Məhkəmə qərarları › İş №e-2(015)-207/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-207/2025

04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-207/2025 04.09.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 noyabr 2022-ci il tarixli, AQK6480754 saylı borc müqaviləsinə əsasən 302 manat əsas borc, 08 mart 2023-cü il tarixli AQK6479169 saylı borc müqaviləsinə əsasən 376 manat əsas borc, 31 mart 2023-cü il tarixli AQK6479531 saylı borc müqaviləsinə əsasən 2760 manat əsas borc, 07 avqust 2023-cü il tarixli AQK6545361 saylı borc müqaviləsinə əsasən 2970 manat əsas borc, 09 avqust 2023-cü il tarixli AQK6545253 saylı borc müqaviləsinə əsasən 1280 manat əsas borc, 09 avqust 2023-cü il tarixli AQK6545254 saylı borc müqaviləsinə əsasən 2280 manat əsas borc, 18 avqust 2023-cü il tarixli AQK6545356 saylı borc müqaviləsinə əsasən 2360 manat əsas borc, 19 avqust 2023-cü il tarixli AQK6545364 saylı borc müqaviləsinə əsasən 1818 manat əsas borc və 133 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 14.279 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2022-ci il tarixli borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 669 manat olan məişət avadanlığı əldə etmiş, ödənişlər etdikdən sonra iddiaçıya 302 manat əsas borcu qalmışdır. müddəti 12 ay olmaqla 08 mart 2023-cü il tarixli borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 625 manat olan məişət avadanlığı əldə etmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 376 manat əsas borcu qalmış, müddəti 24 ay olmaqla 31 mart 2023-cü il tarixli borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 2980 manat olan məişət avadanlığı əldə etmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2760 manat əsas borcu qalmış, müddəti 18 ay olmaqla 07 avqust 2023-cü il tarixli borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 3060 manat olan məişət avadanlığı əldə etmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2970 manat əsas borcu qalmış, müddəti 18 ay olmaqla 09 avqust 2023-cü il tarixli AQK6545253 saylı borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 1280 manat olan məişət avadanlığı əldə etmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1280 manat əsas borcu qalmış, müddəti 24 ay olmaqla 09 avqust 2023-cü il tarixli AQK6545254 saylı borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 2390 manat olan məişət avadanlığı əldə etmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2280 manat əsas borcu qalmış, müddəti 20 ay olmaqla 18 avqust 2023-cü il tarixli borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 2390 manat olan məişət avadanlığı əldə etmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2360 manat əsas borcu qalmış, müddəti 18 ay olmaqla 19 avqust 2023-cü il tarixli borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 1840 manat olan məişət avadanlığı əldə etmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1818 manat əsas borcu qalmışdır. Cavabdehdən 29 noyabr 2022-ci il tarixli, AQK6480754 saylı borc müqaviləsinə əsasən 302 manat əsas borc, 08 mart 2023-cü il tarixli AQK6479169 saylı borc müqaviləsinə əsasən 376 manat əsas borc, 31 mart 2023-cü il tarixli AQK6479531 saylı borc müqaviləsinə əsasə 2760 manat əsas borc, 07 avqust 2023-cü il tarixli AQK6545361 saylı borc müqaviləsinə əsasən 2970 manat əsas borc, 09 avqust 2023-cü il tarixli AQK6545253 saylı borc müqaviləsinə əsasən 1280 manat əsas borc, 09 avqust 2023-cü il tarixli AQK6545254 saylı borc müqaviləsinə əsasən 2280 manat əsas borc, 18 avqust 2023-cü il tarixli AQK6545356 saylı borc müqaviləsinə əsasən 2360 manat əsas borc, 19 avqust 2023-cü il tarixli AQK6545364 saylı borc müqaviləsinə əsasən 1818 manat əsas borc və 133 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 14.279 manat borcu qalmışdır. Cavabdeh həmin borcu könüllü olaraq ödəmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. İddiaçı MMC məhkəməyə ərizə göndərərək, iddia ərizəsinə onların iştirakı olmadan baxaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki o, iddiaçı təşkilatdan cəmi iki əşya almış, digər müqavilələri o bağlamamış, həmin müqavilələrdəki imzalar da ona məxsus deyildir. Bu, ekspert rəyində də öz əksini tapmış, ona görə də, nəzərə alınmasını xahiş edir.

5. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsini rəhbər tutaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a)Mülki işin materialları:

7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 29 noyabr 2022-ci il tarixli, AQK6480754 saylı borc müqaviləsinə əsasən 302 manat əsas borc, 08 mart 2023-cü il tarixli AQK6479169 saylı borc müqaviləsinə əsasən 376 manat əsas borc, 31 mart 2023cü il tarixli AQK6479531 saylı borc müqaviləsinə əsasən 2760 manat əsas borc, 07 avqust 2023-cü il tarixli AQK6545361 saylı borc müqaviləsinə əsasən 2970 manat əsas borc, 09 avqust 2023-cü il tarixli AQK6545253 saylı borc müqaviləsinə əsasən 1280 manat əsas borc, 09 avqust 2023-cü il tarixli AQK6545254 saylı borc müqaviləsinə əsasən 2280 manat əsas borc, 18 avqust 2023-cü il tarixli AQK6545356 saylı borc müqaviləsinə əsasən 2360 manat əsas borc, 19 avqust 2023-cü il tarixli AQK6545364 saylı borc müqaviləsinə əsasən 1818 manat əsas borcu yaranmışdır.

8. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-207/2025 nömrəli qərardadla mülki iş üzrə xətşünaslıq eksperizası təyin edilərək mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.

9. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 4/1171 nömrəli 01 avqust 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh 19 avqust 2023-cü il tarixli AQK6545364 saylı borc müqaviləsi, 18 avqust 2023-cü il tarixli AQK6545356 saylı borc müqaviləsi, 09 avqust 2023-cü il tarixli AQK6545254 saylı borc müqaviləsi, 09 avqust 2023-cü il tarixli AQK6545253 saylı borc müqaviləsi, 07 avqust 2023-cü il tarixli AQK6545361 saylı borc müqaviləsi, 31 mart 2023-cü il tarixli AQK6479531 saylı borc müqaviləsi, 08 mart 2023-cü il tarixli AQK6479169 saylı borc müqavilələri üzrə alıcı qrafasında qeyd olunan imzaları Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir.

10. 03.12.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 133 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 noyabr 2022-ci il tarixli, AQK6480754 saylı borc müqaviləsinə əsasən 302 manat əsas borc, 08 mart 2023-cü il tarixli AQK6479169 saylı borc müqaviləsinə əsasən 376 manat əsas borc, 31 mart 2023-cü il tarixli AQK6479531 saylı borc müqaviləsinə əsasən 2760 manat əsas borc, 07 avqust 2023-cü il tarixli AQK6545361 saylı borc müqaviləsinə əsasən 2970 manat əsas borc, 09 avqust 2023-cü il tarixli AQK6545253 saylı borc müqaviləsinə əsasən 1280 manat əsas borc, 09 avqust 2023-cü il tarixli AQK6545254 saylı borc müqaviləsinə əsasən 2280 manat əsas borc, 18 avqust 2023-cü il tarixli AQK6545356 saylı borc müqaviləsinə əsasən 2360 manat əsas borc, 19 avqust 2023-cü il tarixli AQK6545364 saylı borc müqaviləsinə əsasən 1818 manat əsas borc və 133 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 14.279 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iki müqavilədən başqa, iddiaçı təşkilatın tələb etdiyi digər müqavilələr üzrə alıcı qrafasında qeyd olunan imzaların ona məxsus olmadığını bildirmiş, bununla bağlı təyin olunmuş 4/1171 nömrəli 01 avqust 2025-ci il tarixli ekspertiza tədqiqatının nəticəsinə əsasən, Cavabdeh 19 avqust 2023-cü il tarixli AQK6545364 saylı, 18 avqust 2023-cü il tarixli AQK6545356 saylı, 09 avqust 2023-cü il tarixli AQK6545254 saylı, 09 avqust 2023-cü il tarixli AQK6545253 saylı, 07 avqust 2023-cü il tarixli AQK6545361 saylı, 31 mart 2023-cü il tarixli AQK6479531 saylı, 08 mart 2023-cü il tarixli AQK6479169 saylı borc müqavilələri üzrə alıcı qrafasında qeyd olunan imzaları ona məxsus deyil. Sonuncu məhkəmə iclasında Cavabdeh 29 noyabr 2022-ci il tarixli, AQK6480754 saylı və 08 mart 2023-cü il tarixli AQK6479169 saylı borc müqavilələri üzrə borcların ona məxsus olduğunu bildirmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə məişət avadanlığıik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, məişət avadanlığılarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Həmin Məcəllənin 600.1-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

17. Məhkəmə iddiaçı təşkilatın cavabdehdən tələb etdiyi 29 noyabr 2022-ci il tarixli, AQK6480754 saylı borc müqaviləsi, 08 mart 2023-cü il tarixli AQK6479169 saylı borc müqaviləsi, 31 mart 2023-cü il tarixli AQK6479531 saylı borc müqaviləsi, 07 avqust 2023cü il tarixli AQK6545361 saylı borc müqaviləsi, 09 avqust 2023-cü il tarixli AQK6545253 saylı borc müqaviləsi, 09 avqust 2023-cü il tarixli AQK6545254 saylı borc müqaviləsi, 18 avqust 2023-cü il tarixli AQK6545356 saylı borc müqaviləsi, 19 avqust 2023-cü il tarixli AQK6545364 saylı borc müqaviləsinə əsasən 1818 manat əsas borcuna münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

18. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 4/1171 nömrəli 01 avqust 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh 19 avqust 2023-cü il tarixli AQK6545364 saylı, 18 avqust 2023-cü il tarixli AQK6545356 saylı, 09 avqust 2023-cü il tarixli AQK6545254 saylı, 09 avqust 2023-cü il tarixli AQK6545253 saylı, 07 avqust 2023cü il tarixli AQK6545361 saylı, 31 mart 2023-cü il tarixli AQK6479531 saylı və 08 mart 2023-cü il tarixli AQK6479169 saylı borc müqavilələri üzrə alıcı qrafasında qeyd olunan imzaları ona məxsus deyil. Yəni cavabdeh bu müqavilələrin tərəfi olmamışdır və həmin müqavilələr üzrə hər hansı öhdəlik daşımır.

19. Eyni zamanda, Cavabdeh 29 noyabr 2022-ci il tarixli, AQK6480754 saylı və 08 mart 2023-cü il tarixli AQK6479169 saylı borc müqavilələri üzrə borcların ona məxsus olduğunu bildirmişdir.

20. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 133 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 29 noyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 18 ay müddətinə dəyəri 669 manat, 08 mart 2023-cü il tarixli AQK6479169 saylı borc müqaviləsinə əsasən 12 ay müddətinə dəyəri 625 manat olan məişət avadanlığı əldə etmiş, lakin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozaraq ödənişi tam icra etməməsi, həmin kredit müqavilə üzrə İddiaçı MMCyə 29 noyabr 2022-ci il tarixli, AQK6480754 saylı borc müqaviləsinə əsasən 302 manat əsas borc və 08 mart 2023-cü il tarixli AQK6479169 saylı borc müqaviləsinə əsasən 376 manat əsas borcunun olması sübuta yetirilmiş, qeyd olunan borc məbləği və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

Nəticə hissəsi: 23.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 29 noyabr 2022-ci il tarixli, AQK6480754 saylı borc müqaviləsi üzrə 302 (üç yüz iki) manat əsas borc, 08 mart 2023-cü il tarixli AQK6479169 saylı borc müqaviləsi üzrə 376 (üç yüz yetmiş altı) manat əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar