Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-684/2025 17.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, lizinq obyekti olan «KHAZAR LX» markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin iddiaçıya qaytarılmasını, cavabdehdən 11 noyabr 2022-ci il tarixli, MAS-5531 saylı “Daxili lizinq müqaviləsi”-nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 fevral 2025-ci tarixə 1.375,90 manat gecikdirilmiş əsas, 557,80 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 253,17 manat dəbbə pulu olmaqla cəmi, 2.206,87 manat borc və ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 noyabr 2022-ci il tarixli, MAS-5531 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən «KHAZAR LX» minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən cavabdeh illik 23 % hesablanmaqla 30 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 388,43 manat, ümumilikdə isə 13.553 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13.553 manatın 10.700 manatı əsas məbləğ təşkil edir. “Daxili lizinq müqaviləsi” üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün cavabdehin MAS-5531 saylı müqavilə üzrə 24 fevral 2025-ci il tarixə ümumilikdə 2.206,87 manat borcu yaranmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 noyabr 2022-ci il tarixli, MAS-5531 saylı “Daxili lizinq müqaviləsi”ndən görünür ki, cavabdehin sifarişi ilə «KHAZAR LX» markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 10.700 manat məbləğinə cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən cavabdeh illik 23 % hesablanmaqla 30 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 388,43 manat, ümumilikdə isə 13.553 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, «KHAZAR LX» minik markalı, **-PV- *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. - BB244839 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «KHAZAR LX» markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə məxsusdur. - xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə daxili lizinq müqaviləsi üzrə 1.375,90 manat əsas, 577,80 manat mükafat borcu, 253,17 manat cərimə borcu olmaqla, cəmi 2.206,87 manat məbləğində borcu vardır. -xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehə borc məbləğinin ödənilməsi və lizinq obyektinin geri qaytarılması barədə xəbərdarlıq etmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi “əsas və mükafat borcun ödənilməsi” hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, pul məbləğini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə, eyni zamanda hesab edir ki, iddiaçı lizinq obyektinin ona qaytarılmasını tələb etməkdə haqlıdır. MM-in 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. MM-in 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Məhkəmə hesab edir ki, lizinq obyektinin lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququ tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan, cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı lizinq obyektinin lizinq alanın sahibliyindən və istifadəsindən geri alınmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 253,17 manat məbləğində deyil, 70 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə, iddia tələbinin 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Lizinq obyekti olan - ban nömrəsi NVABA1HHFMF800574, «KHAZAR LX» markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh xx.xx.2022-ci il tarixli, MAS-5531 nömrəli Daxili lizinq müqaviləsi üzrə 1.375,90 manat əsas, 577,80 manat gecikdirilmiş mükafat borcu, 70 manat dəbbə pulu olmaqla, cəmi 2.023,7 manat borc və 100 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(016)-684/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-684/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver