Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2000/2023 24.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlu İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1, 165-168-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM:
1. İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilsin;
2. İşdə iştirak edən şəxslərə iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini,həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etməli olduğu bildirilsin;
3. İşdə iştirak edən şəxslərə prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş verilsin;
4. Cavabdeh tərəfindən məhkəməyə iddiaya etiraz daxil olarsa, onun iddiaçıya çatdırılıbçatdırılmaması məsələsi aydınlaşdırılsın, çatıdırılmadığı təqdirdə iddiaya etirazın və ona əlavə edilmiş sənədlərin iddiaçıya çatdırılması təmin edilsin;
5. Tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamaq, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar vermək, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etmək təklif edilsin;
6. İşdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verilsin, onların iştirakı iləişin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilsin;
7. Zəruri olduğu hallarda birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsi, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsi həll edilsin;
8. Mübahisəni həll etmək üçün tərəflərin münsiflər məhkəməsinə müraciət etmək hüququ və bu hərəkətin nəticələri onlara izah edilsin;
9. Tərəflərin barışması üçün tədbirlər görülsün;
10. Tərəflərə mübahisənin mediasiya vasitəsilə ilə həllinə dair təklif edilsin;
11. İşin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətlər edilsin;
Hakim: Sulduz Ləzimov