Məhkəmə qərarları › İş №e-2(017)-1948/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1948/2023

04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1948/2023 04.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 mart 2020-ci il tarixli, 079/2022 saylı alğı-satqı müqaviləsi üzrə 685,30 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 mart 2020-ci il tarixli, 079/2022 saylı alğı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçındən inşaat materialları almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli üzləşdirmə aktına əsasən İddiaçınə 735,30 manat məbləğində qalıq borcunun olduğunu təsdiq etmişdir. Cavabdeh müəyyən ödənişlər etdikdən sonra iddiaçıya ödənilməmiş 685,30 manat borcu qalmaqdadır. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Ona görə də Cavabdeh 11 mart 2020-ci il tarixli, 079/2022 saylı alğı-satqı müqaviləsi üzrə 685,30 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli üzləşdirmə aktından görünür ki, Cavabdeh 685,30 manat borcunun olduğunu təsdiq etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 mart 2020-ci il tarixli, 079/2022 saylı alğı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçındən inşaat materialları almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli üzləşdirmə aktına əsasən İddiaçınə 735,30 manat məbləğində qalıq borcunun olduğunu təsdiq etmişdir. Cavabdeh müəyyən ödənişlər etdikdən sonra iddiaçıya ödənilməmiş 685,30 manat borcu qalmaqdadır. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Ona görə də Cavabdeh 11 mart 2020-ci il tarixli, 079/2022 saylı alğı-satqı müqaviləsi üzrə 685,30 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 11 mart 2020-ci il tarixli, 079/2022 saylı alğı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçınə 685,30 manat borcunun olduğunu etiraf etmişdir. Cavabdeh İddiaçınə 685,30 manat qalmaqdadır. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Ona görə də Cavabdeh 11 mart 2020-ci il tarixli, 079/2022 saylı alğı-satqı müqaviləsi üzrə 685,30 manat borc pul alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 18 avqust 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 685,30 manat borc pul və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 715 (yeddi yüz on beş) manat 30 (otuz) pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar