Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1156/2024 24.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 02 iyun 2023-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 813,90 manat əsas, 122 manat cərimə, cəmi 935,90 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 02 iyun 2023-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Samsung” markalı soyuducuya görə 18 ay müddətinə hər ay 56 manat olmaqla, 999,99 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş öhdəliyinin təmin edilməsi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə digər Cavabdeh1 arasında 02 iyun 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında digər cavabdehlə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh2 sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 60 manat ödəniş etmiş və qalıq qalmış 813,90 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona müqavilə üzrə gecikdirdiyi hər bir günə görə ümumilikdə 1220 manat cərimə hesablanmışdır. Lakin iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunmuş və müqavilə üzrə cərimə məbləği 122 manat hesablanmışdır. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 02 iyun 2023-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi və 02 iyun 2023-cü il tarixli zaminlik müqaviləsi üzrə 813,90 manat əsas, 122 manat cərimə, cəmi 935,90 manat borcu və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 02 iyun 2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, “Samsung” markalı soyuducuya görə 18 ay müddətinə hər ay 56 manat olmaqla, 999,99 manat alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında müqavilə bağlanmışdır. İşdə olan 02 iyun 2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2nın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 02 iyun 2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi ilə əlaqədar olaraq zamin Cavabdeh1 nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə Cavabdeh2 ilə birlikdə iddiaçı «"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan 13 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 02 iyun 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 813,90 manat əsas, 122 manat cərimə, cəmi 935,90 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 02 iyun 2023-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Samsung” markalı soyuducuya görə 18 ay müddətinə hər ay 56 manat olmaqla, 999,99 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş öhdəliyinin təmin edilməsi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə digər Cavabdeh1 arasında 02 iyun 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında digər cavabdehlə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh2 sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 60 manat ödəniş etmiş və qalıq qalmış 813,90 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona müqavilə üzrə gecikdirdiyi hər bir günə görə ümumilikdə 1220 manat cərimə hesablanmışdır. Lakin iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunmuş və müqavilə üzrə cərimə məbləği 122 manat hesablanmışdır. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 02 iyun 2023-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi və 02 iyun 2023-cü il tarixli zaminlik müqaviləsi üzrə 813,90 manat əsas, 122 manat cərimə, cəmi 935,90 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 10 manatadək azaldılmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 02 iyun 2023-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi və 02 iyun 2023-cü il tarixli zaminlik müqaviləsi üzrə 813,90 manat əsas, 10 manat cərimə, cəmi 823,90 manat borc pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 20 may 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdəndən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 813,90 manat əsas, 10 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 853 (səkkiz yüz əlli üç) manat 90 (doxsan) qəpik borc pul müştərək qaydada alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-1156/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1156/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver