Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1333/2025 13.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 yanvar 2019-cu il tarixli, 238 saylı alğı-satqı müqaviləsinə əsasən 2334,20 borcun və 43,34 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin Ağcabədi Filialı ilə Cavabdeh arasında bağlanmış 08 yanvar 2019-cu il tarixli, 238 nömrəli alqı-satqı müqaviləsinə əsasən Ağcabədi rayonu, Hindarx kəndi ərazisində yerləşən 4.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh İddiaçıdan 2534.20 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalıdır. Cavabdehin sifarişi əsasında 19.50 manat məbləğində çöp doğrama, 195,00 manat məbləğində 1-ci şum, 9.50 manat məbləğində rotasiyonmala, 224 manat məbləğində mala çəkmə, 72,00 manat məbləğində çiyid səpini (90sm), 143.50 manat məbləğində kultivasiya (90sm), 1180,00 manat məbləğində İcarə suvarma, becərmə pulu, 691.00 manat məbləğində çiyid toxumu, cəmi: 2534.20 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da xam-pambıq təhvil verməmiş, 200.00 manat ödəmiş, bununla da iddiaçıya 2334.20 manat məbləğində borcu qalmışdır Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu tamödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması hər iki tərəfin imzası ilə təsdiq edilmiş 01 dekabr 2019-cu il tarixli iş və xidmətlərin görülməsi barədə akt (üzləşmə aktı), qaimə, ödəmə tapşırıqları və digər sənədlərlə təsdiq edilir. Ona görə də, Cavabdeh 08 yanvar 2019-cu il tarixli, 238 saylı alğı-satqı müqaviləsinə əsasən 2334,20 borcun və 43,34 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 08 yanvar 2019-cu il tarixli, 238 saylı alğı-satqı müqaviləsindən görünür ki, bu müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. Müqaviləyə əsasən, Ağcabədi rayonu, Hindarx kəndi ərazisində yerləşən 4.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İşdə olan aktdan görünür ki, Cavabdehnın İddiaçınə 2334,20 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" MMC-nin Ağcabədi Filialı ilə Cavabdeh arasında bağlanmış 08 yanvar 2019-cu il tarixli, 238 nömrəli alqı-satqı müqaviləsinə əsasən Ağcabədi rayonu, Hindarx kəndi ərazisində yerləşən 4.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh İddiaçıdan 2534.20 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalıdır. Cavabdehin sifarişi əsasında 19.50 manat məbləğində çöp doğrama, 195,00 manat məbləğində 1-ci şum, 9.50 manat məbləğində rotasiyonmala, 224 manat məbləğində mala çəkmə, 72,00 manat məbləğində çiyid səpini (90sm), 143.50 manat məbləğində kultivasiya (90sm), 1180,00 manat məbləğində İcarə suvarma, becərmə pulu, 691.00 manat məbləğində çiyid toxumu, cəmi: 2534.20 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da xam-pambıq təhvil verməmiş, 200.00 manat ödəmiş, bununla da iddiaçıya 2334.20 manat məbləğində borcu qalmışdır Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu tamödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması hər iki tərəfin imzası ilə təsdiq edilmiş 01 dekabr 2019-cu il tarixli iş və xidmətlərin görülməsi barədə akt (üzləşmə aktı), qaimə, ödəmə tapşırıqları və digər sənədlərlə təsdiq edilir. Ona görə də, Cavabdeh 08 yanvar 2019-cu il tarixli, 238 saylı alğı-satqı müqaviləsinə əsasən 2334,20 manat borcu alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 08 yanvar 2019-cu il tarixli, 238 saylı alğı-satqı müqaviləsinə əsasən 2334,20 manat borc pul alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 14 mart 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 43,34 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 43,34 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2334,20 manat borc pul və iddia qaldırmaq üçün ödənilmiş 43,34 manat dövlət rüsumu, cəmi 2377 (iki min üç yüz yetmiş yeddi) manat 54 (əlli dörd) qəpik pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-1333/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1333/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver