Məhkəmə qərarları › İş №e-2(015)-793/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-793/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-793/2025 22.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100 (yüz) manat əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 130 (yüz otuz) manat məbləğində pul vəsaitinin İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, QZK5779067 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan 15 ay müddətinə 1047 manat dəyərində məişət avadanlığı almışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi pozaraq tam icra etməmiş və onun iddiaçıya 100 manat borcu qalmışdır. Cavabdeh həmin borcu könüllü olaraq ödəmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. İddiaçı MMC ərizə göndərərək, iddia ərizəsinə onların iştirakı olmadan baxaraq tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə göndərərək və məhkəmənin əvvəlki iclasında iştirak edərək, mülki iş üzrə iddia müddətini tətbiq edib iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

5. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, QZK5779067 saylı borc müqaviləsinə əsasən 100 manat əsas borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də, o borcu ödəməmişdir.

8. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, cavabdeh xx.xx.2019-cu il tarixli, QZK5779067 saylı borc müqaviləsinə əsasən sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə 125 manat olmaqla, onun 100 manat əsas borcu yaranmışdır.

9. 07.04.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. İddiaçı MMC-nin Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, QZK5779067 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan 15 ay müddətinə 1047 manat dəyərində məişət avadanlığı almışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi pozaraq tam icra etməmiş və onun iddiaçıya 100 manat borcu qalmışdır. Cavabdeh həmin borcu könüllü olaraq ödəmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə göndərərək mülki iş üzrə iddia müddətini tətbiq edib iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, cavabdeh xx.xx.2019-cu il tarixli, QZK5779067 saylı borc müqaviləsinə əsasən sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə 125 manat olmaqla, onun 100 manat əsas borcu yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

11. Məhkəmə, ilk öncə, cavabdehin iddia müddətinin keçməsi ilə bağlı iddianın rədd olunmasına dair ərizəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində ümumi iddia müddəti on il, müqavilə tələbləri, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə – üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə altı il müəyyən olunmuşdur. Bundan başqa, mülki qanunvericilikdə tələblərin ayrı-ayrı növləri üçün ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri də nəzərdə tutulmuşdur.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

14. Azərbaycan Republikası MM-nin 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır.

15. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

16. İddia ərizəsindən və maliyyə arayışından görünür ki, İddiaçı MMC-nin Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, QZK5779067 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan 15 ay müddətinə 1047 manat dəyərində məişət avadanlığı almış, cavabdeh həmin müqaviləyə əsasən sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə 125 manat olmaqla, onun 100 manat əsas borcu yaranmışdır. Göründüyü kimi,\ cavabdehin etdiyi sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə olmuşdur. İddia müddətinin axımı xx.xx.2022-ci il tarixdən başlamaqla xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Hazırki iddia ərizəsi isə məhkəməyə xx.xx.2025-ci il tarixdə, yəni iddia müddəti keçməmiş daxil olmuşdur. Bu səbəbdən cavabdehin ərizəsinə əsasən iddia müddəti tətbiq oluna bilməz.

17. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

18. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.

19. Məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında bağlanmış müqavilə borc müqaviləsi kimi rəsmiləşdirilsə də, məzmununa görə tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq nisyə alqı-satqı münasibətini tənzimləyir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Belə ki, tərəflər arasında bağlanılmış qeyd olunan müqavilə ilə cavabdeh hissə-hissə ödəmək şərti ilə məişət avadanlığı əldə etmişdir. Müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Cavabdeh isə qeyd olunan müqavilələr əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən adı çəkilən müqavilələr üzrə əsas borc məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.

22. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, məişət avadanlığılarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 600.1-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

27. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırməişət avadanlığıı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norməişət avadanlığıarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli QZK5779067 saylı borc müqaviləsinə əsasən cavabdehin 1047 manat dəyərində nisyə məişət avadanlığı alması, həmin müqaviləyə əsasən sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə 125 manat olmaqla, onun 100 manat əsas borcunun qalması sübuta yetirildiyindən iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2019-cu il tarixli, QZK5779067 saylı müqaviləyə əsasən 100 (yüz) manat əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmalıdır

Nəticə hissəsi: 32.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, QZK5779067 saylı müqaviləyə əsasən 100 (yüz) manat əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMCnin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar