Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-120/2025 03.02.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli, ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 374,1 manat əsas, 112,2 manat cərimə, cəmi 486,3 manat borc; xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1.478,7 manat əsas, 443,6 manat cərimə, cəmi 1.922,3 manat borc; xx.xx.2022-ci il tarixli, ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 189,9 manat əsas, 56,9 manat cərimə, cəmi 246,8 manat borc; xx.xx.2023-cü il tarixli, ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 89,1 manat əsas, 26,7 manat cərimə, cəmi 115,8 manat borc; xx.xx.2022ci il tarixli, ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 119,9 manat əsas, 35,9 manat cərimə, cəmi 155,8 manat borc ümumilikdə beş müqavilə üzrə 2.251,7 manat əsas, 675,3 manat cərimə, 2.927 manat cəmi borcun və 49.27 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən iddiaçı tərəfindən cavabdehə “Samsung” markalı mobil telefon və qulaqcıq, “Beko” markalı paltaryuyan, “Samsung” markalı mobil telefon, “İphone” və xarici akumlyator və “Honor” markalı mobil telefon və qulaqcıq satılmışdır. Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə MMC-yə cəmi 2.927 manat borcu yaranmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında çıxış edərək bildirdi ki, cavabdeh son zamanlar xəstə olduğu üçün ödəniş edə bilməmişdir. Cərimə məbləği çox yazılmış, cərimənin azaldılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinlyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə clasında tədqiq edilmiş: - xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli Nisyə alqısatqı müqavilələrindən görünür ki, iddiaçı tərəfindən cavabdehə “Samsung” markalı mobil telefon və qulaqcıq, “Beko” markalı paltaryuyan, “Samsung” markalı mobil telefon, “İphone” və xarici akumlyator və “Honor” markalı mobil telefon və qulaqcıq satılmışdır. - xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 119,9 manat əsas, 359 manat cərimə, cəmi 478,9 manat; xx.xx.2022ci il tarixli müqavilə üzrə 189,9 manat əsas, 569 manat cərimə, cəmi 758,9 manat; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 89,1 manat əsas, 267 manat cərimə, cəmi 356,1 manat; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1.478,7 manat əsas 4.436 manat cərimə, cəmi 5.914,7 manat; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 374,1 manat əsas 1122 manat cərimə, cəmi 1.496,1 manat borcu vardır. - bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 49,27 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi “əsas borcun tutulması” hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı müqavilələr ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh həmin müqavilələr ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 35,9 manat məbləğində deyil, 5 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 56,9 manat məbləğində deyil, 5 manat məbləğində, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 26,7 manat məbləğində deyil, 5 manat məbləğində, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 443,6 manat məbləğində deyil, 5 manat məbləğində, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 112,2 manat məbləğində deyil, 5 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 49,27 manat dövlət rüsumunun 6,51 manatı iddiaçıya, 42,76 manatı cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 119,9 manat əsas, 5 manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 189,9 manat əsas, 5 manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 89,1 manat əsas, 5 manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1.478,7 manat əsas, 5 manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 374,1 manat əsas, 5 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.276,7 manat məbləğində borc və 42,76 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 6,51 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(016)-120/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-120/2025
03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver