Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-211/2025 04.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı MMC məhkəməyə müraciət edərək, Cavabdeh 20 sentyabr 2022-ci il tarixli, AQK6480348 saylı borc müqaviləsinə əsasən 208 manat əsas borc, 12 dekabr 2022-ci il tarixli AQK6480808 saylı borc müqaviləsinə əsasən 902 manat əsas borc, 05 aprel 2023-cü il tarixli AQK6479564 saylı borc müqaviləsinə əsasən 2791 manat əsas borc, 26 mart 2023-cü il tarixli AQK6479490 saylı borc müqaviləsinə əsasən 2200 manat əsas borc, 20 avqust 2023-cü il tarixli AQK6545372 saylı borc müqaviləsinə əsasən 1380 manat əsas borc, 03 sentyabr 2023-cü il tarixli AQK6545460 saylı borc müqaviləsinə əsasən 1068 manat əsas borc, 13 sentyabr 2023-cü il tarixli AQK6545506 saylı borc müqaviləsinə əsasən 2064 manat əsas borc və 122 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 10735 manat məbləğində pul vəsatinin alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 16 ay olmaqla 20 sentyabr 2022-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 386 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 208 manat əsas borcu qalmışdır. Bundan başqa, Cavabdeh İddiaçı MMC ilə müddəti 18 ay olmaqla 12 dekabr 2022-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1476 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 902 manat əsas borcu qalmışdır. Bundan başqa, Cavabdeh İddiaçı MMC ilə müddəti 18 ay olmaqla 05 aprel 2023-cü il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 3240 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2791 manat əsas borcu qalmışdır. Bundan başqa, Cavabdeh İddiaçı MMC ilə müddəti 24 ay olmaqla 26 mart 2023-cü il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2500 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2200 manat əsas borcu qalmışdır. Bundan başqa, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 20 avqust 2023-cü il tarixli AQK6545253 saylı borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1380 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1380 manat əsas borcu qalmışdır. Bundan başqa, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 03 sentyabr 2023-cü il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1068 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1068 manat əsas borcu qalmışdır. Bundan başqa, Cavabdeh İddiaçı MMC ilə müddəti 24 ay olmaqla 13 sentyabr 2023-cü il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2080 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2064 manat əsas borcu qalmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor İddiaçı MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş üzrə iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirib iddianın təmin olunmasını xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 sentyabr 2022-ci il tarixli, AQK6480348 saylı borc müqaviləsinə əsasən cavabdeh iddiaçı təşkilatdan 386 manat dəyərində, 12 dekabr 2022-ci il tarixli AQK6480808 saylı borc müqaviləsinə əsasən 1476 manat dəyərində, 05 aprel 2023-cü il tarixli AQK6479564 saylı borc müqaviləsinə əsasən 3240 manat dəyərində, 26 mart 2023-cü il tarixli AQK6479490 saylı borc müqaviləsinə əsasən 2500 manat dəyərində, 20 avqust 2023-cü il tarixli AQK6545372 saylı borc müqaviləsinə əsasən 1380 manat dəyərində, 03 sentyabr 2023-cü il tarixli AQK6545460 saylı borc müqaviləsinə əsasən 1068 manat dəyərində, 13 sentyabr 2023-cü il tarixli AQK6545506 saylı borc müqaviləsinə əsasən 2080 manat dəyərində məişət avadanlıqları almışdır. Müqavilələrə əsasən tərtib olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh iddiaçı təşkilatdan aldığı avadanlıqların ödənişlərinin şərtlərini pozaraq ödənişləri tam olaraq etməmiş və onun iddiaçı təşkilata 20 sentyabr 2022-ci il tarixli, AQK6480348 saylı borc müqaviləsinə əsasən 208 manat əsas borc, 12 dekabr 2022-ci il tarixli AQK6480808 saylı borc müqaviləsinə əsasən 902 manat əsas borc, 05 aprel 2023-cü il tarixli AQK6479564 saylı borc müqaviləsinə əsasən 2791 manat əsas borc, 26 mart 2023-cü il tarixli AQK6479490 saylı borc müqaviləsinə əsasən 2200 manat əsas borc, 20 avqust 2023-cü il tarixli AQK6545372 saylı borc müqaviləsinə əsasən 1380 manat əsas borc, 03 sentyabr 2023-cü il tarixli AQK6545460 saylı borc müqaviləsinə əsasən 1068 manat əsas borc, 13 sentyabr 2023-cü il tarixli AQK6545506 saylı borc müqaviləsinə əsasən 2064 manat əsas borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də, o borcu ödəməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 20 sentyabr 2022-ci il tarixli, AQK6480348 saylı borc müqaviləsinə əsasən 208 manat əsas borc, 12 dekabr 2022-ci il tarixli AQK6480808 saylı borc müqaviləsinə əsasən 902 manat əsas borc, 05 aprel 2023-cü il tarixli AQK6479564 saylı borc müqaviləsinə əsasən 2791 manat əsas borc, 26 mart 2023-cü il tarixli AQK6479490 saylı borc müqaviləsinə əsasən 2200 manat əsas borc, 20 avqust 2023-cü il tarixli AQK6545372 saylı borc müqaviləsinə əsasən 1380 manat əsas borc, 03 sentyabr 2023-cü il tarixli AQK6545460 saylı borc müqaviləsinə əsasən 1068 manat əsas borc, 13 sentyabr 2023-cü il tarixli AQK6545506 saylı borc müqaviləsinə əsasən 2064 manat əsas borcu qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında bağlanmış müqavilə borc müqaviləsi kimi rəsmiləşdirilsə də, məzmununa görə tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq nisyə alqı-satqı münasibətini tənzimləyir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilələr üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Belə ki, tərəflər arasında bağlanılmış qeyd olunan müqavilələr ilə Cavabdeh iddiaçıdan məişət avadanlıqları əldə etmişdir. Müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Cavabdeh isə qeyd olunan müqavilələr əsasında iddiaçıdan əşyaları almasına dair hüququndan istifadə etmiş, əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən adı çəkilən müqavilələr üzrə əsas borc məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 122 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 sentyabr 2022-ci il tarixli, AQK6480348 saylı borc müqaviləsinə əsasən cavabdehin iddiaçı təşkilatdan 386 manat dəyərində, 12 dekabr 2022-ci il tarixli AQK6480808 saylı borc müqaviləsinə əsasən 1476 manat dəyərində, 05 aprel 2023-cü il tarixli AQK6479564 saylı borc müqaviləsinə əsasən 3240 manat dəyərində, 26 mart 2023-cü il tarixli AQK6479490 saylı borc müqaviləsinə əsasən 2500 manat dəyərində, 20 avqust 2023-cü il tarixli AQK6545372 saylı borc müqaviləsinə əsasən 1380 manat dəyərində, 03 sentyabr 2023-cü il tarixli AQK6545460 saylı borc müqaviləsinə əsasən 1068 manat dəyərində, 13 sentyabr 2023-cü il tarixli AQK6545506 saylı borc müqaviləsinə əsasən 2080 manat dəyərində məişət avadanlıqları alması, müqavilələrə əsasən tərtib olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh iddiaçı təşkilatdan aldığı avadanlıqların ödənişini ödəməsini öhdəsinə götürməsi, lakin cavabdehin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri pozaraq ödənişi tam icra etməməsi və onun iddiaçı təşkilata 20 sentyabr 2022-ci il tarixli, AQK6480348 saylı borc müqaviləsinə əsasən 208 manat əsas borc, 12 dekabr 2022-ci il tarixli AQK6480808 saylı borc müqaviləsinə əsasən 902 manat əsas borc, 05 aprel 2023-cü il tarixli AQK6479564 saylı borc müqaviləsinə əsasən 2791 manat əsas borc, 26 mart 2023-cü il tarixli AQK6479490 saylı borc müqaviləsinə əsasən 2200 manat əsas borc, 20 avqust 2023-cü il tarixli AQK6545372 saylı borc müqaviləsinə əsasən 1380 manat əsas borc, 03 sentyabr 2023-cü il tarixli AQK6545460 saylı borc müqaviləsinə əsasən 1068 manat əsas borc, 13 sentyabr 2023-cü il tarixli AQK6545506 saylı borc müqaviləsinə əsasən 2064 manat əsas borcunun qalması sübuta yetirildiyindən iddia təmin edilməli, cavabdehdən 20 sentyabr 2022-ci il tarixli, AQK6480348 saylı borc müqaviləsinə əsasən 208 manat əsas borc, 12 dekabr 2022-ci il tarixli AQK6480808 saylı borc müqaviləsinə əsasən 902 manat əsas borc, 05 aprel 2023-cü il tarixli AQK6479564 saylı borc müqaviləsinə əsasən 2791 manat əsas borc, 26 mart 2023-cü il tarixli AQK6479490 saylı borc müqaviləsinə əsasən 2200 manat əsas borc, 20 avqust 2023-cü il tarixli AQK6545372 saylı borc müqaviləsinə əsasən 1380 manat əsas borc, 03 sentyabr 2023-cü il tarixli AQK6545460 saylı borc müqaviləsinə əsasən 1068 manat əsas borc, 13 sentyabr 2023-cü il tarixli AQK6545506 saylı borc müqaviləsinə əsasən 2064 manat əsas borc və 122 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 20 sentyabr 2022-ci il tarixli, AQK6480348 saylı borc müqaviləsinə əsasən 208 manat əsas borc, 12 dekabr 2022-ci il tarixli AQK6480808 saylı borc müqaviləsinə əsasən 902 manat əsas borc, 05 aprel 2023-cü il tarixli AQK6479564 saylı borc müqaviləsinə əsasən 2791 manat əsas borc, 26 mart 2023-cü il tarixli AQK6479490 saylı borc müqaviləsinə əsasən 2200 manat əsas borc, 20 avqust 2023cü il tarixli AQK6545372 saylı borc müqaviləsinə əsasən 1380 manat əsas borc, 03 sentyabr 2023-cü il tarixli AQK6545460 saylı borc müqaviləsinə əsasən 1068 manat əsas borc, 13 sentyabr 2023-cü il tarixli AQK6545506 saylı borc müqaviləsinə əsasən 2064 manat əsas borc və 122 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №e-2(015)-211/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-211/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver