Məhkəmə qərarları › İş №e-2(016)-762/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-762/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-762/2025 23.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə X1 3 il xidməti, Paket XL xidməti, Honor X7B markalı telefon üçün 517,92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 51,79 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə X1 2 il xidməti, Paket M xidməti, Xiaomi Redmi 13 markalı telefon üçün 435,06 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 43,51 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə X1 3 il xidməti, Paket L xidməti, Honor X8B markalı telefon üçün 576,90 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 57,69 manat məbləğində cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə X1 3 il xidməti, Paket M xidməti, Xiaomi Redmi 13 markalı telefon üçün 450 manat ödənilməmiş hissə, 45 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.248,67 manat borcun və 42,49 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və 22,11.2024-cü il tarixli alqı-satqı müqavilələrindən görünür ki, iddiaçı tərəfindən cavabdehə X1 3 il xidməti, Paket XL xidməti, Honor X7B markalı telefon, X1 2 il xidməti, Paket M xidməti, Xiaomi Redmi 13 markalı telefon, X1 3 il xidməti, Paket L xidməti, Honor X8B markalı telefon və X1 3 il xidməti, Paket M xidməti, Xiaomi Redmi 13 markalı telefon satılmışdır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 517,92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 51,79 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 435,06 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 43,51 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 576,90 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 57,69 manat məbləğində cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 450 manat ödənilməmiş hissə, 45 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.248,67 manat borcu vardır. - xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən İnnovativ Layihələr Mərkəzinə 70,80 manat məbləğində rüsum ödənilmişdir. - xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi “ödənilməmiş hissənin tutulması” hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin “İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsumun alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, arayışdan görünür ki, iddiaçı tərəfindən İnnovativ Layihələr Mərkəzinə 70,80 manat məbləğində rüsum ödənilmişdir. Məhkəmə iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 51.79 manat məbləğində deyil 5 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 43,51 manat məbləğində deyil 5 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 57,69 manat məbləğində deyil 5 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 45 manat məbləğində deyil 5 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 43,51 manat dövlət rüsumunun 2,81 manatı iddiaçıya, 40,7 manatı cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 517,92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 5 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 435,06 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 5 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 576,90 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 5 manat məbləğində cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 450 manat ödənilməmiş hissə, 5 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.070,68 manat borc və 40,7 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 2,81 manatı iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar