Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-1201/2025 15.08.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET L xidməti, İMEİ KODU **********58730 SAMSUNG GALAXY A24 markalı telefon üçün 770.98 (yeddi yüz yetmiş manat, 98 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 77.10 (yetmiş yeddi manat, 10 qəpik) manat cərimə, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, SAMSUNG 25W COMPACT CHARGER, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, İMEİ KODU **********20250 SAMSUNG GALAXY A24 markalı telefon almış və nəticədə 556 (beş yüz əlli altı) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 55.60 (əlli beş manat, 60 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET XL XİDMƏTİ, İMEİ KODU **********46107 SAMSUNG GALAXY A24 markalı telefon üçün, 528.43 (beş yüz iyirmi səkkiz manat, 43 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 52.84 (əlli iki manat, 84 qəpik) manat cərimə ümumilikdə 2111.75 manat borc, 41.12 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, PAKET L xidməti, İMEİ KODU **********58730 SAMSUNG GALAXYA24 markalı telefon, SAMSUNG 25W COMPACT CHARGER, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, İMEİ KODU**********20250 SAMSUNG GALAXY A24 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET XL XİDMƏTİ, İMEİ KODU **********46107 SAMSUNG GALAXY A24 markalı telefon almış və nəticədə 2111.75 (iki min yüz on bir manat, 75 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 775.98 manat olan QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, PAKET L xidməti, İMEİ KODU **********58730 SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə, 871.68 manat olmaqla ondan, 770.98 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, müştəriyə güzəşt olunaraq 77.10 manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 561 manat olan SAMSUNG 25W COMPACT CHARGER, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, İMEİ KODU**********20250 SAMSUNG GALAXY A24 markalı telefon almış və nəticədə, 635.20 manat olmaqla ondan 556 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, müştəriyə güzəşt olunaraq 55.60 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 680.04 manat olan QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET XL XİDMƏTİ, İMEİ KODU **********46107 SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə, 604.87 manat olmaqla ondan, 528.43 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, müştəriyə güzəşt olunaraq 52.84 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 161.61 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə də, iddiaçı təşkilat hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
a) İşə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar məhkəmənin mövqeyi:
3. Ağstafa Rayon Məhkəməsində İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə tələb edilən məbləğ 5000 manatdan az olduğundan, mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmiş, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Ağstafa Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır.
4. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
6. Bu səbəbdən məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işə iddiaçının təqdim etdiyi sənədlər əsasında baxılmalı və iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, 2111.75 manat dəyərində məişət avadanlığı almışdır.
8. 23 iyun 2025-ci il tarixli maliyyə arayışında görünür ki, Cavabdeh İddiaçı MMC-yə 2111,75 manat məbləğində borcu yaranmışdır.
9. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 41,12 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, PAKET L xidməti, İMEİ KODU **********58730 SAMSUNG GALAXYA24 markalı telefon, SAMSUNG 25W COMPACT CHARGER, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, İMEİ KODU**********20250 SAMSUNG GALAXY A24 markalı telefon , QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET XL XİDMƏTİ, İMEİ KODU **********46107 SAMSUNG GALAXY A24 markalı telefon almış və nəticədə 2111.75 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 775.98 manat olan QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, PAKET L xidməti, İMEİ KODU **********58730 SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə, 871.68 manat olmaqla ondan, 770.98 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, müştəriyə güzəşt olunaraq 77.10 manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 561 manat olan SAMSUNG 25W COMPACT CHARGER, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, İMEİ KODU**********20250 SAMSUNG GALAXY A24 markalı telefon almış üçün ümumilikdə, 635.20 manat olmaqla ondan 556 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, müştəriyə güzəşt olunaraq 55.60 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 680.04 manat olan QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET XL XİDMƏTİ, İMEİ KODU **********46107 SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə, 604.87 manat olmaqla ondan, 528.43 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, müştəriyə güzəşt olunaraq 52.84 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 161,61 manat təşkil edir. Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Həmin Məcəllənin 600.1-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Eyni zamanda iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 41,12 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
18. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, cavabdehin müqavilə şərtlərini pozması, onun iddiaçı təşkilata xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET L xidməti, İMEİ KODU **********58730 SAMSUNG GALAXY A24 markalı telefonüçün 770.98 (yeddi yüz yetmiş manat, 98 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 77.10 (yetmiş yeddi manat, 10 qəpik) manat cərimə xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, SAMSUNG 25W COMPACT CHARGER, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, İMEİ KODU **********20250 SAMSUNG GALAXY A24 markalı telefon almüıçşün 556 (beş yüz əlli altı) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 55.60 (əlli beş manat, 60 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET XL XİDMƏTİ, İMEİ KODU **********46107 SAMSUNG GALAXY A24 markalı telefon üçün, 528.43 (beş yüz iyirmi səkkiz manat, 43 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 52.84 (əlli iki manat, 84 qəpik) manat cərimə ümumilikdə 2111.75 manat borcunun yaranması sübuta yetirildiyindən iddia təmin edilməli, cavabdehdən xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 770.98 (yeddi yüz yetmiş manat, 98 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 77.10 (yetmiş yeddi manat, 10 qəpik) manat cərimə xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən 556 (beş yüz əlli altı) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 55.60 (əlli beş manat, 60 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 528.43 (beş yüz iyirmi səkkiz manat, 43 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 52.84 (əlli iki manat, 84 qəpik) manat cərimə ümumilikdə 2111.75 manat borc və 41,12 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
Nəticə hissəsi: 23.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 770.98 (yeddi yüz yetmiş manat, doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, altmış qəpik) manat, 77.10 (yetmiş yeddi manat, on qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 556 (beş yüz əlli altı) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, altmış qəpik) manat, 55.60 (əlli beş manat, altmış qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 528.43 (beş yüz iyirmi səkkiz manat, qırx üç qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, altmış qəpik) manat, 52.84 (əlli iki manat, səksən dörd qəpik) manat cərimə, ümumilikdə 2111.75 (iki min yüz on bir manat, yetmiş beş qəpik) manat borc və 41,12 (qırx bir manat on iki qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova