Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1361/2025 14.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21 aprel 2023-cü il tarixli müqaviləyə əsasən 126,30 manat əsas borc, 12,63 manat cərimə, 02 iyul 2023-cü il tarixli, müqaviləyə əsasən, 462,40 manat əsas borc, 46,24 manat cərimə, 30 mart 2024-cü il tarixli, müqaviləyə əsasən, 375,75 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23,60 manat, 37,57 manat cərimə, 04 iyun 2024-cü il tarixli, müqaviləyə əsasən, 2067,78 manat əsas borc, 206,78 manat cərimə, hər dörd müqavilə üzrə ümumilikdə 3359,03 manat borc və 53,60 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 42,33 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 761,94 manat olan Zəmanət + 3 il xidməti, Paket XXL xidməti, İMEİ Kod **********75340 “X2 12” mobil telefon almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 37,59 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 2359,72 manat olan Zəmanət + 3 il xidməti, “Samsung” Led TV almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 mart 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 37,59 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 676,62 manat olan Zəmanət + 3 il xidməti, Paket XXL xidməti, İMEİ Kod **********75340 “X2 12” mobil telefon almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 100 manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə hər ay 137,88 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 2581,84 manat olan Paket Combomax xidməti, X1 1 il (Kontakt) xidməti, “İntel Nuc M15” komputer almışdır. Cavabdeh müqavilələr üzrə cəmi 2833,85 manat ödəniş etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 21 aprel 2023-cü il tarixli müqaviləyə əsasən 126,30 manat əsas borc, 12,63 manat cərimə, 02 iyul 2023-cü il tarixli, müqaviləyə əsasən, 462,40 manat əsas borc, 46,24 manat cərimə, 30 mart 2024-cü il tarixli, müqaviləyə əsasən, 375,75 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23,60 manat, 37,57 manat cərimə, 04 iyun 2024-cü il tarixli, müqaviləyə əsasən, 2067,78 manat əsas borc, 206,78 manat cərimə, hər dörd müqavilə üzrə ümumilikdə 3359,03 manat borc və 53,60 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 21 aprel 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 42,33 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 761,94 manat olan Zəmanət + 3 il xidməti, Paket XXL xidməti, İMEİ Kod **********75340 “X2 12” mobil telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 02 iyul 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 37,59 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 2359,72 manat olan Zəmanət + 3 il xidməti, “Samsung” Led TV alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 30 mart 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 37,59 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 676,62 manat olan Zəmanət + 3 il xidməti, Paket XXL xidməti, İMEİ Kod **********75340 “X2 12” mobil telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 04 iyun 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 100 manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə hər ay 137,88 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 2581,84 manat olan Paket Combomax xidməti, X1 1 il (Kontakt) xidməti, “İntel Nuc M15” komputer alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 13 mart 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 21 aprel 2023-cü il tarixli müqaviləyə əsasən 126,30 manat əsas borc, 12,63 manat cərimə, 02 iyul 2023-cü il tarixli, müqaviləyə əsasən, 462,40 manat əsas borc, 46,24 manat cərimə, 30 mart 2024-cü il tarixli, müqaviləyə əsasən, 375,75 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23,60 manat, 37,57 manat cərimə, 04 iyun 2024-cü il tarixli, müqaviləyə əsasən, 2067,78 manat əsas borc, 206,78 manat cərimə, hər dörd müqavilə üzrə ümumilikdə 3359,03 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış21 aprel 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 42,33 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 761,94 manat olan Zəmanət + 3 il xidməti, Paket XXL xidməti, İMEİ Kod **********75340 “X2 12” mobil telefon almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 37,59 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 2359,72 manat olan Zəmanət + 3 il xidməti, “Samsung” Led TV almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 mart 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 37,59 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 676,62 manat olan Zəmanət + 3 il xidməti, Paket XXL xidməti, İMEİ Kod **********75340 “X2 12” mobil telefon almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 100 manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə hər ay 137,88 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 2581,84 manat olan Paket Combomax xidməti, X1 1 il (Kontakt) xidməti, “İntel Nuc M15” komputer almışdır. Cavabdeh müqavilələr üzrə cəmi 2833,85 manat ödəniş etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 21 aprel 2023-cü il tarixli müqaviləyə əsasən 126,30 manat əsas borc, 12,63 manat cərimə, 02 iyul 2023-cü il tarixli, müqaviləyə əsasən, 462,40 manat əsas borc, 46,24 manat cərimə, 30 mart 2024-cü il tarixli, müqaviləyə əsasən, 375,75 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23,60 manat, 37,57 manat cərimə, 04 iyun 2024-cü il tarixli, müqaviləyə əsasən, 2067,78 manat əsas borc, 206,78 manat cərimə, hər dörd müqavilə üzrə ümumilikdə 3359,03 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 10 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh hər dörd müqavilə üzrə 3032,21 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23,60 manat, 10 manat cərimə olmaqla, cəmi 3065,81 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 14 mart 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 53,60 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 53,60 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 3032,21 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23,60 manat, 10 manat cərimə və ödənilmiş 53,60 manat dövlət rüsumu olmaqla, cəmi 3119 (üç min bir yüz on doqquz) manat 41 (qırx bir) qəpik pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-1361/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1361/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver