Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-1462/2024 12.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı Xalq Sığorta Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ əsasında pul tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 56,35 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
1. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 6-DO/1110 nömrəli məktuba əsasən xx.xx.2021-ci il tarixində “OPEL ASTRA” markalı, 99–XY–860 dövlət nömrə nişanlı avtomobil ilə “BMC PROCİTY” markalı, 99–JZ–167 dövlət nömrə nişanlı avtobusla toqquşmanın nəticəsində sonuncuya 56,35 manat məbləğində zərər dəymişdir. Baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı Bakı DYP-in xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 6-DO/1110 nömrəli məktuba əsasən xx.xx.2021-ci il tarixdə “OPEL ASTRA” markalı, 99–XY–860 dövlət nömrə nişanlı avtomobil ilə “BMC PROCİTY” markalı, 99–JZ–167 dövlət nömrə nişanlı avtobusla toqquşmanın nəticəsində sonuncuya 56,35 manat məbləğində zərər dəymişdir. "xxxx" ASC tərəfindən iş üzrə xx.xx.2022-ci il tarixində 420 nömrəli ödəniş tapşırığı ilə 56,35 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs "xxxx" MMC-yə ödəmişdir. Cavabdehə ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsinə dair ilkin bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği şirkətin hesabına ödəməkdən yayınmışdır. Beləliklə, sürücü Cavabdeh "xxxx" ASC tərəfindən ödənilmiş 56,35 manat sığorta ödənişi subroqasiya hüququ qaydasında tutulmalıdır. Ona görə də iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı hazırki tələblə bağlı məhkəməyə müraciət edilmişdir.
a) İşə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar məhkəmənin mövqeyi:
2. Ağstafa Rayon Məhkəməsində «Xalq Sığorta” ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında pul tələbinə dair iddiası üzrə tələb edilən məbləğ 5000 manatdan az olduğundan, mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmiş, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Ağstafa Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işə iddiaçının təqdim etdiyi sənədlər əsasında baxılmalı və işin həllinə dair iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır.
3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
4. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: b) İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli PXA********** nömrəli icbari sığorta müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, icbari sığorta müqaviləsinə əsasən “Opel-Astra” markalı, **-XY-*** dövlət nömrə nişanlı avtomobili 1 (bir) il müddətinə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortalamışdır.
5. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər DYPŞ-də tərtib olunmuş xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İXM-nin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir.
6. İş materiallarına əlavə olunmuş sığorta aktının təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə «Xalq Sığorta” ASC arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən «Xalq Sığorta” ASC tərəfindən xx.xx.2022-ci il tarixdə 420 nömrəli ödəniş tapşırığı ilə 56,35 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs "xxxx" MMC-yə həyata keçirilmişdir.
c) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. “OPEL ASTRA” markalı, 99–XY–860 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il aprelin 19-da Cavabdeh idarə etdiyi “OPEL ASTRA” markalı, 99–XY–860 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, F.X.Xoyski küçəsində “BMC PROCİTY” markalı, 99–JZ–167 dövlət nömrə nişanlı avtobusla toqquşmuşdur. BAKUBUS” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 6-DO/1110 nömrəli məktuba əsasən xx.xx.2021-ci il tarixdə “OPEL ASTRA” markalı, 99–XY–860 dövlət nömrə nişanlı avtomobil ilə “BMC PROCİTY” markalı, 99–JZ–167 dövlət nömrə nişanlı avtobusla toqquşmanın nəticəsində sonuncuya 56,35 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə 420 nömrəli ödəniş tapşırığı ilə 56,35 manat məbləğində sığorta ödənişinin zərərçəkmiş şəxs "xxxx" MMC-yə ödəməsi müəyyən edilmişdir.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Eyni zamanda yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.
9. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
10. Həmin Qanunun 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5- ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir.
11. Həmin qanunun 25.1.5, 25.1.6 və 25.1.7-ci maddələrinə əsasən sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
13. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
14. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
16. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur
17. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
18. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
19. Həmçinin, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalı sığorta ödənişini aldıqda göstərilən hüququn həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya verməlidir.
20. Məhkəmə, MPM-nin 119.1-ci maddəsinin tələbinə əsaslanaraq hesab edir ki, iddiaçı təşkilatın çəkdiyi məhkəmə xərcinin əvəzi olan 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilməlidir.
21. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehdən 56,35 manat vurulmuş zərər və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 86,35 manat "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.
Nəticə hissəsi: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 56,35 manat vurulmuş zərər və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 86,35 manat «Xalq Sığorta” ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Heyran Mürsəlova