Məhkəmə qərarları › İş №e-2(015)-1133/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-1133/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-1133/2023 27.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi və Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi barədə» kiçik iddidalara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə dair mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********59814 İPHONE 13 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF, APPLE 20W USB-C ADAPTER üçün 2.659,04 manat ödənilməmiş hissə, 265,96 manat cərimə pulu olmaqla ümumulikdə 2.925 manat borcun habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49,25 manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********59814 İPHONE 13 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF, APPLE 20W USB-C ADAPTER almış və nəticədə 2.925 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3.239,98 manat olan İMEİ kodu **********59814 İPHONE 13 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF, APPLE 20W USB-C ADAPTER üçün ümumilikdə 2.925 manat olmaqla ondan 2.659,04 manat ödənilməmiş hissə, güzəşt olunaraq 265,96 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 580,94 manat təşkil edir. Ona görə də Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********59814 İPHONE 13 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF, APPLE 20W USB-C ADAPTER üçün 2.659,04 manat ödənilməmiş hissə, 265,96 manat cərimə pulu olmaqla ümumulikdə 2.925 manat borcun habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49,25 manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdehdən məhkəməyə iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********59814 İPHONE 13 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF, APPLE 20W USB-C ADAPTER cavabdehə verilmişdir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd edilən Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmçinin MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Alıcı alqı-satqı müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Onun iddiaçının qarşısında əsas borc kimi 2.659,04 manat, dəbbə pulu kimi 265,96 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 470, 472 və 567-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, lakin dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə istinad edərək hesab edir ki, dəbbə pulu azaldılaraq 1 (bir) manat məbləğində müəyyən edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49,25 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 284-1 - 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə ümumilikdə əsas borc kimi 2.659,04 manat, dəbbə pulu kimi 1 manat, cəmi 2.660,04 (iki min altı yüz altmış manat dörd qəpik) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi Cavabdeh 49,25 manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar