Məhkəmə qərarları › İş №e-2(017)-1862/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(017)-1862/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № e-2(017)-1862/2025 28.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, İddiaçı BOKT MMC-nin nümayəndəsi X3 və Cavabdeh1 iştirakları ilə İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq borcunun və lizinq predmetinin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq borcunun və lizinq predmetinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 məhkəməyə ərizə ilə müraciət edərək izahatında göstərdi ki, əldə olan sənədlər əsasında məhkəmədə iddia qaldırılmışdır. Məhkəmə sorğusu ilə müəyyən olunmuşdur ki, avtomobil girovdan çıxarılmış və başqa bir şəxsə alqı-satqı olunmuşdur. Bununla əlaqədar müxtəlif orqan və təşkilatlara müraciət edərək aparılmış əməliyyatlara aydınlıq gətirəcəklər. Ona görə də hazırkı vəziyyətdə işə baxılmasını istəmir və işin baxılmamış saxlanmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək göstərdi ki, İddiaçı BOKT MMC ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ML/4313 nömrəli Maliyyə Lizinqi müqaviləsinə əsasən “BMW 528” minik markalı, WBAXG5C1DDY36149 ban nömrəli, **- AG-*** dövlət qeydiyyat nişanlı avtomobil 22% illik faiz dərəcəsi ilə 36 ay müddətinə ümumi məbləği 22500 manat olmaqla ona lizinqə verilmişdir. 2023-cü ilin oktyabr ayında iddiaçının nümayəndəsinin vasitəsi ilə qeyd edilən avtomobili 9000 manata X2 (tel: ***-***- **-**) satmışdır. Sonradan məlum olmuşdur ki, bank əməkdaşı olan X4 (tel: ***-***-**-**) lizinq müqaviləsini onun adında saxlamaqla Vüqar Allahverdiyevə etibarnamə-yol vərəqəsi vermiş, sonrakı ödənişləri onun adından Vüqar Allahverdiyev ödəmişdir. Ödənişlər xx.xx.2024-cü ilədək davam etmiş, sonradan Vüqarın deməsinə görə avtomobilin mühərrikində nasazlıq yaranmış və o, ödənişləri həyata keçirə bilməmişdir. Bu ərəfədə məlum olmayan şəraitdə bank əməkdaşları avtomobili Vüqar Allahverdiyevdən məcburi qaydada almışlar. xx.xx.2024-cü il tarixdə isə qeyd edilən avtomobil qeydiyyatdan çıxarılaraq Bakı şəhəri Xətai rayonunda yaşayan X1, avtomobilə **-TH-*** dövlət qeydiyyat nişanı ilə qeydiyyata alınmışdır. Belə olan halda ona qarşı belə bir tələb irəli sürülməsi düzgün deyil. Ona görə də hazırkı vəziyyətdə işə baxılmasını istəmir və bu işdə günahı olan şəxslərin müəyyən olunmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd edilənlər əsasında hesab edirəm ki, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq borcunun və lizinq predmetinin qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, həmçinin xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 136,01 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı BOKT MMC-nə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260-cı və 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq borcunun və lizinq predmetinin qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzə əsasən Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 136,01 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı BOKT MMC-nə qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar