Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № e-2(015)-1088/2023 24.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı Subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi : İddiaçı ASC məhkəməyə müraciət edərək, cavabdeh X1 561 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli e-2(015)- 1088/2023 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı Subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC məhkəməyə ərizə göndərərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılması barədə ərizə təqdim etdiyindən, cavabdehin buna dair etirazı məhkəməyə təqdim edilmədiyindən, iddia ərizəsinin baxılmamış saxlanılmalı və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə 14221102 saylı xidmət kodu və 142211 büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba 30 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizə ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göründüyü kimi hazırki ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə iddiaçı sənədlərin geri qaytarılması, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən, İddiaçı ASC-nin Cavabdeh qarşı Subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalı, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə 14221102 saylı xidmət kodu və 142211 büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259-260, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı ASC-nin Cavabdeh qarşı Subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlər İddiaçı ASC-nə qaytarılsın. İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə 14221102 saylı xidmət kodu və 142211 büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nə qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Ağstafa rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №e-2(015)-1088/2023
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №e-2(015)-1088/2023
24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver