Məhkəmə qərarları › İş №e-2(017)-113/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-113/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-113/2024 17.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 8563,55 manat əsas borc, 375,18 manat əsas borcun illik 5%-i miqdarında əldən çıxmış fayda, ödənilmiş 100 manat mediasiya xərci və 10,40 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 avqust 2022-ci il tarixli inşaat materiallarının alğı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçındən inşaat materialları almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli üzləşdirmə aktına əsasən İddiaçınə 11015,75 manat məbləğində qalıq borcunun olduğunu təsdiq etmişdir. Cavabdeh müəyyən ödənişlər etdikdən sonra iddiaçıya ödənilməmiş 8563,55 manat borcu qalmaqdadır. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Ona görə də Cavabdeh 17 avqust 2022-ci il tarixli inşaat materiallarının alğı-satqı müqaviləsi üzrə 8563,55 manat əsas borc, 375,18 manat əsas borcun illik 5%-i miqdarında əldən çıxmış fayda, ödənilmiş 100 manat mediasiya xərci və 10,40 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan 17 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə inşaat malları alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli üzləşdirmə aktından görünür ki, Cavabdeh İddiaçınə 11015,75 manat borcunun olduğunu təsdiq etmişdir. İşdə olan 14 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 28 aprel 2023-cü il tarixli müqaviləyə əsasən 8563,55 manat əsas borc, 375,18 manat əsas borcun illik 5%-i miqdarında əldən çıxmış fayda, cəmi 8938,73 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 avqust 2022-ci il tarixli inşaat materiallarının alğı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçındən inşaat materialları almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli üzləşdirmə aktına əsasən İddiaçınə 11015,75 manat məbləğində qalıq borcunun olduğunu təsdiq etmişdir. Cavabdeh müəyyən ödənişlər etdikdən sonra iddiaçıya ödənilməmiş 8563,55 manat borcu qalmaqdadır. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Ona görə də Cavabdeh 17 avqust 2022-ci il tarixli inşaat materiallarının alğı-satqı müqaviləsi üzrə 8563,55 manat əsas borc, 375,18 manat əsas borcun illik 5%-i miqdarında əldən çıxmış fayda, cəmi 8938,73 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh həmin məbləği tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilərək Cavabdeh 17 avqust 2022-ci il tarixli inşaat materiallarının alğı-satqı müqaviləsi üzrə 8563,55 manat əsas borc, 375,18 manat əsas borcun illik 5%-i miqdarında əldən çıxmış fayda, ödənilmiş 100 manat mediasiya xərci və 10,40 manat dövlət rüsumu, cəmi 9049,13 manat alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 8563,55 manat əsas borc, 375,18 manat əsas borcun illik 5%-i miqdarında əldən çıxmış fayda, ödənilmiş 100 manat mediasiya xərci və 10,40 manat dövlət rüsumu, cəmi 9049 (doqquz min qırx doqquz) manat 13 (on üç) qəpik alınaraq İddiaçı xiyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar