Məhkəmə qərarları › İş №e-2(016)-1649/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-1649/2025

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-1649/2025 03.03.2026 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbrayılova Könül Alov qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli, AUK6125356 nömrəli borc müqaviləsinə əsasən 462 (dörd yüz altmış iki) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 492 (dörd yüz doxsan iki) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Soliton LTD» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AUK6125356 nömrəli borc müqaviləsinə əsasən, cavabdeh ümumi dəyəri 534 ümumi dəyəri 534 (beş yüz otuz dörd) manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 462 (dörd yüz altmış iki) manat əsas borcu qalıb. Beləliklə cavabdeh alqı-satqı müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq bildirmişdir ki, iddiaçı tərəf baş vermiş hadisənin əsil predmetini qeyd etməmişdir. Belə ki, aldığı həmin telefon yararsız olduğu üçün onların özünə qaytarılmışdır. Telefonu qaytararkən başqa telefon istədiklərini bildirdikdə başqa telefonun olmadığını bildirmişdirlər. Aparmışdırlar, telefon işləməmiş və dərhal gətirmişdirlər. Onlar da demişdirlər ki, ekspertizaya göndəriləcəkdir. Ekspertizadan gələn sənədə baxdıqlarında, guya nəm çəkib kimi qeyd edilib. Təzə telefonu qutusunda qaytarmışdırlar. Ən azı 1 il olarda qalmışdır. Çox gedibgəlmişdirlər ki, telefonu düzəltdirsinlər və qaytarsınlar, hə-hə deyərək, bəlkə də 2 ildən sonra geri verdilər. Yenə də təzə telefon qutusundadır. Bu onların günahı deyil. 534 manatdan 462 manata enən hissəsi ilkin ödənişdir. Onlar pul ödəməmişdirlər. Beləcə vaxt ötmüş və indi də qəflətən məhkəməyə müraciət etmişdirlər. Odur ki, işin araşdırılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-1649/2025 saylı qərardadına əsasən mülki iş iddia icraatı qaydasında baxılması qərara alınmış və məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. xx.xx.2025-ci il və xx.xx.2026-cı il tarixli məhkəmə hazırlıq iclaslarında Cavabdeh izahat verərək bildirmişdir ki, iddianı qismən qəbul edir. Telefon aldıqları gündən işləmir. Elə qutusunun içində qalmışdır. Ehtiyac olsa məhkəməyə gətirib göstərə bilər, lakin gətirməmişlər. Müraciət edib bildirmişdir ki, telefon işləmir, təmir edəcəklərini bildirsələr də, telefon təmir olunmadan ona geri qaytarılmışdır. O, da həmin səbəbdən ödəniş etməmişdir. Hesab edir ki, işlənməyən telefon üçün ödənişin hamısını ödəmək düzgün deyil. Odur ki, ona güzəştə gedilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxış iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq, icraatda olan iş üzrə təyin olunmuş məhkəmə baxış iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcələrini, məhkəmə baxış iclasının iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AUK6125356 nömrəli borc müqaviləsindən və ona əlavələrdən görünür ki, cavabdeh iddiaçıdan kredit yolu ilə ilkin 30 manat ödəniş etməklə 534 manat məbləğində tam qüsursuz nisyə aldığı məişət avadanlığının dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 462 manat məbləğində borcu vardır. - xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdeh gecikdirilmiş borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. - Mədaxil qəbzindən görünür ki, 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan alqı-satqı müqaviləsi ilə telefon götürmüşdür. Həmin telefonun nasaz olmasını bildirsə də, buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 115 .2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 462 AZN əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 492 manat məbləğində pul vəsaiti tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "Soliton” MMC-nin xeyrinə 462 AZN əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 492 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımovov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar