Məhkəmə qərarları › İş №e-2(016)-1190/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-1190/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-1190/2023 11.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə İmei kodu **********725 Samsung Galaxy A72 markalı telefon, Amazfıt gtr 2 obsidian saat üçün 534,39 manat ödənilməmiş hissə, 160,19 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Tozsoran Philips, qabyuyan Bosch üçün 1.337,96 manat ödənilməmiş hissə, 240,3 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli müqavilə üzrə İmei kodu **********57988 Samsung Galaxy S22 Ultra markalı telefon üçün 2.792,96 manat ödənilməmiş hissə, 856,2 manat cərimə borcu olmaqla, cəmi 5.922 manat məbləğində vəsaitin və ödənilmiş 79,22 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: iddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İmei Kodu **********57988 Samsung Galaxy S22 ultra markalı telefon, tozsoran Philips, qabyuyan Bosch və İmei Kodu **********34725 Samsung Galaxy A72 markalı telefon, Amazfıt gtr 2 obsıdıan saat almış və nəticədə 5.922 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3.781.96 manat (18 ay x 206.22 manat + 70 manat ilkin ödəniş), İmei kodu **********57988 Samsung Galaxy S22 ultra markalı telefon üçün ümumilikdə, 3.649.16 manat olmaqla ondan, 2.792.96 manat ödənilməmiş hissə, 856.2 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1.605.96 manat (18 ay x 5 22 manat + 0 manat ilkin ödəniş) tozsoran Philips, qabyuyan Bosch üçün ümumilikdə, 1.578.26 manat olmaqla ondan, 1337.96 manat ödənilməmiş hissə, 240.3 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1.853.6 manat (18 ay x 9.2 manat + 248 manat ilkin ödəniş) İmei Kodu **********34725 Samsung Galaxy A72 markalı telefon, Amazfıt gtr 2 obsıdıan saat üçün ümumilikdə, 694.58 manat olmaqla ondan, 534.39 manat ödənilməmiş hissə, 160.19 manat dəbbə, cəmi ödədiyi məbləğ 2.576.21 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsullar tam və qüsursuz şəkildə təhvil almışdır. Telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənənar kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Kodu Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə clasında tədqiq edilmiş: - xx.xx.2021-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələrindən görünür ki, iddiaçı tərəfindən cavabdehə “Samsung Galaxy S22 Ultra” markalı telefon, “Amazfıgtr 2 obsidian saat”, “Philips” Tozsoran, “Bosch qabyuyan” və “Samsung Galaxy A72” markalı telefon satılmışdır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2.792,96 manat ödənilməmiş hissə, 856,2 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1.337,96 manat ödənilməmiş hissə, 240,3 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 534,39 manat ödənilməmiş hissə, 160,19 manat cərimə borcu olmaqla, cəmi 5.922 manat borcu vardır. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi “ödənilməmiş hissənin tutulması” hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə xx.xx.2021-ci il tarixli müqavilə üzrə cərimənin 10 manat, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə isə ayrı-ayrılıqda cərimənin 5 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin 79,22 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 534,39 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1.337,96 manat ödənilməmiş hissə, 5 manat cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2.792,96 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu, olmaqla, cəmi 4.685,31 manat məbləğində borc və ödənilmiş 79,22 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar