Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-213/2025 21.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 may 2022-ci il tarixli, AQK6151596 saylı borc müqaviləsinə əsasən 212 manat əsas borc, 31 iyul 2022-ci il tarixli AQK6480094 saylı borc müqaviləsinə əsasən 1174 manat əsas borc, 13 avqust 2022-ci il tarixli AQK6480174 saylı borc müqaviləsinə əsasə 201 manat əsas borc, 15 noyabr 2022-ci il tarixli AQK6480687 saylı borc müqaviləsinə əsasən 910 manat əsas borc, 01 yanvar 2023-cü il tarixli AQK6480937 saylı borc müqaviləsinə əsasən 448 manat əsas borc, 17 mart 2023cü il tarixli AQK6479389 saylı borc müqaviləsinə əsasən 960 manat əsas borc, 17 aprel 2023-cü il tarixli AQK6479630 saylı borc müqaviləsinə əsasən 1920 manat əsas borc, 05 may 2023-cü il tarixli AQK6479759 saylı borc müqaviləsinə əsasən 3120 manat əsas borc, 18 avqust 2023-cü il tarixli AQK6545358 saylı borc müqaviləsinə əsasən 3000 manat əsas borc və 126 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 12.071 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müddəti 15 ay olmaqla 04 may 2022-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1689 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 212 manat əsas borcu qalmış, Cavabdeh İddiaçı MMC ilə müddəti 22 ay olmaqla 31 iyul 2022ci il tarixli bağlamış borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 1760 manat olan məişət avadanlığı əldə etmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1174 manat əsas borcu qalmış, iddiaçı ilə müddəti 12 ay olmaqla bağlamış 13 avqust 2022-ci il tarixli borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 804 manat olan məişət avadanlığı əldə etmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 201 manat əsas borcu qalmış, iddiaçı ilə müddəti 18 ay olmaqla bağlamış 15 noyabr 2022-ci il tarixli borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 1329 manat olan məişət avadanlığı əldə etmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 910 manat əsas borcu qalmış, iddiaçı ilə müddəti 12 ay olmaqla bağlamış 01 yanvar 2023-cü il tarixli borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 834 manat olan məişət avadanlığı əldə etmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 448 manat əsas borcu qalmış, iddiaçı ilə müddəti 24 ay olmaqla bağlamış 17 mart 2023-cü il tarixli borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 1000 manat olan məişət avadanlığı əldə etmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 960 manat əsas borcu qalmış, iddiaçı ilə müddəti 20 ay olmaqla bağlamış 17 aprel 2023-cü il tarixli borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 1970 manat olan məişət avadanlığı əldə etmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1920 manat əsas borcu qalmış, iddiaçı ilə müddəti 12 ay olmaqla bağlamış 05 may 2023-cü il tarixli borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 3320 manat olan məişət avadanlığı əldə etmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 3120 manat əsas borcu qalmış, iddiaçı ilə müddəti 20 ay olmaqla bağlamış 18 avqust 2023-cü il tarixli borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 3060 manat olan məişət avadanlığı əldə etmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 3000 manat əsas borcu qalmışdır. Cavabdeh 04 may 2022-ci il tarixli, AQK6151596 saylı borc müqaviləsinə əsasən 212 manat əsas borc, 31 iyul 2022-ci il tarixli AQK6480094 saylı borc müqaviləsinə əsasən 1174 manat əsas borc, 13 avqust 2022-ci il tarixli AQK6480174 saylı borc müqaviləsinə əsasən 201 manat əsas borc, 15 noyabr 2022-ci il tarixli AQK6480687 saylı borc müqaviləsinə əsasən 910 manat əsas borc, 01 yanvar 2023-cü il tarixli AQK6480937 saylı borc müqaviləsinə əsasən 448 manat əsas borc, 17 mart 2023-cü il tarixli AQK6479389 saylı borc müqaviləsinə əsasən 960 manat əsas borc, 17 aprel 2023-cü il tarixli AQK6479630 saylı borc müqaviləsinə əsasən 1920 manat əsas borc, 05 may 2023-cü il tarixli AQK6479759 saylı borc müqaviləsinə əsasən 3120 manat əsas borc, 18 avqust 2023-cü il tarixli AQK6545358 saylı borc müqaviləsinə əsasən 3000 manat əsas borc və 126 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 12.071 manat məbləğində borcu qalmışdır. Cavabdeh həmin borcu könüllü olaraq ödəmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. İddiaçı MMC məhkəməyə ərizə göndərərək, iddia ərizəsinə nümayəndəsinin iştirakı olmadan baxaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki o, iddiaçı təşkilatdan cəmi bir əşya almış, digər müqavilələri o bağlamamış, həmin müqavilələrdəki imzalar da ona məxsus deyildir. Bu, ekspert rəyində də öz əksini tapmış, ona görə də nəzərə alınmasını xahiş etmişdir.
5. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsini rəhbər tutaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə cavabdehi dinləyib mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 04 may 2022-ci il tarixli, AQK6151596 saylı borc müqaviləsinə əsasən 212 manat əsas borc, 31 iyul 2022-ci il tarixli AQK6480094 saylı borc müqaviləsinə əsasən 1174 manat əsas borc, 13 avqust 2022-ci il tarixli AQK6480174 saylı borc müqaviləsinə əsasə 201 manat əsas borc, 15 noyabr 2022-ci il tarixli AQK6480687 saylı borc müqaviləsinə əsasən 910 manat əsas borc, 01 yanvar 2023-cü il tarixli AQK6480937 saylı borc müqaviləsinə əsasən 448 manat əsas borc, 17 mart 2023-cü il tarixli AQK6479389 saylı borc müqaviləsinə əsasən 960 manat əsas borc, 17 aprel 2023-cü il tarixli AQK6479630 saylı borc müqaviləsinə əsasən 1920 manat əsas borc, 05 may 2023-cü il tarixli AQK6479759 saylı borc müqaviləsinə əsasən 3120 manat əsas borc, 18 avqust 2023-cü il tarixli AQK6545358 saylı borc müqaviləsinə əsasən 3000 manat əsas borcu yaranmışdır.
8. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-213/2025 nömrəli qərardadla mülki iş üzrə məhkəmə xətşünaslıq eksperizası təyin edilərək mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.
9. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 4/292 nömrəli, 24 iyul 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh 31 iyul 2022-ci il tarixli, 13 avqust 2022-ci il tarixli, 15 noyabr 2022-ci il tarixli, 17 mart 2023-cü il tarixli, 17 aprel 2023-cü il tarixli, 05 may 2023-cü il tarixli borc müqavilələri üzrə alıcı qrafasında qeyd olunan imzaları Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir.
10. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-213/2025 nömrəli qərardadla mülki iş üzrə xətşünaslıq eksperizası təyin edilərək mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.
11. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 4/1611 nömrəli 28 oktyabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh 18 avqust 2023-cü il tarixli AQK6545358 nömrəli və 01 yanvar 2023-cü il tarixli AQK6480937 nömrəli borc müqavilələri üzrə alıcı qrafasında qeyd olunan imzaları Cavabdeh tərəfindən deyil, başqa şəxs(lər) tərəfindən icra edilmişdir. 04 may 2022-ci il tarixli AQK6151596 nömrəli borc müqaviləsində “Alıcı” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur.
12. 03.12.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 126 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 may 2022-ci il tarixli, AQK6151596 saylı borc müqaviləsinə əsasən 212 manat əsas borc, 31 iyul 2022-ci il tarixli AQK6480094 saylı borc müqaviləsinə əsasən 1174 manat əsas borc, 13 avqust 2022-ci il tarixli AQK6480174 saylı borc müqaviləsinə əsasə 201 manat əsas borc, 15 noyabr 2022-ci il tarixli AQK6480687 saylı borc müqaviləsinə əsasən 910 manat əsas borc, 01 yanvar 2023-cü il tarixli AQK6480937 saylı borc müqaviləsinə əsasən 448 manat əsas borc, 17 mart 2023cü il tarixli AQK6479389 saylı borc müqaviləsinə əsasən 960 manat əsas borc, 17 aprel 2023-cü il tarixli AQK6479630 saylı borc müqaviləsinə əsasən 1920 manat əsas borc, 05 may 2023-cü il tarixli AQK6479759 saylı borc müqaviləsinə əsasən 3120 manat əsas borc, 18 avqust 2023-cü il tarixli AQK6545358 saylı borc müqaviləsinə əsasən 3000 manat əsas borc və 126 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 12.071 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bir müqavilədən başqa, iddiaçı təşkilatın tələb etdiyi digər müqavilələr üzrə alıcı qrafasında qeyd olunan imzaların ona məxsus olmadığını bildirmiş, məhkəmə tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə ixüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından mülki iş üzrə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 4/292 nömrəli 24 iyun 2025-ci il tarixli ekspert rəyində Cavabdeh 31 iyul 2022-ci il tarixli, 13 avqust 2022-ci il tarixli, 15 noyabr 2022-ci il tarixli, 17 mart 2023-cü il tarixli, 17 aprel 2023-cü il tarixli, 05 may 2023-cü il tarixli borc müqavilələri üzrə alıcı qrafasında qeyd olunan imzaları Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilməsi 04 may 2022-ci il tarixli, 01 yanvar 2023-cü il tarixli, 18 avqust 2023-cü il tarixli borc müqavilələrində “Alıcı” qrafalarında olan imzaların - Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmaması ilə qeyd olunmuşdur. Cavabdeh qeyd olunan rəylə razılaşmamış, məhkəmə ekspert rəyində natamalığın aradan qaldırılması məqsədi ilə iş üzrə əlavə məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 4/1611 nömrəli 28 oktyabr 2025-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh 18 avqust 2023-cü il tarixli AQK6545358 nömrəli və 01 yanvar 2023-cü il tarixli AQK6480937 nömrəli borc müqavilələri üzrə alıcı qrafasında qeyd olunan imzaları Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. 04 may 2022-ci il tarixli AQK6151596 nömrəli borc müqaviləsində “Alıcı” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olduğunu bildirilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
15. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə məişət avadanlığıik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, məişət avadanlığılarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 600.1-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
19. Məhkəmə iddiaçı təşkilatın cavabdehdən tələb etdiyi 04 may 2022-ci il tarixli, AQK6151596 saylı borc müqaviləsinə əsasən 212 manat əsas borc, 31 iyul 2022-ci il tarixli AQK6480094 saylı borc müqaviləsinə əsasən 1174 manat əsas borc, 13 avqust 2022-ci il tarixli AQK6480174 saylı borc müqaviləsinə əsasə 201 manat əsas borc, 15 noyabr 2022-ci il tarixli AQK6480687 saylı borc müqaviləsinə əsasən 910 manat əsas borc, 01 yanvar 2023-cü il tarixli AQK6480937 saylı borc müqaviləsinə əsasən 448 manat əsas borc, 17 mart 2023-cü il tarixli AQK6479389 saylı borc müqaviləsinə əsasən 960 manat əsas borc, 17 aprel 2023-cü il tarixli AQK6479630 saylı borc müqaviləsinə əsasən 1920 manat əsas borc, 05 may 2023-cü il tarixli AQK6479759 saylı borc müqaviləsinə əsasən 3120 manat əsas borc, 18 avqust 2023-cü il tarixli AQK6545358 saylı borc müqaviləsinə əsasən 3000 manat borcuna münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 4/292 nömrəli 24 iyun 2025-ci il tarixli ekspert rəyindən və 4/1611 nömrəli 28 oktyabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh 31 iyul 2022-ci il tarixli AQK6480094 saylı, 13 avqust 2022-ci il tarixli AQK6480174 saylı, 15 noyabr 2022-ci il tarixli AQK6480687 saylı, 01 yanvar 2023-cü il tarixli AQK6480937 saylı, 17 mart 2023-cü il tarixli AQK6479389 saylı, 17 aprel 2023-cü il tarixli AQK6479630 saylı, 05 may 2023-cü il tarixli AQK6479759 saylı, 18 avqust 2023-cü il tarixli AQK6545358 saylı borc müqavilələri üzrə alıcı qrafasında qeyd olunan imzaları ona məxsus deyil. Qeyd olunan ekspert rəylərindən görünür ki, yalnız 04 may 2022-ci il tarixli, AQK6151596 saylı borc müqaviləsinə cavabdeh tərəfindən imza olunmuşdur.
21. Eyni zamanda,məhkəmə iclasında iştirak edən Cavabdeh 04 may 2022-ci il tarixli, AQK6151596 saylı borc müqaviləsi üzrə borcun ona məxsus olduğunu bildirmişdir.
22. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 126 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən, yəni 212 manat borca aid hissədə təmin edildiyindən həmin məbləğə hesablanmış 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməlidir.
25. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 04 may 2022-ci il tarixli, AQK6151596 saylı müqaviləyə əsasən cavabdehə istehlak məqsədləri üçün 15 ay müddətinə dəyəri 1689 manat, olan məişət avadanlığı əldə etmiş, lakin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozaraq ödənişi tam icra etməməsi, həmin kredit müqavilə üzrə İddiaçı MMC-yə 04 may 2022-ci il tarixli, AQK6151596 saylı borc müqaviləsinə əsasən 212 manat əsas borcunun olması sübuta yetirilmiş, qeyd olunan borc məbləği və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
Nəticə hissəsi: 21.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 04 may 2022-ci il tarixli, AQK6151596 saylı borc müqaviləsi üzrə 212 (iki yüz on iki) manat əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova