Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-180/2025 10.03.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X3 Natiq oğlunun sədrliyi Cəbrayılova Könül Alov qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh daxili lizinq müqaviləsinə əsasən ödənilməmiş aylıq lizinq ödənişi 3 ay (90 gün) müddətinə hesablanmaqla 1620 manat, 60 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 648 manat borcu, əlavə olaraq cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə tərəflərindən ödənilmiş 219 manat və avtomobilin sıradan çıxması nəticəsində dəymiş ziyan kimi 980 manat, cəmi 3467 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 55 manatı pulun alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 287/2024 saylı “X2 müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən buraxılış ili 2013-cü il olan, **-YJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Chevrolet cruze” markalı minik nəqliyyat vasitəsinin bazar dəyəri 14000 manat qiymətləndirilmiş və İddiaçı tərəfindən 36 ay müddətinə Cavabdeh X2 müqaviləsinə əsasən lizinqə verilmişdir. Müqaviləyə əlavə edilmiş əlavə №2 (lizinq qrafikləri ödənişləri) əsasında müəyyən edilmiş dövrilikdə və tarixdə lizinq ödənişlərini (36 ay müddətinə, hər ay 540 manat olmaqla) ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən İddiaçı öz öhdəliklərini yerinə yetirmiş və buraxılış ili 2013-cü il olan, **-YJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Chevrolet cruze” markalı minik nəqliyyat vasitəsini nəqliyyat vasitəsini cavabdehə təqdim etmiş və təhvil-təslim aktı barədə tərəflər akta imza etmişlər. Cavabdeh isə öhdəliklərə əməl etməmiş və “X2 müqaviləsi” ilə müəyyən edilmiş ödənişləri ödəməmişdir. Nəticədə, cavabdehin müqaviləyə əsasən 3 ay (90 gün) müddətinə hesablanmaqla 1620 (bir min altı yüz iyirmi) manat lizinq ödənişi, gecikdirilmiş 60 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 648 (altı yüz qırx səkkiz) manat borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və iddiaçıya maddi ziyan vurmuşdur. Avtomobil cavabdehdən yararsız vəziyyətdə alınmışdır. Cavabdeh avtomobili saz vəziyyətə saxlamamış və avtomobilin texniki funksional vəziyyətinin bərpası məqsədilə tərəfimizdən avtomobilin təmir xərcləri çəkilmiş və bu xərclərin cəmi 980 manat etmişdir. Cavabdehin törətdiyi yol hərəkət qaydaları əleyhinə olan inzibati xətalara görə EQ 23884956 (10 manat), EQ 23923214 (10 manat), EQ 23691709 (45 manat), EQ 23636927 (45 manat), EQ 23068816 (45 manat) və İXP ******* (64 manat) cərimə olunmuş (cəmi 219 manat) və həmin cərimələr İddiaçı MMC-nin vəsaiti hesabına ödənilmişdir. (ödənişlə bağlı sübutlar iddia ərizəsinə əlavə edilir) Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, yazılı və şifahi xəbərdarlıq edilmiş, telefon danışıqları aparılmış, lakin cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməmiş, heç bir ödəniş edilməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 287/2024 saylı “X2 müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən buraxılış ili 2013-cü il olan, **-YJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Chevrolet cruze” markalı minik nəqliyyat vasitəsinin bazar dəyəri 14000 manat qiymətləndirilmiş və İddiaçı tərəfindən 36 ay müddətinə Cavabdeh X2 müqaviləsinə əsasən lizinqə verilmişdir. Müqaviləyə əlavə edilmiş əlavə №2 (lizinq qrafikləri ödənişləri) əsasında müəyyən edilmiş dövrilikdə və tarixdə lizinq ödənişlərini (36 ay müddətinə, hər ay 540 manat olmaqla) ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, lizinq alan təsdiq edir ki, 2013 cü il buraxılışlı, “Chevrolet Cruze” markalı, 1 ədəd ağ rəngli minik nəqliyyat vasitəsi heç bir qüsur aşkar edilməmişdir. - xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış olan 287/24 saylı X2 Müqaviləsinə əsasən lizinqə götürdüyü lizinq obyekti lazımi qaydada yoxlanılmış və yoxlama zamanı heç bir qüsur aşkar edilməmişdir. Cavabdeh lizinqə götürdüyü lizinq obyektinin illik 550 manat sığorta xərcini İddiaçı MMC-ə ödəmək və sığorta polisinə müvafiq olaraq hər hansı sığorta halı baş verdikdə lazımi qaydada “Atasığorta” sığorta şirkətinə müraciət etməyi öhdəliyinə götürmüşdür. Avtomobildə kasko sığorta hər hansı səbəbdən aktiv olmazsa və ya yazılmazsa bu zaman baş verə biləcək bütün hadisələr zamanı dəymiş maddi zərər, müqaviləçinin öz məsuliyyətindədir. - 04.12.2024-cü il tarixli, № 104/24 nömrəli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 287/24 nömrəli X2 müqaviləsinin şərtlərinə əsasən müqavilə predmeti olan “Chevrolet Cruze” minik markalı **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 3 aylıq (90 gün) icarə haqqının 1620 manatın ödənilmədiyi üçün müqavilənin şərtləri pozulmuşdur. Cavabdeh ilə dəfələrlə aparılan danışıqlar heç bir fayda vermədiyi üçün avtomobildə olan hüquq və iddiaları bu gündən əsassız sayılması barədə xəbərdar edilmişdir. - İXP6480166 saylı protokola əsasən, İXM-in 328.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə, Bakı-Quba yolunun 26 km-lik yolda müəyyən edilmiş hərəkət surətini 21-40 km/saat həddində aşmağa görə 64 manat məbləğində cərimə edilmiş, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən cərimə ödənilmişdir. - EQ23068816 saylı protokola əsasən, İXM-in 328.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə, Bakı-Quba-Rusiya yolunun 27 km-lik yolda müəyyən edilmiş hərəkət surətini 21-40 km/saat həddində aşmağa görə 45 manat məbləğində cərimə edilmiş, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən cərimə ödənilmişdir. - EQ23636927 saylı protokola əsasən, İXM-in 328.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə, Sumqayıt yolunun 29 km-lik yolda müəyyən edilmiş hərəkət surətini 21-40 km/saat həddində aşmağa görə 45 manat məbləğində cərimə edilmiş, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən cərimə ödənilmişdir. - EQ23691709 saylı protokola əsasən, İXM-in 328.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə, Hacıqabul-Sabirabad yolunun 31 km-lik yolda müəyyən edilmiş hərəkət surətini 21-40 km/saat həddində aşmağa görə 45 manat məbləğində cərimə edilmiş, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən cərimə ödənilmişdir. - EQ23923214 saylı protokola əsasən, İXM-in 328.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə, Bakı-Quba-Rusiya yolunun 20 km-lik yolda müəyyən edilmiş hərəkət surətini 10-20 km/saat həddində aşmağa görə 10 manat məbləğində cərimə edilmiş, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən cərimə ödənilmişdir. - EQ23884956 saylı protokola əsasən, İXM-in 328.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə, Bakı-Quba-Rusiya yolunun 27 km-lik yolda müəyyən edilmiş hərəkət surətini 10-20 km/saat həddində aşmağa görə 10 manat məbləğində cərimə edilmiş, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən cərimə ödənilmişdir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 287/2024 saylı “X2 müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən buraxılış ili 2013-cü il olan, **-YJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Chevrolet cruze” markalı minik nəqliyyat vasitəsinin bazar dəyəri 14000 manat qiymətləndirilmiş və İddiaçı tərəfindən 36 ay müddətinə Cavabdeh X2 müqaviləsinə əsasən lizinqə verilmişdir. Müqaviləyə əlavə edilmiş əlavə №2 (lizinq qrafikləri ödənişləri) əsasında müəyyən edilmiş dövrilikdə və tarixdə lizinq ödənişlərini (36 ay müddətinə, hər ay 540 manat olmaqla) ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən İddiaçı öz öhdəliklərini yerinə yetirmiş və buraxılış ili 2013-cü il olan, **-YJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Chevrolet cruze” markalı minik nəqliyyat vasitəsini nəqliyyat vasitəsini cavabdehə təqdim etmiş və təhvil-təslim aktı barədə tərəflər akta imza etmişlər. Cavabdeh isə öhdəliklərə əməl etməmiş və “X2 müqaviləsi” ilə müəyyən edilmiş ödənişləri ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq verənin mükafatının məbləği, lizinq verənin əlavə xidmətlərinin haqqı daxildir. 750-ci maddəsinə əsasən lizinq müqaviləsi vaxtından əvvəl ləğv edilərkən tələblər müəyyənləşdirilən zaman lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. “X2 müqaviləsi”nin 12.10-cu maddəsinə əsasən lizinq alan öz öhdəliklərini yerinə yetirmədiyindən müqaviləyə xitam verilərsə lizinq alan lizinq obyekti istifadəsində olduğu müddət ərzində ödəniş cədvəlinə əsasən ödəmədiyi lizinq ödənişlərini, DYP, BNA və digər inzibati cərimələri və lizinq obyektinə lizinq alan tərəfindən dəymiş maddi xərcləri ödəməyi öhdəsinə götürmüşdür. “X2 müqaviləsi”nin 13.1-ci maddəsinə əsasən müəyyən edilən müddətdə lizinq alan lizinq ödənişini tam həyata keçirmirsə lizinq alan lizinq verənə hər gecikdirilmiş ödəniş günü üçün 2 faiz miqdarında penya ödəyir. Məhkəmə iclasında işin araşdırılmış halları ilə müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixdə 287/2024 saylı X2i müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi tam icra edərək lizinq obyektini Cavabdeh istifadəsinə və sahibliyinə versə də, lizinqalan tərəfindən öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişlərinin dövriliklə ödənilməsi müddətlərinə riayət edilməmişdir. Bununla da, lizinqalan öhdəliyi lazımınca icra etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh daxili lizinq müqaviləsinə əsasən ödənilməmiş aylıq lizinq ödənişi 3 ay (90 gün) müddətinə hesablanmaqla 1620 manat, 60 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 648 manat borc, əlavə olaraq cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə tərəflərindən ödənilmiş 219 manat və avtomobilin sıradan çıxması nəticəsində dəymiş ziyan kimi 980 manat, cəmi 3467 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 55 manat pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh daxili lizinq müqaviləsinə əsasən ödənilməmiş aylıq lizinq ödənişi 3 ay (90 gün) müddətinə hesablanmaqla 1620 manat, 60 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 648 manat borc, əlavə olaraq cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə tərəflərindən ödənilmiş 219 manat və avtomobilin sıradan çıxması nəticəsində dəymiş ziyan kimi 980 manat, cəmi 3467 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 55 manat pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(016)-180/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-180/2025
10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver