Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2155/2023 04.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 iyul 2021-ci il tarixli, MYKR00713 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 621,49 manat əsas borc, 256,68 manat cərimə, cəmi 878,17 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2021-ci il tarixli, MYKR00713 saylı nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh aldığı 678,49 manat dəyərində olan mala görə ilkin ödəniş 34,50 manat olmaqla 643,99 manat pulu ödəniş cədvəlinə əsasən 12 ay müddətinə, hər ay 54 manat, sonuncu ay üçün isə 49,99 manat olmaqla, iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə 22,50 manat ödəniş etmiş və qalıq qalmış 621,49 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona müqavilə üzrə gecikdirdiyi hər bir günə görə ümumilikdə 256,68 manat cərimə hesablanmışdır. «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış Faktorinq müqaviləsi və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı olan 649,99 manat məbləğindəki tələb hüququ «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti nə keçmişdir. Eyni zamanda tələb hüququnun «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Ona görə də Cavabdeh 12 iyul 2021-ci il tarixli, MYKR00713 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 621,49 manat əsas borc, 256,68 manat cərimə, cəmi 878,17 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 12 iyul 2021-ci il tarixli, MYKR00713 saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, satılmış 678,49 manat dəyərində olan mala görə ilkin ödəniş 34,50 manat olmaqla 643,99 manat pulu ödəniş cədvəlinə əsasən 12 ay müddətinə, hər ay 54 manat, sonuncu ay üçün isə 49,99 manat alınması ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İşdə olan 01 sentyabr 2022-ci il tarixli faktorinq müqaviləsinin surətindən görünür ki, bu müqavilə «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı olan 678,49 manat məbləğindəki tələb hüququ «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə keçmişdir. İşdə olan 03 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ümumilikdə 621,49 manat əsas borc, 256,68 manat cərimə, cəmi 878,17 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2021-ci il tarixli, MYKR00713 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı 678,49 manat dəyərində olan mala görə ilkin ödəniş 34,50 manat olmaqla 643,99 manat pulu ödəniş cədvəlinə əsasən 12 ay müddətinə, hər ay 54 manat, sonuncu ay üçün isə 49,99 manat olmaqla, iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə 22,50 manat ödəniş etmiş və qalıq qalmış 621,49 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona müqavilə üzrə gecikdirdiyi hər bir günə görə ümumilikdə 256,68 manat cərimə hesablanmışdır. «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış Faktorinq müqaviləsi və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı olan 649,99 manat məbləğindəki tələb hüququ «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti nə keçmişdir. Eyni zamanda tələb hüququnun «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Ona görə də Cavabdeh 12 iyul 2021-ci il tarixli, MYKR00713 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 621,49 manat əsas borc, 256,68 manat cərimə, cəmi 878,17 manat borcun alınaraq manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 12 iyul 2021-ci il tarixli, MYKR00713 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 621,49 manat əsas borc, 256,68 manat cərimə, cəmi 878,17 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehdən tələb olunan 256,68 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 20 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12 iyul 2021-ci il tarixli, MYKR00713 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 621,49 manat əsas borc, 20 manat cərimə, cəmi 641,49 manat borc pul alınaraq iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 07 sentyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 621,49 manat əsas borc, 20 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu cəmi 671 (altı yüz yetmiş bir) manat 49 (qırx doqquz) qəpik pul alınaraq iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-2155/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2155/2023
04.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver