Məhkəmə qərarları › İş №e-2(017)-1519/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1519/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1519/2025 03.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 sentyabr 2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 139,90 manat əsas borc, 20,90 manat cərimə, cəmi 160,80 manat, 27 yanvar 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 206,90 manat əsas borc, 31 manat cərimə, cəmi 237,90 manat, 33,80 manat cərimə, cəmi 259,70 manat, 07 mart 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 225,90 manat əsas borc, 07 mart 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 126,90 manat əsas borc, 19 manat cərimə, cəmi 145,90 manat, hər dörd müqavilə üzrə cəmi 699,60 manat əsas, 104,70 manat cərimə, cəmi 804,30 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Taube” markalı televizora görə 18 ay müddətinə hər ay 25 manat olmaqla, 439,90 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Qaz kalonkası”na görə 18 ay müddətinə hər ay 19 manat olmaqla, cəmi 339,90 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 mart 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Xiaomi” markalı mobil telefona görə 18 ay müddətinə hər ay 19 manat olmaqla, cəmi 324,90 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 mart 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Taube” markalı ətçəkənə görə 24 ay müddətinə hər ay 6 manat olmaqla, cəmi 159,90 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 05 sentyabr 2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilə üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 25 manat, 27 yanvar 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 15 manat, 07 mart 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 19 manat, 07 mart 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024cü il tarixdə 6 manat ödəniş etmiş və dörd müqavilə üzrə qalıq qalmış 699,60 manat borcu qaytarmamışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər dörd müqavilə üzrə gecikdirdiyi hər bir günə görə ümumilikdə 1047 manat cərimə hesablanmışdır. Lakin, iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunmuş və müqavilə üzrə cərimə məbləği 104,70 manat hesablanmışdır. Ona görə də Cavabdeh 05 sentyabr 2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 139,90 manat əsas borc, 20,90 manat cərimə, cəmi 160,80 manat, 27 yanvar 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 206,90 manat əsas borc, 31 manat cərimə, cəmi 237,90 manat, 33,80 manat cərimə, cəmi 259,70 manat, 07 mart 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 225,90 manat əsas borc, 07 mart 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 126,90 manat əsas borc, 19 manat cərimə, cəmi 145,90 manat, hər dörd müqavilə üzrə cəmi 699,60 manat əsas, 104,70 manat cərimə, cəmi 804,30 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 05 sentyabr 2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, “Taube” markalı televizora görə 18 ay müddətinə hər ay 25 manat olmaqla, 439,90 manat alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İşdə olan 27 yanvar 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Qaz kalonkası”na görə 18 ay müddətinə hər ay 19 manat olmaqla, cəmi 339,90 manat alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İşdə olan 07 mart 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Xiaomi” markalı mobil telefona görə 18 ay müddətinə hər ay 19 manat olmaqla, cəmi 324,90 manat alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İşdə olan 07 mart 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Taube” markalı ətçəkənə görə 24 ay müddətinə hər ay 6 manat olmaqla, cəmi 159,90 manat alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İşdə olan 11 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun 05 sentyabr 2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 139,90 manat əsas borc, 20,90 manat cərimə, cəmi 160,80 manat, 27 yanvar 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 206,90 manat əsas borc, 31 manat cərimə, cəmi 237,90 manat, 33,80 manat cərimə, cəmi 259,70 manat, 07 mart 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 225,90 manat əsas borc, 07 mart 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 126,90 manat əsas borc, 19 manat cərimə, cəmi 145,90 manat, hər dörd müqavilə üzrə cəmi 699,60 manat əsas, 104,70 manat cərimə, cəmi 804,30 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Taube” markalı televizora görə 18 ay müddətinə hər ay 25 manat olmaqla, 439,90 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Qaz kalonkası”na görə 18 ay müddətinə hər ay 19 manat olmaqla, cəmi 339,90 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 mart 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Xiaomi” markalı mobil telefona görə 18 ay müddətinə hər ay 19 manat olmaqla, cəmi 324,90 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 mart 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Taube” markalı ətçəkənə görə 24 ay müddətinə hər ay 6 manat olmaqla, cəmi 159,90 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 05 sentyabr 2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilə üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 25 manat, 27 yanvar 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 15 manat, 07 mart 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 19 manat, 07 mart 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 6 manat ödəniş etmiş və dörd müqavilə üzrə qalıq qalmış 699,60 manat borcu qaytarmamışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər dörd müqavilə üzrə gecikdirdiyi hər bir günə görə ümumilikdə 1047 manat cərimə hesablanmışdır. Lakin, iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunmuş və müqavilə üzrə cərimə məbləği 104,70 manat hesablanmışdır. Ona görə də Cavabdeh 05 sentyabr 2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 139,90 manat əsas borc, 20,90 manat cərimə, cəmi 160,80 manat, 27 yanvar 2024cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 206,90 manat əsas borc, 31 manat cərimə, cəmi 237,90 manat, 33,80 manat cərimə, cəmi 259,70 manat, 07 mart 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 225,90 manat əsas borc, 07 mart 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 126,90 manat əsas borc, 19 manat cərimə, cəmi 145,90 manat, hər dörd müqavilə üzrə cəmi 699,60 manat əsas, 104,70 manat cərimə, cəmi 804,30 manat borcu alınmasını tələb etməkdə haqlıdır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 5 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh hər dörd müqavilə üzrə cəmi 699,60 manat əsas, 5 manat cərimə, cəmi 704,60 manat borc pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 01 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 699,60 manat əsas, 5 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 734 (yeddi yüz otuz dörd) manat 60 (altmış) qəpik pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar