Məhkəmə qərarları › İş №e-2(016)-1539/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-1539/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-1539/2024 24.12.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********75168 SAMSUNG GALAXY TAB A7 markalı planşet, SAMSUNG qulaqlıq, 64 GB SAMSUNG card üçün 300,27 manat ödənilməmiş hissə, 30,73 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********53248 SAMSUNG GALAXY A12 markalı telefon üçün 201,81 manat ödənilməmiş hissə, 20,19 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, PALTARYUYAN LG, MİNİ SOBAHOFFMANN üçün 1329,36 manat ödənilməmiş hissə, 132,64 manat cərimə, ümumilikdə 2015 manat borc və 40,15 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, cavabdeh iddiaçıdan kredit yolu ilə ilkin ödənişsiz 822,99 manat məbləğində tam qüsursuz nisyə aldığı malların dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, cavabdeh iddiaçıdan kredit yolu ilə ilkin ödənişsiz 484,95 manat məbləğində tam qüsursuz nisyə aldığı malların dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03301513 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, cavabdeh iddiaçıdan kredit yolu ilə ilkin ödənişsiz 1596,02 manat məbləğində tam qüsursuz nisyə aldığı malların dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya cəmi 2015 manat borcu vardır. - Xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. - Mədaxil qəbzindən görünür ki, 40,15 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 115 .2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Beləliklə, məhkəmə işin hallarını araşdıraraq və MPM-in 284-5.3 maddəsinə əsaslanaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********75168 SAMSUNG GALAXY TAB A7 markalı planşet, SAMSUNG qulaqlıq, 64 GB SAMSUNG card üçün 300,27 manat ödənilməmiş hissə, 30,73 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********53248 SAMSUNG GALAXY A12 markalı telefon üçün 201,81 manat ödənilməmiş hissə, 20,19 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, PALTARYUYAN LG, MİNİ SOBAHOFFMANN üçün 1329,36 manat ödənilməmiş hissə, 132,64 manat cərimə, ümumilikdə 2015 manat borc və 40,15 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********75168 SAMSUNG GALAXY TAB A7 markalı planşet, SAMSUNG qulaqlıq, 64 GB SAMSUNG card üçün 300,27 manat ödənilməmiş hissə, 30,73 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********53248 SAMSUNG GALAXY A12 markalı telefon üçün 201,81 manat ödənilməmiş hissə, 20,19 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, PALTARYUYAN LG, MİNİ SOBAHOFFMANN üçün 1329,36 manat ödənilməmiş hissə, 132,64 manat cərimə, ümumilikdə 2015 manat borc və 40,15 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar