Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № e-2(015)-853/2024 25.09.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh və üçüncü şəxs Bakı şəhəri 53 saylı notariat ofisinə qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı QSC Cavabdeh və üçüncü şəxs Bakı şəhəri 53 saylı notariat ofisinə qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Eyni zamanda İddiaçı QSC-nin nümayəndəsi Ruslan Məmmədov məhkəməyə ərizə göndərərək mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə təqdim etdiyindən, cavabdehin buna dair etirazı məhkəməyə təqdim edilmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eyni zamanda, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2024cü il tarixdə onlayn ödəmə sistemi vasitəsilə 14221103 saylı xidmət adı və büdcə təsnifatı kodu olan Ağstafa Rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizə ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göründüyü kimi, hazırki ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən, İddiaçı QSC-nin Cavabdeh və üçüncü şəxs Bakı şəhəri 53 saylı notariat ofisinə qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalı, İddiaçı QSC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə onlayn ödəmə sistemi vasitəsilə 14221103 saylı xidmət adı və büdcə təsnifatı kodu olan Ağstafa Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259-260, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı QSC-nin Cavabdeh və üçüncü şəxs Bakı şəhəri 53 saylı notariat ofisinə qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı QSC-nə qaytarılsın. İddiaçı QSC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə onlayn ödəmə sistemi vasitəsilə 14221103 saylı xidmət adı və büdcə təsnifatı kodu olan Ağstafa Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı QSC-nə qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Ağstafa rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №e-2(015)-853/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №e-2(015)-853/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver