Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-780/2024 12.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Zamiq Rəsulov Akif oğlunun sədrliyi və Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi tələbi barədə” kiçik iddidalara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə dair mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək vurulmuş zərərin əvəzi olaraq 1.508,00 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35,08 manat, cəmi 1.543,08 manat məbləğində pulun Cavabdeh alınaraq "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “FORLAND YÜK” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixinədək bəzi hadisələrdən, o cümlədən, yol-nəqliyyat hadisələrindən "xxxx" ASC-də könüllü sığorta növündə sığortalanmış və sığortalıya PXA ********** nömrəli sığorta şəhadətnaməsi verilmişdir. xx.xx.2021-ci il tarixində Cavabdeh etibarnamə olmadan idarə etdiyi “FORLAND YÜK” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, “MERCEDES C230” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Sabunçu DYPŞ-nin xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna və eyni tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh Azərbaycan Respublikası İXMnin 332.1 və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmiş və təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “MERCEDES C230” markalı, **-SF-*** dövlət nömrəli avtomobilə 1.508,00 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 1.508,00 manat məbləğində zərərçəkmiş şəxs X1 ödəmişdir. Ona görə də iddianın təmin edilməsini Məhkəmədən xahiş edir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdehdən məhkəməyə iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, FORLAND YÜK” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci tarixinədək "xxxx" ASC-də sığortalanmış və barədə tərəflər arasında sığorta müqaviləsi imzalanmışdır. Həmin sığorta müqaviləsinin qüvvədə olma müddətində, yəni 15 sentyabr 2021-ci il tarixində FORLAND YÜK” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil “MERCEDES C230” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sonuncu avtomobilə ziyan dəymişdir. FORLAND YÜK” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü Nağıyev X2 DYPŞ-nin xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna və eyni tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmiş və təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “MERCEDES C230” markalı, **-SF-*** dövlət nömrəli avtomobilə 1.508,00 manat məbləğində zərər dəyməsi müəyyən olunmuş və iddiaçı tərəfindən həmin zərər ödənilmişdir. Beləliklə, sürücü Cavabdeh "xxxx" ASC tərəfindən ödənilmiş 1.508,00 manat sığorta ödənişi subroqasiya hüququ qaydasında tutulmalıdır. Ona görə də iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı hazırki tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5- ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. Həmçinin, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalı sığorta ödənişini aldıqda göstərilən hüququn həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya verməlidir. Ona görə də Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, vurulmuş zərərin əvəzi olaraq 1.508,00 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" ASC-nin hesabına köçürülməlidir . MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd edilən Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmçinin MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35,08 (otuz beş manat səkkiz qəpik) manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-1 - 284-6cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh 1.508,00 (bir min beş yüz səkkiz) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi Cavabdeh 35,08 (otuz beş manat səkkiz qəpik) manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №e-2(015)-780/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-780/2024
12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver