Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-212/2025 04.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC cavabdeh 07 avqust 1956-cı il təvəllüdlü Cavabdeh 01 noyabr 2021ci il tarixli, AQK6150685 saylı borc müqaviləsinə əsasən 200 manat əsas borc, 05 aprel 2023-cü il tarixli AQK6479566 saylı borc müqaviləsinə əsasən 2460 manat əsas borc, 23 iyul 2023-cü il tarixli AQK6545141 saylı borc müqaviləsinə əsasə 2030 manat əsas borc, 28 iyul 2023-cü il tarixli AQK6545178 saylı borc müqaviləsinə əsasən 2540 manat əsas borc, 19 avqust 2023-cü il tarixli AQK6545368 saylı borc müqaviləsinə əsasən 1440 manat əsas borc və 107 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 8.777 manat manat məbləğində pul vəsaitinin İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Cavabdeh İddiaçı MMC ilə müddəti 20 ay olmaqla 01 noyabr 2021-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1020 manat olan məişət avadanlığı əldə etmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 200 manat əsas borcu qamışdır. Bundan başqa, cavabdeh İddiaçı MMC ilə müddəti 20 ay olmaqla 05 aprel 2023-cü il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2570 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2460 manat əsas borcu qalmışdır. Bundan başqa, cavabdeh İddiaçı MMC ilə müddəti 20 ay olmaqla 23 iyul 2023-cü il tarixli borc müqaviləsi bağlamış, müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2040 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2030 manat əsas borcu qalıb. Bundan başqa, cavabdeh İddiaçı MMC ilə müddəti 20 ay olmaqla 28 iyul 2023-cü il tarixli borc müqaviləsi bağlamış, iddiaçıdan dəyəri 2560 manat olan məişət avadanlığı əldə etmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2540 manat əsas borcu qalmışdır. Bundan başqa, cavabdeh İddiaçı MMC ilə müddəti 18 ay olmaqla 19 avqust 2023-cü il tarixli borc müqaviləsi bağlamış, iddiaçıdan dəyəri 1440 manat olan məişət avadanlığı əldə etmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1440 manat əsas borcu qalmışdır. Cavabdeh 01 noyabr 2021-ci il tarixli, AQK6150685 saylı borc müqaviləsinə əsasən 200 manat əsas borc, 05 aprel 2023-cü il tarixli AQK6479566 saylı borc müqaviləsinə əsasən 2460 manat əsas borc, 23 iyul 2023-cü il tarixli AQK6545141 saylı borc müqaviləsinə əsasən 2030 manat əsas borc, 28 iyul 2023-cü il tarixli AQK6545178 saylı borc müqaviləsinə əsasən 2540 manat əsas borc, 19 avqust 2023-cü il tarixli AQK6545368 saylı borc müqaviləsinə əsasən 1440 manat əsas borc və 107 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 8.777 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. İddiaçı MMC ərizə göndərərək, iddia ərizəsinə onların iştirakı olmadan baxaraq tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir.
5. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 01 noyabr 2021-ci il tarixli, AQK6150685 saylı borc müqaviləsinə əsasən 200 manat əsas borc, 05 aprel 2023-cü il tarixli AQK6479566 saylı borc müqaviləsinə əsasən 2460 manat əsas borc, 23 iyul 2023cü il tarixli AQK6545141 saylı borc müqaviləsinə əsasə 2030 manat əsas borc, 28 iyul 2023-cü il tarixli AQK6545178 saylı borc müqaviləsinə əsasən 2540 manat əsas borc, 19 avqust 2023-cü il tarixli AQK6545368 saylı borc müqaviləsinə əsasən 1440 manat əsas borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də, o borcu ödəməmişdir.
