Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1770/2024 18.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh 1818 manat borcun və 38,18 manat dövlət rüsumunun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 05 yanvar 2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla hər ay 38 manat ödəmək şərti ilə 684 manat məbləğində 4 ədəd Lassa markalı təkər, 11 dekabr 2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla hər ay 37,72 manat ödəmək şərti ilə 678,96 manat məbləğində səsucaldıcı, drel, 06 yanvar 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla hər ay 22,84 manat ödəmək şərti ilə 548,16 manat məbləğində 4 ədəd Petlas markalı təkər və 17 yanvar 2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, ilkin ödəniş 140 manat olmaqla hər ay 35,6 manat ödəmək şərti ilə 780,8 manat məbləğində monitor kredit verilmişdir. Lakin, Cavabdeh kredit borcunu ödəməkdən yayınmış, beləliklə 05 yanvar 2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 646,3 manat əsas, 64,7 manat cərimə, 11 dekabr 2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 152,21 manat əsas, 15,79 manat cərimə, 06 yanvar 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 212,76 manat əsas, 21,24 manat cərimə və 17 yanvar 2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 640,8 manat əsas, 64,2 manat cərimə borcu yaranmışdır. Ona görə də həmin məbləğin, habelə 38,18 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 05 yanvar 2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla hər ay 38 manat ödəmək şərti ilə 684 manat məbləğində 4 ədəd Lassa markalı təkər kredit verilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 11 dekabr 2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla hər ay 37,72 manat ödəmək şərti ilə 678,96 manat məbləğində səsucaldıcı, drel kredit verilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 06 yanvar 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla hər ay 22,84 manat ödəmək şərti ilə 548,16 manat məbləğində 4 ədəd Petlas markalı təkər kredit verilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 17 yanvar 2024-cü il tarixdə bağlanmış ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, ilkin ödəniş 140 manat olmaqla hər ay 35,6 manat ödəmək şərti ilə 780,8 manat məbləğində monitor kredit verilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh banka 1818 manat borcu vardır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 38,18 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcələsinin 462.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən cavabdehdən 05 yanvar 2024-cü il tarixdə bağlanmış alqısatqı müqaviləsinə əsasən 646,3 manat əsas, 1 manat cərimə, 11 dekabr 2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 152,21 manat əsas, 1 manat cərimə, 06 yanvar 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 212,76 manat əsas, 1 manat cərimə və 17 yanvar 2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 640,8 manat əsas, 1 manat cərimə borcu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 38,18 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 05 yanvar 2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 646,3 manat əsas, 1 manat cərimə, 11 dekabr 2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 152,21 manat əsas, 1 manat cərimə, 06 yanvar 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 212,76 manat əsas, 1 manat cərimə və 17 yanvar 2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 640,8 manat əsas, 1 manat cərimə borcu, həmçinin 38,18 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №e-2(017)-1770/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1770/2024
18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver