Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-1448/2024 12.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********87506 Samsung Galaxy A32 markalı telefon, Smart-Yataq-Tumba, Smart-Yataq-Termo, Smart-Yataq -Dolab, Smart- Yataq-Çarpayİ, Matras, İmei kod **********59016 XİAOMİ POCO M3 PRO markalı telefon, İmei kod **********93380 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, TCL LED TV almış və nəticədə 2633 (iki min altı yüz otuz üç) manat borc yaranmışdır.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ABC-Telecom» MMC-nin Cavabdeh ilə bağladığı xx.xx.2021-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1071.92 (min yetmiş bir manat doxsan iki qəpik) manat olan Samsung Galaxy A32 markalı telefon üçün ümumilikdə, 816 (səkkiz yüz on altı) manat olmaqla ondan, 741.92 (yeddi yüz qırx bir manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 74.08 (yetmiş dörd manat səkkiz qəpik) manat cərimə. xx.xx.2021-cü il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1608 (mi altı yüz səkkiz) manat olan Smart - Yataq - Tumba, Smart - Yataq - Termo,Smart - Yataq - Dolab, Smart - Yataq - Carpayı, Matras üçün ümumilikdə, 788 (yeddi yüz səksən səkkiz) manat olmaqla ondan, 717 (yeddi yüz on yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 71 (yetmiş bir) manat cərimə; xx.xx.2021-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 974.34 (doqquz yüz yetmiş dörd manat otuz dörd qəpik) manat olan XİAOMİ POCO M3 PRO markalı telefon üçün ümumilikdə, 653 (altı yüz əlli üç) manat olmaqla ondan, 593.04 (beş yüz doxsan üç manat dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 59.96 (əlli doqquz manat altmış doqquz qəpik) manat cərimə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 387 (üç yüz səksən yeddi) manat olan XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün ümumilikdə, 307 (üç yüz yeddi) manat olmaqla ondan, 279.5 (iki yüz yetmiş doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.5 (iyirmi yeddi manat əlli əqpik) manat cərimə xx.xx.2021-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 541.8 (beş yüz qırx bir manat səksən qəpik) manat olan TCL LED TV üçün ümumilikdə, 69 (altmış doqquz) manat olmaqla ondan, 63 (altmış üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 (altı) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin xx.xx.2021-ci il, xx.xx.2021ci il, xx.xx.2021-ci il son ödəniş tarixi xx.xx.2022-ci il olmaqla cəmi ödədiyi məbləğ 2188.6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə arasında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə arasında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə də, iddiaçı təşkilat hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
a) İşə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar məhkəmənin mövqeyi:
3. Ağstafa Rayon Məhkəməsində İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə tələb edilən məbləğ 5000 manatdan az olduğundan, mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmiş, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Ağstafa Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır.
4. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
6. Bu səbəbdən məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işə iddiaçının təqdim etdiyi sənədlər əsasında baxılmalı və işin həllinə dair iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: b) İddiaçı MMC-nin ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən cavabdeh nisyə mal almış və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh alqı-satqı müqaviləsinin şərtlərini pozmuş və onun iddiaçı təşkilata xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə 2633 manat əsas, 46,33 manat cərimə borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də, o borcu ödəməmişdir.
7. Qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 46,33 manat dövlət rüsumu ödənilmişdir.
c) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-cü il, xx.xx.2021-cü il, xx.xx.2021-cü il, xx.xx.2022-cü il, xx.xx.2021-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən kreditlə nisyə mal almışdır. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun xx.xx.2021-cü il, xx.xx.2021-cü il, xx.xx.2021-cü il, xx.xx.2022-cü il, xx.xx.2021-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə 2633 manat əsas, 46,33 manat cərimə borcunun olması müəyyən edilmişdir. d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
10. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Həmin Məcəllənin 600.1-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
14. Məhkəmə iddiaçı təşkilatın cavabdehdən tələb etdiyi cərimə borclarına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
16. Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.
17. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
18. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
19. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi dəbbə pulları tənasübsüz surətdə yüksək surətdə hesablandığından həmin məbləğ azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir.
20. Həmin Məcəllənin 600.1-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 46,33 manat dövlət rüsumu ödənilmişdir.
23. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehin nisyə mal almıası və həmin pulu ödəməyi öhdəsinə götürməsi, cavabdehin alqı-satqı müqaviləsinin şərtlərini pozması, onun iddiaçı təşkilata xx.xx.2021-ci il tarixli müqavilələr üzrə 741 manat əsas, 74.08 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə 717 manat əsas, 71 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə 593,04 manat əsas, 59,96 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə 279,5 manat əsas, 27,5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə tarixli müqavilələr üzrə 63 manat əsas, 6 manat cərimə borcunun yaranması, lakin iddiaçı təşkilatın cavabdehdən tələb etdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək hesablanması sübuta yetirildiyindən iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2021ci il tarixli müqavilələr üzrə 741 manat əsas, 1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə 717 manat əsas, 1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə 593,04 manat əsas, 1 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə 279,5 manat əsas, 1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə 63 manat əsas, 1 cərimə və 46,33 manat dövlət rüsumu olmaqla, cəmi 2.444,87 manat miqdarında pul İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.
Nəticə hissəsi: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilələr üzrə 741 manat əsas, 1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə 717 manat əsas, 1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə 593,04 manat əsas, 1 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə 279,5 manat əsas, 1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə tarixli müqavilələr üzrə 63 manat əsas, 1 cərimə və 46,33 manat dövlət rüsumu olmaqla, cəmi 2.444,87 manat İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Heyran Mürsəlova