8. 15.12.2023-cü il tarixli maliyyə arayışına əsasən, 01 noyabr 2021-ci il tarixli, AQK6150685 saylı borc müqaviləsinə əsasən 200 manat əsas borc, 05 aprel 2023-cü il tarixli AQK6479566 saylı borc müqaviləsinə əsasən 2460 manat əsas borc, 23 iyul 2023cü il tarixli AQK6545141 saylı borc müqaviləsinə əsasə 2030 manat əsas borc, 28 iyul 2023-cü il tarixli AQK6545178 saylı borc müqaviləsinə əsasən 2540 manat əsas borc, 19 avqust 2023-cü il tarixli AQK6545368 saylı borc müqaviləsinə əsasən 1440 manat əsas borcu yaranmışdır
9. 1648005715 nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 107 manat dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 01 noyabr 2021-ci il tarixli, 05 aprel 2023-cü il tarixli, 23 iyul 2023-cü il tarixli, 28 iyul 2023-cü il tarixli, 19 avqust 2023-cü il tarixli borc müqavilələrinə əsasən kreditlə nisyə məişət avadanlığı almışdır. Cavabdeh müqavilə şərtlərini pozmuş və onun iddiaçı təşkilata 01 noyabr 2021-ci il tarixli, AQK6150685 saylı borc müqaviləsinə əsasən 200 manat əsas borc, 05 aprel 2023-cü il tarixli AQK6479566 saylı borc müqaviləsinə əsasən 2460 manat əsas borc, 23 iyul 2023cü il tarixli AQK6545141 saylı borc müqaviləsinə əsasə 2030 manat əsas borc, 28 iyul 2023-cü il tarixli AQK6545178 saylı borc müqaviləsinə əsasən 2540 manat əsas borc, 19 avqust 2023-cü il tarixli AQK6545368 saylı borc müqaviləsinə əsasən 1440 manat əsas borcunun olması müəyyən edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə məişət avadanlığıik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, məişət avadanlığılarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Həmin Məcəllənin 600.1-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 107 manat dövlət rüsumu ödənilmişdir.
18. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırməişət avadanlığıı və onlardan istifadə etməlidir.
19. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norməişət avadanlığıarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2021-ci il tarixli, AQK6150685 saylı, 05 aprel 2023-cü il tarixli AQK6479566 saylı, 23 iyul 2023-cü il tarixli AQK6545141 saylı, 28 iyul 2023-cü il tarixli AQK6545178 saylı, 19 avqust 2023-cü il tarixli AQK6545368 saylı borc müqavilələrinə əsasən cavabdehin nisyə məişət avadanlığı alması və həmin pulu ödəməyi öhdəsinə götürməsi, cavabdehin borc müqavilələrinin şərtlərini pozması öz təsdiqini tapdığından, onun iddiaçı təşkilata 01 noyabr 2021-ci il tarixli, AQK6150685 saylı borc müqaviləsinə əsasən 200 (iki yüz) manat əsas borc, 05 aprel 2023-cü il tarixli AQK6479566 saylı borc müqaviləsinə əsasən 2460 (iki min dörd yüz altmış) manat əsas borc, 23 iyul 2023-cü il tarixli AQK6545141 saylı borc müqaviləsinə əsasə 2030 (iki min otuz) manat əsas borc, 28 iyul 2023-cü il tarixli AQK6545178 saylı borc müqaviləsinə əsasən 2540 (iki min beş yüz qırx) manat əsas borc, 19 avqust 2023-cü il tarixli AQK6545368 saylı borc müqaviləsinə əsasən 1440 (min dörd yüz qırx) manat əsas borcu olmaqla, ümumilikdə 8670 (səkkiz min altı yüz yetmiş) manat əsas borc və 107 (yüz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmalıdır
Nəticə hissəsi: 21.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 01 noyabr 2021-ci il tarixli, AQK6150685 saylı borc müqaviləsinə əsasən 200 (iki yüz) manat əsas borc, 05 aprel 2023-cü il tarixli AQK6479566 saylı borc müqaviləsinə əsasən 2460 (iki min dörd yüz altmış) manat əsas borc, 23 iyul 2023-cü il tarixli AQK6545141 saylı borc müqaviləsinə əsasə 2030 (iki min otuz) manat əsas borc, 28 iyul 2023-cü il tarixli AQK6545178 saylı borc müqaviləsinə əsasən 2540 (iki min beş yüz qırx) manat əsas borc, 19 avqust 2023-cü il tarixli AQK6545368 saylı borc müqaviləsinə əsasən 1440 (min dörd yüz qırx) manat əsas borcu olmaqla ümumilikdə 8670 (səkkiz min altı yüz yemiş) manat əsas borc və 107 (yüz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova