Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № e-2(015)-879/2023 07.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı (MMC-nin) Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddidalara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə dair mülki iş üzrə keçirilən məhkəmə baxışı iclasında, məhkəmə müəyyən etdi: İddiaçı MMC məhkəməyə müraciət edərək, Cavabdeh 2191 manatın İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Ağstafa Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli e-2(015)-879/2023 saylı qərardadı ilə İddiaçı MMCnin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC-nin direktoru R.N.Xəlilov ərizə ilə Məhkəməyə müraciət edərək borclu Cavabdeh İddiaçı MMC-nə olan borcunu tam ödədiyini və iddiadan imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Lakin kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina hallarında ərizə verilərək iddiadan imtina edilməsi MPM-də nəzərdə tutulmayıb. Ona görə də Məhkəmə hesab edir ki, analoji prosessual münasibəti tənzimləyən, MPM-in 261.0.4-cü maddəsində ifadə olunmuş norma hazırkı münasibətə də tətbiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə görə iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 41 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-cü maddəsinin göstərişini rəhbər turaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddidalara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən büdcə təsnifatı kodu 142211 nömrəli hesaba ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nə geri qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Ağstafa rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №e-2(015)-879/2023
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №e-2(015)-879/2023
07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver