Məhkəmə qərarları › İş №e-2(015)-570/2025

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №e-2(015)-570/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № e-2(015)-570/2025 04.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı «Soliton» LTD-yə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi : İddiaçı «Soliton» LTD-yə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıdakılara əsasən geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən verilmiş ərizədə cavabdeh qismində göstərilən şəxs “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, ölmüşdür. Eyni zamanda iddiaçı ««Soliton»» LTD Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 elektron qaydada məhkəməyə ərizə göndərərək cavabdehin öldüyünü bildirmiş, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuş forma və məzmununa uyğun olaraq verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Lakin iddia tələbi Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuş forma və məzmununa uyğun olaraq verilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, iddiaçı «Soliton» LTD-yə Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmalı, iddiaçı «Soliton» LTD tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı «Soliton» LTD tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 35, 149-152, 263- 264, 267-268 və 309.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı «Soliton» LTD-yə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı «Soliton» LTD tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu «Soliton» LTD-yə qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar