Məhkəmə qərarları › İş №e-2(017)-1109/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1109/2025

20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1109/2025 20.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «X1 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı «X1 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı 5864 manat 59 qəpik əsas borc, 1172 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 91 manat, cəmi 7127 manat 59 qəpik pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə «X1 Kompleksi» MMC-nin Ağcabədi filialı arasında bağlanmış 04 aprel 2022 il tarixli, 002 saylı xam pambığın alqı-satqısına dair müqaviləyə əsasən cavabdeh 4.0 hektar torpaq sahəsində öz işçi qüvvəsi hesabına pambıq əkməyi və yekunda əldə edilmiş xam pambığı istehsal etməklə iddiaçıya satmağı üzərinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh avans olaraq iddiaçıdan 7423,58 manat vəsait götürmüşdür. Müqaviləyə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh müqavilə üzrə ümumiyyətlə pambıq təhvil verməmişdir. Bununla da cavabdeh müqavilə şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və nəticədə onun «X1 Kompleksi» MMC-yə 5864 manat 59 qəpik borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə borcun qaytarılması üçün xəbərdarlıqlar və pretenziyalar verilsə də, cavabdeh iddiaçının pretenziyasına cavab verməmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambığı təhvil vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam pambığın 1 tonunun qiyməti 650 manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 1172 manat təşkil edir. Ona görə də Cavabdeh 5864 manat 59 qəpik əsas borc, 1172 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 91 manat, cəmi 7127 manat 59 qəpik pulun alınaraq «X1 Kompleksi» MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı «X1 Kompleksi» MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə baxışında elan edilmiş 04 aprel 2022 il tarixli, 002 saylı xam pambığın alqısatqısına dair müqavilədən görünür ki, Cavabdeh 4.0 hektar sahədə pambıq əkməyi və istehsal etdiyi xam pambığı bütünlüklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə baxışında elan edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh «X1 Kompleksi» MMC-yə 5864 manat 59 qəpik borcu vardır. İşdə olan və məhkəmə baxışında elan edilmiş üzləşdirmə aktından görünür ki, «X1 Kompleksi» MMC tərəfindən Cavabdeh 7423,58 manat avans verilmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçı «X1 Kompleksi» MMC arasında 04 aprel 2022 il tarixli, 002 saylı xam pambığın alqı-satqısına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh 4.0 hektar sahədə pambığı əkib becərməyi və xam pambıq məhsulunu iddiaçıya satmağı öhdəsinə götürsə də üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə onun iddiaçıya 5864 manat 59 qəpik borcu yaranmış və həmin borca 1172 cərimə hesablanmışdır. Buradan da göründüyü kimi iddiaçı «X1 Kompleksi» MMC Cavabdeh 5864 manat 59 qəpik borcu və tələb etməkdə haqlıdır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 1172 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 12 manatadək azaldılmalıdır. İşdə olan 25 fevral 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 91 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 91 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasibətdə, yəni 79 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 5864 manat 59 qəpik əsas borc, 12 manat cərimə borcu və 79 manat dövlət rüsumu, cəmi 5955 manat 59 qəpik pul alınaraq iddiaçı «X1 Kompleksi» MMC-nin xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 5864 manat 59 qəpik əsas borc, 12 manat cərimə borcu və 79 manat dövlət rüsumu, cəmi 5955 (beş min doqquz yüz əlli beş) manat 59 (əlli doqquz) qəpik pul alınaraq iddiaçı «X1 Kompleksi» MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Lazimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar