Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-327/2025 18.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi : "xxxx" MMC məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 149,4 manat əsas, 44,8 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 143,9 manat əsas, 43,1 manat cərimə, xx.xx.2024-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 1455,9 manat əsas, 436,7 manat cərimə, həmçinin xx.xx.2024-cü il tarixli № ********* saylı alqısatqı müqaviləsi üzrə 1209,9 manat əsas, 362,9 manat cərimə olmaqla, cəmi 3846,6 manat borcun və 58,46 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsində "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə tələb edilən məbləğ 5000 manatdan az olduğundan, mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmiş, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Ağstafa Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işə iddiaçının təqdim etdiyi sənədlər əsasında baxılmalı və işin həllinə dair iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçı təşkilatdan aylıq 20 manat ödəmək şərti ilə 12 ay müddətinə 229,49 manat dəyərində “Samsung” markalı mobil telefon, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aylıq 37 manat ödəmək şərti ilə 12 ay müddətinə 439,99 manat dəyərində “Xiaomi” markalı mobil telefon, xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aylıq 67 manat ödəmək şərti ilə 24 ay müddətinə 1589,99 manat dəyərində “LG” markalı soyuducu, xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aylıq 55 manat ödəmək şərti ilə 24 ay müddətinə 1319,96 manat dəyərində “Samsung” markalı televizor və aksesuarlar almışdır. Cavabdeh alqı-satqı müqavilələrinin şərtlərini pozaraq ödəniş etməmiş və onun iddiaçı təşkilata xx.xx.2024-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 149,4 manat əsas, 44,8 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 143,9 manat əsas, 43,1 manat cərimə, xx.xx.2024-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 1455,9 manat əsas, 436,7 manat cərimə, həmçinin xx.xx.2024-cü il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə 1209,9 manat əsas, 362,9 manat cərimə olmaqla, cəmi 3846,6 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də, o borcu ödəməmişdir. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, 10 dekabr 2024-cü il tarixədək cavabdehin iddiaçı təşkilata xx.xx.2024-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 149,4 manat əsas, 44,8 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 143,9 manat əsas, 43,1 manat cərimə, xx.xx.2024-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 1455,9 manat əsas, 436,7 manat cərimə, həmçinin xx.xx.2024-cü il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə 1209,9 manat əsas, 362,9 manat cərimə olmaqla, cəmi 3846,6 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilələr üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi xx.xx.2024-cü il tarixli müqavilə üzrə 44,8 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 43,1 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 436,7 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 362,9 manat məbləğində dəbbə pulları tənasübsüz surətdə yüksək surətdə hesablandığından həmin məbləğlər azaldılaraq xx.xx.2024-cü il tarixli müqavilə üzrə 15 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 14 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 150 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 120 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 58,46 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçı təşkilatdan aylıq 20 manat ödəmək şərti ilə 12 ay müddətinə 229,49 manat dəyərində “Samsung” markalı mobil telefon, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aylıq 37 manat ödəmək şərti ilə 12 ay müddətinə 439,99 manat dəyərində “Xiaomi” markalı mobil telefon, xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aylıq 67 manat ödəmək şərti ilə 24 ay müddətinə 1589,99 manat dəyərində “LG” markalı soyuducu, xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aylıq 55 manat ödəmək şərti ilə 24 ay müddətinə 1319,96 manat dəyərində “Samsung” markalı televizor və aksesuarlar alması, lakin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozaraq ödənişi icra etməməsi və onun iddiaçı təşkilata xx.xx.2024-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 149,4 manat əsas, 44,8 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 143,9 manat əsas, 43,1 manat cərimə, xx.xx.2024-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 1455,9 manat əsas, 436,7 manat cərimə, həmçinin xx.xx.2024-cü il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə 1209,9 manat əsas, 362,9 manat cərimə olmaqla, cəmi 3846,6 manat borcunun yaranması, lakin iddiaçı təşkilatın cavabdehdən tələb etdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək hesablanması sübuta yetirildiyindən iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2024-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 149,4 manat əsas, 15 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 143,9 manat əsas, 14 manat cərimə, xx.xx.2024-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 1455,9 manat əsas, 150 manat cərimə, həmçinin xx.xx.2024-cü il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə 1209,9 manat əsas, 120 manat cərimə olmaqla, cəmi 3258,1 manat borc və 58,46 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 149,4 manat əsas, 15 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 143,9 manat əsas, 14 manat cərimə, xx.xx.2024-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 1455,9 manat əsas, 150 manat cərimə, həmçinin xx.xx.2024-cü il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə 1209,9 manat əsas, 120 manat cərimə olmaqla, cəmi 3258,1 manat borc və 58,46 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №e-2(015)-327/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-327/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver