Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-1448/2025 17.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3180 (üç min yüz səksən) manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 51,80 (əlli bir manat səksən qəpik) manat ümumilikdə, 3231,80 (üç min iki yüz otuz bir manat səksən qəpik) mana manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci ilədək İddiaçı ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” üzrə sığorta təminatı almış “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz E240” markalı ** GE *** dövlət qeydiyyat nişanlı və “VAZ 21063” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri ilə toqquşmuş, nəticədə hər iki avtonəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. İş materiallarına əlavə olunmuş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayişda görünür ki, Cavabdeh2 mülkiyyətində olan və Cavabdeh1 sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsinə görə təqsirli bilinmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırılaraq “cinayət işinin başlanmasının rədd olunması” barədə xx.xx.2015-ci il tarixli Qərar qəbul edilmiş və Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək AR İXM-nın 152.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin DYPB-nə göndərilmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin № 3(049)-789/2015 saylı iş üzrə xx.xx.2015-ci ildə qəbul etdiyi qərarla X3 yol-nəqliyyat hadisəsini törətmiş, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsinə görə 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 0235/FL/CML- 0181/2015-16 saylı sığorta aktına əsasən “Mercedes Benz E240” markalı ** GE *** dövlət qeydiyyat nişanlı və “VAZ 21063” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə dəymiş zərərin miqdarı müvafiq olaraq 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində və 330 (üç yüz otuz) manat məbləğində müəyyən edilmiş və İddiaçı ASC tərəfindən sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də, iddiaçı təşkilat hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
3. Cavabdeh2 iddia ərizəsinə qarşı verdiyi etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ona və qeyrisinə qarşı "subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddia ilə Ağstafa Rayon məhkəməsinə müraciət edərək ondan və digər cavabdeh X2 3180 (üç min yüz səksən) manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 51.80 manat, ümumilikdə, 3231,8 (üç min iki yüz otuz bir manat səksən qəpik) manat məbləğində pul vəsaitin iddiaçı "xxxx" ASC-nin xeyrnə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin surəti ona çatmışdır və iddia tələbinə qarşı etiraz edir. İddiaçı iddia edir ki, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci ilədək “Azərsığorta" ASCde "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi" üzrə sığorta təminatı almış "VAZ 21011" markalı minik maşını, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X3 yol-nəqliyyat hadisəsi törədərək "Mersedes-Benz E240” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21063" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri ilə toqquşmuş, nəticədə hər iki avtonəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. İddiaçı qeyd edir ki, cavabdeh X1 hüququ olmadan **-BD-*** dövlət qeydiyyat nişanlı “VAZ-21011" markalı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, bu barədə Lənkəran şəhər-rayon Polis şöbəsinin istintaq bölməsi tərəfindən araşdırmadan sonra "cinayət işinin başlanmasının rədd olunması" barədə xx.xx.2015-ci il tarixli Qərar qəbul edilmiş və X3 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək, AR İXM-nin 152.4cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Lənkəran şəhər-rayon Polis şöbəsinin DYPB-nə göndərilmişdir. Cavabdeh X3 barəsində Lənkəran rayon Məhkəməsinin 3(049)-789/2015 saylı xx.xx.2015-ci il tarixli Qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. GE- 858 İddiaçı dövlət iddia edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində "Mersedes Benz E240" markalı 99- qeydiyyat nişanlı avtomobilə 2850 manat və “VAZ 21063" markalı, 15-BG- 879 miqdarı dövlət "xxxx" qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 330 manat məbləğində dəymiş zərərin ASC tərəfindən ödənişi həyata keçirilmişdir. Odur ki, iddiaçı "Azərsığorta” "subroqasiya tələbi üzrə vurulmuş ASC-nin ona və qeyrisinə qarşı olması səbəbindən zərərin ödənilməsi” tələbinə dair iddiasının əsassız olmasına görə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
4. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasına iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək, iddia ərizəsinə onların iştirakı olmadan baxaraq, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, o, “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomoblli 2007-ci ildə Cavabdeh1 etibarnamə ilə satmışdır. Həmin dövrdə nəqliyyat vasitələrinin alqı-satqısı etibarnamələrlə aparılırdı. Həmin hadisədən onun heç bir xəbəri olmamışdır. O, nəqliyyat vasitəsi ilə bağlı hadisədən məhkəmədən daxil olmuş bildirişlə məlumat almışdır.
6. Digər Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə cavabdehi dinləyib mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: b)Mülki işin materialları:
8. İş materiallarına əlavə edilmiş, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci ilədək İddiaçı ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi”dən görünür ki, “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz E240” markalı ** GE *** dövlət qeydiyyat nişanlı və “VAZ 21063” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri ilə toqquşmuş, nəticədə hər iki avtonəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur.
9. İş materiallarında olan Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında xx.xx.2015ci il tarixli etibarnamənin surətindən görünür ki, “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2, etibar edilən şəxs isə, Cavabdeh1dur.
10. İş materiallarına əlavə olunmuş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan və Cavabdeh1 sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsinə görə təqsirli bilinmişdir.
11. İş materiallarına əlavə edilmiş, Lənkəran şəhər-rayon polis şöbəsinin 14 sentyabr 2015-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi və inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsinin tərkibinin olması nəzərə alaraq. İnzibati məsuliyyyətə cəlb olunaraq barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Lənkəran RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır.
12. İş materiallarına əlavə edilmiş, Lənkəran Şəhər Məhkəməsinin 3(049)-789/2015 nömrəli, 23 dekabr 2015-ci il tarixli qərardan görünür ki, İnzibati xəta törətmiş şəxs Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilmişdir.
13. İcbari Sığorta Bürosunun (İSB) çıxarışından, həmçinin “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi AC № 381691 saylı müqavilə ilə İddiaçı ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır.
14. İş materiallarından görünür ki, 3180 manat sığorta ödənişi məbləği İddiaçı ASC tərəfindən zərərçəkən şəxsin hesabına köçürülmüşdür.
15. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia verilməsi üçün 51,80 manat dövlət rüsumu ödənilmişdir.
c)Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. İddiaçı ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” üzrə “xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci ilədək sığorta təminatı almış “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz E240” markalı ** GE *** dövlət qeydiyyat nişanlı və “VAZ 21063” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri ilə toqquşmuş, nəticədə hər iki avtonəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. Lənkəran şəhər-rayon polis şöbəsinin 14 sentyabr 2015-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi və inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Lənkəran Şəhər Məhkəməsinin 3(049)-789/2015 nömrəli, 23 dekabr 2015-ci il tarixli qərardan görünür ki, İnzibati xəta törətmiş şəxs Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilmişdir. “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi AC № 381691 saylı müqavilə ilə İddiaçı ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. 3180 manat sığorta ödənişi məbləği “İddiaçı ASC tərəfindən zərərçəkən şəxsin hesabına köçürülmüşdür. İddiaçı ASC tərəfindən iş üzrə 0235/FL/CML-0181/2015-16 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə təqdim etdiyi bank hesablarına ödənilmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında xx.xx.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2, etibar edilən şəxs isə, Cavabdeh1dur. İş materiallarına əlavə olunmuş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan və Cavabdeh1 sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsinə görə təqsirli bilinmişdir.
17. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı təşkilatın nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 yaranmış hadisə ilə bağlı məhkəməyə etiraz edərək nəqliyyat vasitəsini satdığını, lakin alqı-satqının etibarnamə ilə aparıldığını bildirmişdir.
d)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
18. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Qeyd olunur ki, qanunvericiliyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Eyni zamanda yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
20. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
21. Həmin Qanunun 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5- ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir.
22. Həmin Qanunun 25.1.5, 25.1.6 və 25.1.7-ci maddələrinə əsasən sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
24. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
27. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
28. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
29. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
30. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
31. Həmçinin, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalı sığorta ödənişini aldıqda göstərilən hüququn həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya verməlidir.
32. Göründüyü kimi, İddiaçı ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” üzrə “xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci ilədək sığorta təminatı almış “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz E240” markalı ** GE *** dövlət qeydiyyat nişanlı və “VAZ 21063” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri ilə toqquşmuş, nəticədə hər iki avtonəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. Lənkəran Şəhər Məhkəməsinin 3(049)-789/2015 nömrəli, 23 dekabr 2015ci il tarixli qərardan görünür ki, inzibati xəta törətmiş şəxs Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilmişdir. “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi AC № 381691 saylı müqavilə ilə İddiaçı ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. İş materiallarında olan Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında xx.xx.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2, etibar edilən şəxs isə, Cavabdeh1dur. İş materiallarına əlavə olunmuş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan və Cavabdeh1 sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsinə görə təqsirli bilinmişdir.
33. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək, nəqliyyat vasitəsini 2007-ci ildə etibarnamə ilə satdığını bildirsə də, həmin nəqliyyat vasitəsinin onun mülkiyyətindən çıxmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, öz etirazının əsaslandığı faktları məhkəmədə sübuta yetirə bilməmişdir.
34. Məhkəmə, tərəflərin məhkəmə iclasında verdiyi izahatlarını, təqdim olunmuş sübutlarla və qanunvericilik normaları ilə əlaqəli surətdə qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalıdır.
35. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Beləliklə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3180 manat sığorta ödənişi və 51,80 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.
40. Məhkəmə, MPM-nin 119.1-ci maddəsinin tələbinə əsaslanaraq hesab edir ki, iddia tələbi tam təmin olunduğu üçün iddiaçı təşkilatın çəkdiyi məhkəmə xərcinin əvəzi olan 51,80 manat dövlət rüsumu da cavabdehlərdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
Nəticə hissəsi:
41. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3180 (üç min yüz səksən) manat sığorta ödənişi və 51,80 (əlli bir manat, səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Heyran Mürsəlova