Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-392/2025 21.04.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Samsung Galaxy S24 Ultra markalı telefon üçün 2.333,6 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 700,08 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Vinil Şəffaf, Samsung Galaxy A05 markalı telefon üçün 258,5 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 77,55 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Xıaomı Poco M6 Pro markalı telefon üçün 666,6 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 199,98 manat dəbbə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Samsung markalı soyuducu üçün 941 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 282,3 manat dəbbə, borcu olmaqla, ümumilikdə 5.530,41 manat borc, 75.31 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərələr arasında bağlanan xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********16709 Samsung Galaxy S24 Ultra markalı telefon, Samsung markalı Soyuducu, İmei kod **********13182 Xıaomı Poco M6 Pro markalı telefon, Vinil Şəffaf, İmei kod **********61136 Samsung Galaxy A05 almış və nəticədə 5.530,41 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3.150,6 manat (18 ay x 166.7 manat + 150 manat ilkin ödəniş) olan İmei kod **********16709 Samsung Galaxy S24 Ultra markalı telefon üçün ümumilikdə, 3.057,28 manat olmaqla ondan, 2.333,6 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 700,08 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1.166 manat (6 ay x 161 manat + 200 manat ilkin ödəniş) olan Samsung markalı soyuducu üçün ümumilikdə, 1.223,3 manat olmaqla, ondan 941 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 282,3 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 750,6 manat (18 ay x 41.7 manat + 89.1 manat ilkin ödəniş) olan İmei kod **********13182 Xıaomı Poco M6 Pro markalı telefon üçün ümumilikdə, 890,18 manat olmaqla ondan, 666,6 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 199,98 manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 310,68 manat (18 ay x 17.26 manat + 6 manat ilkin ödəniş) olan Vinil Şəffaf, İmei kod **********61136 Samsung Galaxy A05 üçün ümumilikdə, 359,65 manat olmaqla, ondan 258,5 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 77,55 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.178,18 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə clasında tədqiq edilmiş: - xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələrindən görünür ki, iddiaçı tərəfindən cavabdehə Samsung markalı Soyuducu, Samsung Galaxy S24 Ultra, Xıaomı Poco M6 Pro, Samsung Galaxy A05 markalı telefonlar və Vinil Şəffaf satılmışdır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2.333,6 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 700,08 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 258,5 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 77,55 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 666,6 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 199,98 manat dəbbə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 941 manat ödənilməmiş hissə, 282,3 manat dəbbə borcu olmaqla, ümumilikdə 5.530,41 manat borcu vardır. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. - xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 75,31 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi “ödənilməmiş hissənin tutulması” hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı müqavilələr ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh həmin müqavilələr ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə xx.xx.2024-cü il tarixli müqavilə üzrə cərimənin 700,08 manat məbləğində deyil, 10 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cərimənin 77,55 manat məbləğində deyil, 5 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cərimənin 199,98 manat məbləğində deyil, 5 manat məbləğində və xx.xx.2024-cü il tarixli müqavilə üzrə cərimənin 282,3 manat məbləğində deyil, 5 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin “İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsumun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə əsasızdır. Belə ki, iddiaçı həmin rüsumun ödənilməsini təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 75,31 manat dövlət rüsumunun 13,06 manatı iddiaçıya, 62,25 manatı cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2.333,6 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 258,5 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 666,6 manat ödənilməmiş hissə, 5 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 941 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu olmaqla, cəmi 4.224,7 manat məbləğində vəsaiti və ödənilmiş 62,25 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 13,06 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(016)-392/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-392/2025
21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver