Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-139/2024 23.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı "xxxx" ASC iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3200 manat sığorta ödənişi və 52,40 manat dövlət rüsumu olmaqla, cəmi 3252,40 manat "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Hyundai Terracan” markalı ** RK *** dövlət nömrə nişanlı avtomobil Qazax rayonu, H.Əliyev prospekti küçəsi ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə “Mercedes Benz E200” markalı ** XF *** dövlət nömrə nişanlı avtomobilə və Qazax Şəhər Mənzil İstismar Sahəsinə məxsus işıq dirəyinə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Qazax rayonu DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla “Hyundai Terracan” markalı ** RK *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisələri nəticəsində “Mercedes Benz E200” markalı ** XF *** dövlət nömrə nişanlı avtomobilə 2350 (ik min üç yüz əlli) manat, eyni zamanda Qazax Şəhər Mənzil İstismar Sahəsinə məxsus işıq dirəyinə 850 (səkkiz yüz əlli) cəmi, 3200 (üç min iki yüz) manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS221503 saylı xx.xx.2022-ci il tarixli, İAS221504 saylı xx.xx.2022-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 3200 (üç min iki yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı «Hyundai Terracan” markalı ** RK *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbyacan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan yəni, idarəetmə hüququ olmadan idarə etmişdir. Buna görə də “Hyundai Terracan” markalı ** RK *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Ona görə də iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı hazırki tələblə bağlı Məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək ifadəsində göstərmişdir ki, hazırki işlə bağlı baş vermiş yol nəqliyyat hadisəsi onun təqsirindən baş verməmişdir. Belə ki, “Mercedes” markalı avtomobil onun maşınını vuraraq yararsız hala salmışdır. Bir müddət sonra sığorta şirkətindən ona zəng edərək bildirmişlər ki, o avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Lakin əslində onun iki, həm Azərbaycan Respublikası, həm də Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsi vardır. Sadəcə olaraq yol nəqliyyat hadisəsi baş verən zaman yol polisi onun Rusiya Federasiyasına məxsus olan sürücülük vəsiqəsini sənədləşdirmişdir. Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsini ilk olaraq bir illik müvəqqəti almış, daha sonra 2023-cü ilin iyul ayında yeni vəsiqə almış, köhnə vəsiqəsini polislərə təhvil vermişdir. Hadisə zamanı onun sürücülük hüququnun olması barədə Qazax RPŞ-nin DYPB-dən verilmiş arayışı da məhkəməyə təqdim etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş üzrə Cavabdeh məhkəmə iclasında hadisə baş verən zaman onun Azərbaycan Respublikası vətəndaşına məxsus sürücülük vəsiqəsinin olmasını qeyd etsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Onun məhkəməyə təqdim etdiyi özünə məxsus Azərbaycan Respublikası vətəndaşına məxsus sürücülük vəsiqəsindən görünür ki, həmin sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixdə alınmışdır. Yol-nəqliyyat hadisəsi isə xx.xx.2022-ci il tarixdə baş vermişdir. O, hadisə vaxtı avtomobili Rusiya Federasiyası vətəndaşına məxsus sürücülük vəsiqəsi ilə idarə etmişdir. Bununla bağlı məhkəmə aşğıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 35-1-ci maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Həmin qanunun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 19 may 2022-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelnumunun Qərarında göstərilir ki, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Göründüyü kimi, cavabdeh Rusiya Federasiyası vətəndaşına məxsus sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitəsini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini dəyişdirməlidir. Qeyd edilən tələbə əməl etmədikdə isə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Cavabdeh tərəfindən isə qanunun qeyd olunan tələblərinə əməl edilməmişdir. Cavabdeh sürücülük hüququnun olması barədə Qazax RPŞ-nin DYPB-dən verilmiş arayışa istinad etsə də, həmin arayışda sürücülük hüququnun olması barədə heç bir əsas göstərilməmişdir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən “Hyundai Terracan” markalı ** RK *** dövlət nömrə nişanlı avtomobili 1 (bir) il müddətinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək sığortalamışdır. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, 18 may 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Hyundai Terracan” markalı ** RK *** dövlət nömrə nişanlı avtomobil Qazax rayonu, H.Əliyev prospekti küçəsi ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə, “Mercedes Benz E200” markalı ** XF *** dövlət nömrə nişanlı avtomobilə və Qazax Şəhər Mənzil İstismar Sahəsinə məxsus işıq dirəyinə zərər vurmuşdur. Qeyd olunan hadisə ilə bağlı Qazax rayonu DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla “Hyundai Terracan” markalı ** RK *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülmüşdür. Yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E200” markalı ** XF *** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərərə görə PME ********** saylı sığorta şəhadətnaməsinə, 22 iyun 2022-ci il tarixli İAS 221503 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 2350 (iki min üç yüz əlli) manat, Qazax şəhər Mənzil İstismar Sahəsinə dəymiş maddi zərərə görə PME ********** saylı sığorta şəhadətnaməsinə, 22 iyun 2022ci il tarixli İAS 221504 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 850 (səkkiz yüz əlli) manat, məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişini həyata keçirikdən sonra sığorta şirkətinin subroqasiya hüququ yarandığından, cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli PME ********** nömrəli icbari sığorta müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən “Hyundai Terracan” markalı ** RK *** dövlət nömrə nişanlı avtomobili 1 (bir) il müddətinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalamışdır. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Terracan” markalı ** RK *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Qazax RPŞ-nin BDYP-nin xx.xx.2022-ci il tarixli, TP5034988 saylı qərarının surətindən görünür ki, 18 may 2022-ci il tarixdə “Hyundai Terracan” markalı ** RK *** dövlət nömrə nişanlı avtomobilin sahibi Cavabdeh barəsində yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülmüşdür. İş materiallarına əlavə olunmuş 22 iyun 2022-ci il tarixli sığorta ödənişi aktlarının təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən “Mercedes Benz E200” markalı ** XF *** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərərə görə 2350 (iki min üç yüz əlli) manat, Qazax şəhər Mənzil İstismar Sahəsinə dəymiş maddi zərərə görə 850 (səkkiz yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunur ki, qanunvericiliyə əsasən sığortaçının subroqasiya hüququ icbari sığorta şahadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi nəticəsində müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Eyni zamanda Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 25.1.3–cü maddəsinə əsasən sığortaçının subroqasiya hüqüqu icbari sığorta şahadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi nəticəsində müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 63.1-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin tə`siri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən “Hyundai Terracan” markalı ** RK *** dövlət nömrə nişanlı avtomobili 1 (bir) il müddətinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalamış, 18 may 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Hyundai Terracan” markalı ** RK *** dövlət nömrə nişanlı avtomobil Qazax rayonu, H.Əliyev prospekti küçəsi ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə, “Mercedes Benz E200” markalı ** XF *** dövlət nömrə nişanlı avtomobilə və Qazax Şəhər Mənzil İstismar Sahəsinə məxsus işıq dirəyinə zərər vurmuşdur. Qeyd olunan hadisə ilə bağlı Qazax rayonu DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla “Hyundai Terracan” markalı ** RK *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülmüşdür. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Mercedes Benz E200” markalı ** XF *** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərərə görə 2350 (iki min üç yüz əlli) manat, Qazax şəhər Mənzil İstismar Sahəsinə dəymiş maddi zərərə görə 850 (səkkiz yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh yol-nəqliyyat hadisəsini törədərkən onun Azərbaycan Respublikası vətəndaşına məxsus sürücülük vəsiqəsi olmamışdır. İddiaçının məhkəmə qaydasında 3200 manat məbləğində vurulmuş zərərin subroqasiya ödənilməsi hüququ yaranmışdır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Odur ki, ödənilmiş 3200 manat sığorta ödənişi cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə, MPM-nin 119.1-ci maddəsinin tələbinə əsaslanaraq hesab edir ki, iddiaçı təşkilatın çəkdiyi məhkəmə xərcinin əvəzi olan 52 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı da cavabdehdən tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 3200 manat sığorta ödənişi, 52 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 3252,40 manat "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 3200 manat sığorta ödənişi, 52 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 3252,40 manat "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №e-2(015)-139/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-139/2024
23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver