iyirmi doqquz manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 122.98 (yüz iyirmi iki manat, doxsan səkkiz qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 422.24 (dörd yüz iyirmi iki manat, iyirmi dörd qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 09 avqust 2024-cü il və 06 avqust 2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş 17 mart 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmalkın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2024-cü il tarixli, № 02698530 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 96.64 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1739.52 (min yeddi yüz otuz doqquz manat, əlli iki qəpik) manat qiyməti Gree kondisioner, Zəmanət + 1il xidməti, 06 avqust 2024-cü il tarixli, № 19173416 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 79.44 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1429.92 (min dörd yüz iyirmi doqquz manat, doxsan iki qəpik) manat qiyməti olan HP Pavilion kompüter, Zəmanət + 2 il xidməti vermişdir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2024-cü il tarixli, № 02698530 saylı, 06 avqust 2024-cü il tarixli № 19173416 saylı müqavilələrə əsasən Cavabdeh 02 aprel 2025-ci il tarixə ümumi borcu 3021.92 (üç min iyirmi bir manat, doxsan iki qəpik) manat təşkil edir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 50.22 (əlli manat, iyirmi iki qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2024-cü il tarixli, № 02698530 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 96.64 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1739.52 (min yeddi yüz otuz doqquz manat, əlli iki qəpik) manat qiyməti olan Gree kondisioner, Zəmanət + 1il xidməti, 06 avqust 2024-cü il tarixli, № 19173416 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 79.44 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1429.92 (min dörd yüz iyirmi doqquz manat, doxsan iki qəpik) manat qiyməti olan HP Pavilion kompüter, Zəmanət + 2 il xidməti vermiş, Cavabdeh 09 avqust 2024-cü il tarixli, № 02698530 saylı və 06 avqust 2024-cü il tarixli № 19173416 saylı müqavilələr üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-yə ümumilikdə 3021.92 (üç min iyirmi bir manat, doxsan iki qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, 09 avqust 2024-cü il tarixli müqavilə üzrə 151.74 (yüz əlli bir manat, yetmiş dörd qəpik) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 10 (on) manat, 06 avqust 2024-cü il tarixli müqavilə üzrə 122.98 (yüz ziyirmi iki manat, doxsan səkkiz qəpik) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 8 (səkkiz) manat, məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 09 avqust 2024-cü il tarixli müqaviləyə əsasən, 1517.40 (min beş yüz on yeddi manat, qırx qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu, 06 avqust 2024-cü il tarixli müqaviləyə əsasən 1229.80 (min iki yüz iyirmi doqquz manat, səksən qəpik) manat əsas borc, 8 (səkkiz) manat cərimə borcu olmaqla, cəmi 2765.20 (iki min yeddi yüz altmış beş manat, iyirmi qəpik) manat məbləğində borc və 50.22 (əlli manat, iyirmi iki) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 09 avqust 2024-cü il tarixli müqaviləyə əsasən, 1517.40 (min beş yüz on yeddi manat, qırx qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu, 06 avqust 2024-cü il tarixli müqaviləyə əsasən 1229.80 (min iki yüz iyirmi doqquz manat, səksən qəpik) manat əsas borc, 8 (səkkiz) manat cərimə borcu olmaqla, cəmi 2765.20 (iki min yeddi yüz altmış beş manat, iyirmi qəpik) manat məbləğində borc və 50.22 (əlli manat, iyirmi iki) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-995/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-995/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver