Məhkəmə qərarları › İş №e-2(017)-1827/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1827/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1827/2024 22.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən 100,07 manat əsas borc, 10,93 manat cərimə, 10 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən 100,07 əsas borc, 10,93 manat cərimə, 13 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən 1008,24 əsas borc, 100,76 manat cərimə, hər üç müqavilə üzrə ümümilikdə 1331 manat borcun və ödənilmiş 33,31 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 28,92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 520,56 manat olan İMEİ KOD **********89736 “Samsung Galaxy A04” markalı mobil telefon almışdır. Bundan başqa, 10 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 28,92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 520,56 manat olan İMEİ KOD **********54721 “Samsung Galaxy A04” markalı mobil telefon almışdır. Bundan başqa, 13 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 15 manat ilkin ödəniş olmaqla 18 ay müddətinə hər ay 72,16 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1313,88 manat olan İMEİ KOD **********665508 “X1” markalı mobil telefon almışdır. Cavabdeh müqavilə üzrə cəmi 1146,62 manat ödəniş etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 10 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən 100,07 manat əsas borc, 10,93 manat cərimə, 10 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən 100,07 əsas borc, 10,93 manat cərimə, 13 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən 1008,24 əsas borc, 100,76 manat cərimə, hər üç müqavilə üzrə ümümilikdə 1331 manat borcun və ödənilmiş 33,31 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 10 noyabr 2022-ci il tarixli müqavilədən və əlavəsindən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 28,92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 520,56 manat olan İMEİ KOD **********89736 “Samsung Galaxy A04” markalı mobil telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 10 noyabr 2022-ci il tarixli müqavilədən və əlavəsindən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 28,92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 520,56 manat olan İMEİ KOD **********54721 “Samsung Galaxy A04” markalı mobil telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 13 sentyabr 2023-cü il tarixli müqavilədən və əlavəsindən görünür ki, bu müqavilə 15 manat ilkin ödəniş olmaqla 18 ay müddətinə hər ay 72,16 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1313,88 manat olan İMEİ KOD **********665508 “X1” markalı mobil telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 17 avqust 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 10 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən 100,07 manat əsas borc, 10,93 manat cərimə, 10 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən 100,07 əsas borc, 10,93 manat cərimə, 13 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən 1008,24 əsas borc, 100,76 manat cərimə, hər üç müqavilə üzrə ümümilikdə 1331 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 28,92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 520,56 manat olan İMEİ KOD **********89736 “Samsung Galaxy A04” markalı mobil telefon almışdır. Bundan başqa, 10 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 28,92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 520,56 manat olan İMEİ KOD **********54721 “Samsung Galaxy A04” markalı mobil telefon almışdır. Bundan başqa, 13 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 15 manat ilkin ödəniş olmaqla 18 ay müddətinə hər ay 72,16 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1313,88 manat olan İMEİ KOD **********665508 “X1” markalı mobil telefon almışdır. Cavabdeh müqavilə üzrə cəmi 1146,62 manat ödəniş etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 10 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən 100,07 manat əsas borc, 10,93 manat cərimə, 10 noyabr 2022ci il tarixli müqaviləyə əsasən 100,07 əsas borc, 10,93 manat cərimə, 13 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən 1008,24 əsas borc, 100,76 manat cərimə, hər üç müqavilə üzrə ümümilikdə 1331 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 10 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh hər üç müqavilə üzrə 1208,38 manat əsas borc, 10 manat cərimə, cəmi 1218,38 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir və iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 21 avqust 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 33,31 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33,31 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1208,38 manat əsas borc, 10 manat cərimə və ödənilmiş 33,31 manat dövlət rüsumu, cəmi 1251 (bir min iki yüz əlli bir) manat 69 (altmış doqquz) qəpik pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar